İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...


Digərləri 09 Okt 2025 04:04:00 78 0

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

Balaca görünüşünə baxmayaraq, zəngin qida tərkibi ilə küncüt təbiətin ən dəyərli nemətlərindən biri hesab olunur. Həm mətbəxdə, həm də qədim müalicə üsullarında geniş istifadə olunan küncüt, sağlamlıq üçün təbii güc mənbəyidir.

Bu xəbəri də oxu: Un bahalaşdı FOTO

Araşdırmalar bu kiçik toxumların təkcə dadverici deyil, həm də çoxsaylı faydalı təsirlərə malik olduğunu sübut edir.

Son.az xəbər verir ki, mütəxəssislər küncütün tərkibindəki sağlam yağlar, vitaminlər və antioksidantlar sayəsində immun sistemindən tutmuş sümük sağlamlığına qədər bədənin bir çox funksiyalarını dəstəklədiyini bildirirlər.

Prof. Dr. Ahmet Akçay susamın qida dəyərini belə izah edir: "Küncüt kalsium, maqnezium və fosforla zəngindir. Bu minerallar sümükləri möhkəmləndirir, osteoporoz (sümük əriməsi) kimi xəstəliklərin qarşısını alır. Tərkibindəki sesamin və sesamol antioksidantları isə hüceyrələri zərərli sərbəst radikallardan qoruyaraq immun sistemini gücləndirir".

Zəngin vitamin və mineral mənbəyidir

Küncütün tərkibində kalsium, dəmir, maqnezium, fosfor və sink kimi həyati vacib minerallar çoxdur. Həmçinin B qrupu vitaminləri (xüsusilə B1, B3 və B6) maddələr mübadiləsini gücləndirir, bədənə enerji verir.

Beyin fəaliyyətinə müsbət təsir göstərir

Tərkibindəki sağlam yağlar və lesitin sinir sistemini qoruyur, yaşla bağlı yaddaş zəifləməsinin qarşısını ala bilər. Omega-6 yağ turşuları sayəsində yaddaş və diqqəti artırır.

Ürək və damar sağlamlığını qoruyur

Küncütün tərkibində olan fitosterollar və lignanlar pis xolesterini (LDL) azaldır, yaxşı xolesterini (HDL) artırır. Antioksidantlar damar tıxanmasının qarşısını alaraq ürək sağlamlığını gücləndirir.

Sümük və oynaq sağlamlığını möhkəmləndirir

Küncüt kalsiumla zəngin ən güclü bitki mənbələrindən biridir. Bu, sümük əriməsinin qarşısını alır və sümük sıxlığını artırır. Maqnezium və fosfor sayəsində əzələləri və oynaqları dəstəkləyir.

Qansızlığın qarşısını alır

Dəmirin bol olması susamı dəmir çatışmazlığı anemiyası yaşayanlar üçün ideal edir. Xüsusilə üyüdülmüş və ya tahin formasında istehlak edildikdə, dəmirin sorulması daha da artır.

Həzm sisteminə kömək edir

Küncüt liflə zəngindir, bu isə bağırsaqların normal işləməsinə və qəbizliyin azalmasına yardım edir. Bağırsaq florasını dəstəkləyərək ümumi həzm sağlamlığını yaxşılaşdırır.

Dəri və saç üçün təbii dəstəkdir

Küncüt yağı dərini nəmləndirir, bərpa edir və sakitləşdirir. Antioksidantlar dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Saç dərisini qidalandıraraq tökülməni azalda bilər.

Küncütü necə istifadə etmək olar?

Səhər yeməyində tahin formasında

Salat və qatıq üzərinə səpərək

Çörək, simit və börəklərdə

Smoothie və enerji toplarında

Şorba və isti yeməklərə əlavə edərək

Küncütə qarşı allergiyası olan şəxslər diqqətli olmalıdır.

Lalə Qüdrətova Son.az


Xəbərə aid fotolar

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır? like
  • 09 Okt 03:03  
Digərləri Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

Soğan yalnız yeməklərə dad qatmaqla deyil, həm də sağlamlığa faydalar�

arrow Ətraflı
Orta yaş dövründə hansı vitaminləri qəbul etməliyik? like
  • 09 Okt 02:02  
Digərləri Orta yaş dövründə hansı vitaminləri qəbul etməliyik?

Vitamin və qida əlavələri bazarı hər il sürətlə böyüyür. Lakin orta

arrow Ətraflı
Hadise saxlanılmasından danışıb ağladı  "Həyatımda ilk dəfə dəhşət içində oyandım" like
  • 09 Okt 01:22  
Şou-biznes Hadise saxlanılmasından danışıb ağladı "Həyatımda ilk dəfə dəhşət içində oyandım"

Bu gün səhər saatlarında aparılan əməliyyatda qan, sidik və saç nümun�

arrow Ətraflı
Ginekoloq soyuqdəymə ilə bağlı məşhur mifi təkzib etdi like
  • 09 Okt 01:01  
Digərləri Ginekoloq soyuqdəymə ilə bağlı məşhur mifi təkzib etdi

Soyuğun sağlamlığa təsiri ilə bağlı məşhur mif təkzib edilib

arrow Ətraflı
Pərviz Bülbülə: “Rəşadı ziyarət etmişəm, o, elə bir yerdədir...” like
  • 09 Okt 00:51  
Şou-biznes Pərviz Bülbülə: “Rəşadı ziyarət etmişəm, o, elə bir yerdədir...”

Meyxanaçı Pərviz Bülbülə həbsdə olan həmkarı Rəşad Dağlıdan danı�

arrow Ətraflı
Telefon qutuları boşalır: Artıq bu aksesuarlar içindən çıxmayacaq like
  • 09 Okt 00:47  
Digərləri Telefon qutuları boşalır: Artıq bu aksesuarlar içindən çıxmayacaq

Ağıllı telefon istehsalçıları, ətraf mühiti qoruma siyasəti çərçivə

arrow Ətraflı
Emin Əmrullayevin tənqid etdiyi kitabları kim hazırlayır?  RƏSMİ CAVAB like
  • 09 Okt 00:29  
Digərləri Emin Əmrullayevin tənqid etdiyi kitabları kim hazırlayır? RƏSMİ CAVAB

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin ke

arrow Ətraflı
Türkiyədə saxlanılan məşhur kriminal avtoritetlə bağlı qərar verildi like
  • 09 Okt 00:27  
Digərləri Türkiyədə saxlanılan məşhur kriminal avtoritetlə bağlı qərar verildi

Cinayətkar dəstə rəhbəri kimi tanınan və "Kölnün atası" (Kö

arrow Ətraflı
Bakıda evdə partlayış baş verdi  Yaralanan var like
  • 09 Okt 00:23  
Digərləri Bakıda evdə partlayış baş verdi Yaralanan var

Bakı şəhəri Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.

arrow Ətraflı
Əməkdar artistin kapitan oğlu buna görə işdən çıxdı like
  • 09 Okt 00:13  
Şou-biznes Əməkdar artistin kapitan oğlu buna görə işdən çıxdı

Əməkdar artist Yusif Mustafayevin kapitan oğlu Tərlan Mustafayev vəzifəsin

arrow Ətraflı
Hadrutun azad edilməsindən 5 il ötür like
  • 09 Okt 00:02  
Digərləri Hadrutun azad edilməsindən 5 il ötür

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 5 il ö

arrow Ətraflı
Ətri mətbəxi bürüyən möhtəşəm dad: Darçınlı peçenye resepti like
  • 08 Okt 23:52  
Digərləri Ətri mətbəxi bürüyən möhtəşəm dad: Darçınlı peçenye resepti

Darçının özünəməxsus cəzbedici ətri ilə hazırlanan darçınlı peçen

arrow Ətraflı
Əlixan Musayev Cabir İmanovun dəfnindən danışdı  VİDEO like
  • 08 Okt 23:45  
Digərləri Əlixan Musayev Cabir İmanovun dəfnindən danışdı VİDEO

Bir neçə gün əvvəl vəfat edən əməkdar artist Cabir İmanovun dəfnində

arrow Ətraflı