Valeri Kopeykin “İki xalça” baletinin yaranmasından danışdı: “Mən azərbaycanlıların ruhuna valeh olmuşam”
Kriminal 06 Okt 2025 17:50:00 49 0
Oktyabrın 17 və 18-də "Astana Balet" səhnəsində Mosaic Del Arte tərəfindən hazırlanmış, Luvr muzeyində saxlanılan məşhur qırmızı-qara "Şirvan xalçası" əfsanəsinə əsaslanan "İki xalça" baletinin dünya premyerası keçiriləcək.
Bu xəbəri də oxu: Reanimasiyaya yerləşdirilən Əməkdar artistin
Son.az xəbər verir ki, bu əlamətdar hadisə ərəfəsində layihənin ideya müəllifi, libretto müəllifi və Mosaic Del Arte-nin təsisçisi, baş prodüseri Valeri Kopeykin layihənin yaranması barədə danışıb.
- Valeri, Sizi yenidən Bakıda görmək çox xoşdur. Bu səfərinizin məqsədi nədir? Nə üçün məhz Azərbaycan əfsanəsi yeni baletin əsasına çevrildi?
- Bura tez-tez gəlirəm - Bakıda dostlarım yaşayır. Ola bilsin, gələcəkdə Azərbaycanda mədəni layihələrlə bağlı əməkdaşlığımız olsun. Lakin hər şeydən əvvəl məni buraya çəkən Azərbaycanın mədəniyyəti, tarixi və ruhudur. Bu torpağın Şərq qoxusunu, ruhunu hiss etmək mənə böyük zövq verir. Azərbaycan xalqının səmimiyyəti, qonaqpərvərliyi və dəyərlərə sadiqliyi məni valeh edir. Xüsusilə İçərişəhər - qədim daşların və zamanın gözəlliyini duyduğun yer. Burada gəzməkdən doymuram.
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, müxtəlif millətlər, mədəniyyətlər və dinlər bir arada dinc yaşayır. Multikulturalizm burada sadəcə şüar deyil - həyat tərzidir. Bu isə əsl dəyərdir, böyük nailiyyətdir. "İki xalça" layihəsinin ideyası Bakıda deyil, Dubayda - Mosaic Del Arte-nin əsası qoyulduğu yerdə yaranıb. Missiyamız - klassikanı müasir səhnəyə gətirmək, onu yenidən yaşatmaq, tamaşaçını gerçək sənətlə görüşdürməkdir.
"İki xalça" - bu bizim ikinci layihəmizdir. İlk layihəmiz "Kor bağışlama" (Blind Forgiveness) adlı rok-baleti oldu. Bu baletdə neoklassik rəqs elementləri, teatr monoloqu üslubunda süjet və müasir səslənən simfonik musiqi birləşir. Bu, balet sənətində innovativ yanaşmadır - 12 səhnədən ibarət libretto, rok elementləri və klassikanın vəhdəti ilə unikal əsər yarandı.
- "İki xalça" da həmin yenilikçi yolun davamıdır?
- Bəli, şübhəsiz. Amma tamaşanın detalları barədə çox açıqlama vermək istəməzdim. Tamaşaçılar özləri görüb qiymət versinlər. Yalnız onu deyə bilərəm ki, baletin əsasını Luvrda saxlanılan məşhur azərbaycan xalçası haqqında əfsanə təşkil edir. Bu əfsanəyə görə, bir qız öz sevgisini xalça vasitəsilə ifadə edir. Sevgilisi müharibədə həlak olduqdan sonra xalça qara rəngə bürünür və kədərin simvoluna çevrilir. Bu qısa əfsanəni yenidən işlədim, ona yeni nəfəs verdim, daha az faciəvi etdim və sevgi, ümid, bağışlama ilə dolu klassik balet ortaya çıxdı.
Baleti rejissor və xoreoqraf Aleksandr Moqilev səhnələşdirib. Musiqinin müəllifi - emosional və incə partiturası ilə tanınan bəstəkar Arseniy Smirnovdur. Tamaşa zamanı dekorasiya beş dəfə dəyişəcək. Səhnə tərtibatçısı Anastasiya Kapustina xüsusi olaraq bu tamaşa üçün qədim Azərbaycan naxışlarından ibarət xalça eskizi hazırlayıb. Bu xalça yalnız bir nüsxədə "Azərxalça" ASC tərəfindən toxunub və premyerada nümayiş olunacaq. Kostyumlar məşhur dizayner İqor Çapurin tərəfindən hazırlanıb. Baş rolları Tatyana Ten (Leyla), Sundet Sultanov/Yerqanat Yermagambet (Samir) və Nataliya Fernandes Menes (Marqo) ifa edirlər.
2025-ci il üzrə Fiziologiya və Tibb sahəsində Nobel mükafatına layiq gör

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətlə

"Bakubus" MMC-nin avtobuslarında qadın avtobus sürücüləri çal

Bir neçə gün öncə 49 yaşında qəfil vəfat edən Əməkdar artist Cabir �

Xəbər verdiyimiz kimi, dünya bazarlarında qızıl bahalaşmaqda davam edir.

Hindistanın Rəcastan əyalətindəki Məhacjan poliqonunda "İndra-2025&q

Xəbər verdiyimiz kimi, Fransanın yeni Baş naziri Sebastyan Lekornu kabinetin

Redaksiyamıza bölgələrdən daxil olan məlumatlarda bildirilir ki, bəzi üm

Çində Wuling şirkəti yeni Aishang elektrik avtomobil markasını təqdim edi

2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə m

Mərkəzi Bankın yeni hesablamasına əsasən, Bakıda orta aylıq əmək haqq�

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşk

Aktrisa Zülfiyyə Qurbanova paylaşımı ilə diqqət çəkib.
