Türkiyədə saxlanılan məşhur kriminal avtoritetlə bağlı qərar verildi
Digərləri 09 Okt 2025 00:27:00 71 0
Cinayətkar dəstə rəhbəri kimi tanınan və "Kölnün atası" (Köln'ün babası) və ya "Cəhənnəm Necati" ləqəbləri ilə məşhur olan Necati Coşkun Arabacı həbs edilib.
Son.az xəbər verir ki, İzmir Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan uzunmüddətli əməliyyat nəticəsində, təşkil edilmiş cinayətkar dəstənin qurucusu və rəhbəri olduğu iddia edilən 53 yaşlı Coşkun Necati Arabacı Adnan Menderes Hava Limanında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Arabacının qanunsuz fəaliyyətlərdə - o cümlədən çirkli pulların yuyulması, narkotik və silah qaçaqmalçılığı kimi cinayətlərdə iştirak etdiyi müəyyən olunub. O, ciddi təhlükəsizlik tədbirləri altında saxlanılaraq ifadə vermək üçün İzmir İl Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə aparılıb.
Polisdəki ilkin istintaq prosedurlarından sonra Arabacı məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, rəsmi şəkildə həbs olunub.
Lalə Qüdrətova Son.az
Bakı şəhəri Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.

Əməkdar artist Yusif Mustafayevin kapitan oğlu Tərlan Mustafayev vəzifəsin

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 5 il ö

Son.az 9 oktyabr üçün günün ulduz falını təqdim edir:

Darçının özünəməxsus cəzbedici ətri ilə hazırlanan darçınlı peçen

Bir neçə gün əvvəl vəfat edən əməkdar artist Cabir İmanovun dəfnində

Məşhur müğənni İrem Derici narkotik əməliyyatı çərçivəsində saxlan

Xiaomi yaxın zamanda ən güclü modellərindən olan Xiaomi 17 və 17 Pro smar

Türkiyədə narkotik maddə istifadəsi ilə bağlı aparılan istintaq çərç

Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox rast gəlinən bədxassəli şi

Aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra videoaçıqla

İspaniya parlamenti İsrailə silah embarqosu tətbiq olunması barədə qərar

40 yaşlı milyarder, Teleqram messencerinin qurucusu Pavel Durov Qazaxıstanda

İspaniyada yerləşən "Asador Aupa" restoranı dünyanın ən bahal�
