Mirzə Məhəmməd Zamanbəylinin anadan olmasının 165 illiyinə həsr olunmuş “Maarif işığındai” adlı tədbir keçirilib FOTO
Kriminal 06 Okt 2025 19:13:00 76 0
5 oktyabr 2025-ci il tarixində, Beynəlxalq Müəllimlər Günündə Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli maarifçi, ictimai xadim və xeyriyyəçi Mirzə Məhəmməd Zamanbəylinin anadan olmasının 165 illiyinə həsr olunmuş "Maarif işığında: Mirzə Məhəmməd Zamanbəyli" adlı tədbir keçirilib.
Bu xəbəri də oxu: Şirvanda 39 yaşlı qadına 11 bıçaq zərbəsi vuruldu şübhəli əridir
Tədbirdə bütün həyatını xalqının istiqlalı və maariflənməsinə həsr etmiş M.M.Zamanbəylinin parlaq həyat yoluna nəzər salınıb. Pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə, pedaqogika elmləri doktoru, professor Zəhra Muradova, Mirzə Məhəmməd Zamanbəylinin nəticələri- Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağızadə, müstəqil araşdırmaçı Anar Zamanbəyli, Kəngərli nəslinin nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Sənubər Kərimova çıxış edərək M.M.Zamanbəylinin Azərbaycan təhsili və mədəniyyətinin inkişafına verdiyi böyük töhfələrdən, yaşadığı dövrün maarifçilik ideyalarından bəhs ediblər. Çıxışlar zamanı M.M.Zamanbəylinin övladları, Ulu Öndər Heydər Əliyevin müəllimləri olmuş tanınmış pedaqoqlar -Qafar Zamanov və Xurşud xanım Zamanbəyli Əhmədova, həmçinin Lətif Hüseynzadənin xatirəsi hörmətlə anılıb. Əməkdar müəllim Rüfət Lətif oğlu Hüseynzadə müəllifi olduğu "Yer üzünün ən şərəfli peşəsi: müəllimlik" kitabını muzeyin kitabxanasına hədiyyə edib.
Tədbirdə Zamanbəyli ailəsi tərəfindən muzeyə təqdim olunmuş iki portret - "Mirzə Məhəmməd Zamanbəylinin portreti" və "Şirniyyatçı Kərbəlayi Heydərin portreti"əsərləri nümayiş etdirilib. Azərbaycan Milli İncəsənət Muzeyinin elmi katibi Nuranə Səlimli görkəmli Azərbaycan rəssamı B.Kəngərli tərəfindən çəkilmiş portretlər haqqında iştirakçılara məlumat verib.
Sonda böyük ziyalı və maarifçi M.M.Zamanbəylinin həyatı və zəngin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
"Əgər kişi məclisi də olsa, mənim ifalarımı sevib dəvət edirlərs

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda elektrik enerjis

Tanınmış aparıcı Fərid Rəsul İtaliyada soyulub. Son.az bildirir ki,

Çin İrana neft əvəzində infrastruktur layihələri həyata keçirir

Fransa prezidenti Emmanuel Makrona qarşı kampaniya qızışır. Lecornu-nun

Oktyabrın 18-də Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək

Teleaparıcı Zamirə Dadaşova ilk dəfə ailəsi ilə fotosunu yayıb.

Oktyabrın 17 və 18-də "Astana Balet" səhnəsində Mosaic Del Arte

2025-ci il üzrə Fiziologiya və Tibb sahəsində Nobel mükafatına layiq gör

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqının zorak

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətlə

"Bakubus" MMC-nin avtobuslarında qadın avtobus sürücüləri çal

Bir neçə gün öncə 49 yaşında qəfil vəfat edən Əməkdar artist Cabir �
