Bəzi məktəblərdə I və IV siniflər birləşdirilir: Bəs onlara necə dərs keçirilir?


Digərləri 06 Okt 2025 16:11:00 66 0

Bəzi məktəblərdə I və IV siniflər birləşdirilir: Bəs onlara necə dərs keçirilir?

Redaksiyamıza bölgələrdən daxil olan məlumatlarda bildirilir ki, bəzi ümumi təhsil müəssisələrində komplektasiya tam olmadığı üçün siniflərin birləşdirilməsi halları müşahidə olunur. Məlumata görə, bəzi regionlarda ibtidai siniflər, məsələn, 1 və 2-ci, yaxud 1 və 4-cü siniflər eyni qrupda dərs keçirlər.

Bu isə haqlı suallar doğurur: müəllim eyni zamanda həm 1-ci, həm də 4-cü sinif şagirdlərinə dərsi necə təşkil edir? Müxtəlif yaş qruplarının və fərqli tədris səviyyələrinin birləşdirilmiş formada öyrədilməsi hansı pedaqoji mexanizmlərlə həyata keçirilir?

Məsələ ilə bağlı "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın 4-cü bəndinə əsasən, ibtidai təhsil səviyyəsində bir sinifdə şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif eyni səviyyənin digər, şagird sayı 10 nəfərdən az olan sinfi ilə birləşdirilərək komplekt sinif təşkil edilir. Komplekt siniflərdə şagird sayı 18 nəfərdən çox olmamalıdır.

Sorğuya cavabda həmçinin qeyd olunub ki, bu proses zamanı sinif müəllimlərinə aidiyyəti üzrə metodiki dəstək göstərilir. İbtidai təhsil səviyyəsində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə hər il ölkə üzrə IV siniflərdə tədris dili və riyaziyyat fənləri üzrə monitorinqlər həyata keçirilir.

Bəs bir sinifdə müxtəlif yaş və tədris pilləsində olan şagirdlərin birləşdirilməsi pedaqoji baxımdan hansı əsaslara söykənir?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Fidan Sarıbəyli də bir müddət çoxsəviyyəli sinifdə dərs keçib. O bildirir ki, bu qərar bir tərəfdən resursların, yəni müəllim potensialının, sinif otaqlarının və tədris avadanlıqlarının səmərəli istifadəsinə, digər tərəfdən isə ucqar bölgələrdə yaşayan azsaylı şagirdlərin təhsildən kənarda qalmamasına xidmət edir.

Fidan Sarıbəylinin sözlərinə görə, pedaqoji baxımdan bu yanaşma "multigrade classroom" (çoxsəviyyəli sinif) modeli kimi tanınır və dünyanın bir çox ölkəsində tətbiq olunur. Belə siniflərdə fərqli yaş və bacarığa malik şagirdlərin eyni məkanda öyrənməsi sosial və emosional baxımdan olduqca faydalı hesab edilir. Bu siniflərdə şagirdlər bir-birindən öyrənmə, əməkdaşlıq, məsuliyyət, empatiya və dözümlülük kimi sosial bacarıqları təcrübə yolu ilə mənimsəyirlər.

"Aparılan beynəlxalq tədqiqatlar göstərir ki, çoxsəviyyəli siniflərdə təhsil alan şagirdlər akademik nəticələr baxımından təksəviyyəli siniflərdəki yaşıdlarından geri qalmır. Əksinə, sosial uyğunlaşma, özünəinam, əməkdaşlıq və müstəqil öyrənmə bacarıqları daha yüksək olur. Bu model bir çox ölkələrdə yalnız zərurətdən yaranmış deyil, eyni zamanda alternativ pedaqoji yanaşma kimi də qəbul edilir", - deyə Fidan Sarıbəyli vurğulayıb.

Tədris prosesi və metodoloji yanaşmalar

Onun sözlərinə görə, çoxsəviyyəli siniflərdə dərsin təşkili üçün xüsusi metodoloji və təlim mexanizmləri formalaşdırılıb. Belə siniflərdə müəllim eyni anda müxtəlif yaş qruplarına və fərqli kurikulum səviyyələrinə dərs keçdiyi üçün planlaşdırma inteqrativ və çevik struktur əsasında qurulur. Dərs zamanı müəllim əsasən qruplar üzrə iş təşkil edir: bir qrup yeni mövzu ilə tanış olarkən, digər qrup tapşırıqlar üzərində işləyir. Bu yanaşma müəllimin dərs yükünü balanslaşdırır, eyni zamanda şagirdlərdə müstəqil öyrənmə bacarığı formalaşdırır.

"Müəllimin hər bir qrupun fəaliyyətini eyni vaxtda izləməsi praktik olaraq mümkün olmadığından, sinifdə özünüidarəetmə mexanizmi yaradılmalıdır. Bunun üçün şagirdlərə dərs zamanı fəaliyyət ardıcıllığı və qaydalar aydın izah edilməli, qaydaların formalaşmasında onların iştirakı təmin olunmalıdır. Beləliklə, sinifdə nizam-intizam təbii şəkildə formalaşır, müəllim müdaxiləsi minimuma enir. Həmçinin çoxsəviyyəli siniflərdə aktiv öyrənmə, layihə əsaslı təlim, oyun və tədqiqat tapşırıqları kimi interaktiv metodlardan istifadə edilir", - deyə o əlavə edib.

"Ali təhsil müəssisələrinin proqramlarına çoxsəviyyəli siniflərin tədrisi ilə bağlı fənlərin daxil edilməsi zəruridir"

Fidan Sarıbəyli xüsusi olaraq qeyd edib ki, çoxsəviyyəli siniflərdə dərs deyən müəllimlər üçün xüsusi peşəkar inkişaf proqramlarının və metodik vəsaitlərin hazırlanması zəruridir. Tədris prosesinin çətinliklərini azaltmaq məqsədilə bu siniflər üçün dərs planları, qiymətləndirmə nümunələri və resurslar hazırlanmalıdır:

Yeni çin markası yaradıldı  İçinə bir adam güclə sığışır like
  • 06 Okt 16:00  
Digərləri Yeni çin markası yaradıldı İçinə bir adam güclə sığışır

Çində Wuling şirkəti yeni Aishang elektrik avtomobil markasını təqdim edi

arrow Ətraflı
Son 5 ildə Azərbaycanda neçə nəfərə infarkt diaqnozu qoyulub? – STATİSTİKA like
  • 06 Okt 15:55  
Digərləri Son 5 ildə Azərbaycanda neçə nəfərə infarkt diaqnozu qoyulub? – STATİSTİKA

2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə m

arrow Ətraflı
Makron çətin seçim qarşısında... like
  • 06 Okt 15:50  
Dünya Makron çətin seçim qarşısında...

Fransa prezidenti Makron çətin seçim qarşısında qalıb.

arrow Ətraflı
Bakıda mənzil almaq üçün neçə il işləmək lazımdır? like
  • 06 Okt 15:40  
Digərləri Bakıda mənzil almaq üçün neçə il işləmək lazımdır?

Mərkəzi Bankın yeni hesablamasına əsasən, Bakıda orta aylıq əmək haqq�

arrow Ətraflı
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib  FOTO like
  • 06 Okt 15:38  
Siyasət Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşk

arrow Ətraflı
"Bacımın qoyub getdiyi balalarına baxıram" like
  • 06 Okt 15:31  
Şou-biznes "Bacımın qoyub getdiyi balalarına baxıram"

Aktrisa Zülfiyyə Qurbanova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Hicab qanunun ləğvindən sonra Tehran küçələri like
  • 06 Okt 15:22  
Dünya Hicab qanunun ləğvindən sonra Tehran küçələri

Xəbər verdiyimiz kimi, İranda məcburi hicab taxmaq qadağası ləğv edilib.

arrow Ətraflı
Məşhur yazıçı faciəvi şəkildə öldü  FOTO like
  • 06 Okt 15:05  
Dünya Məşhur yazıçı faciəvi şəkildə öldü FOTO

Böyük Britaniyanın ən çox oxunan yazıçılarından biri olan Cilli Kuper 8

arrow Ətraflı
Telefonla danışarkən "tok" vurdu, öldü like
  • 06 Okt 15:00  
Digərləri Telefonla danışarkən "tok" vurdu, öldü

Çelyabinskdə ( Rusiya ) 16 yaşlı yeniyetmə telefonla danışarkən elektrik

arrow Ətraflı
Bakı sakinlərini və şəhərimizin qonaqlarını “AZHAB Forum 2025” Sərgisinə dəvət edirik! like
  • 06 Okt 14:58  
Digərləri Bakı sakinlərini və şəhərimizin qonaqlarını “AZHAB Forum 2025” Sərgisinə dəvət edirik!

7-8 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiç

arrow Ətraflı
Fransada siyasətçilər Makronun istefasını tələb edir like
  • 06 Okt 14:55  
Dünya Fransada siyasətçilər Makronun istefasını tələb edir

Fransada siyasətçilər ölkə prezidenti Emmanuel Makronun istefasını tələ

arrow Ətraflı
Bəzi ölkələrdən Azərbaycana quş əti gətirilməsinə qadağa qoyuldu like
  • 06 Okt 14:54  
Digərləri Bəzi ölkələrdən Azərbaycana quş əti gətirilməsinə qadağa qoyuldu

Epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub.

arrow Ətraflı
Fazil Mustafaya suiqəsd edən Səricanovun oğlunun məhkəməsi başladı like
  • 06 Okt 14:50  
Digərləri Fazil Mustafaya suiqəsd edən Səricanovun oğlunun məhkəməsi başladı

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs c�

arrow Ətraflı
Ağ Evdə UFC döyüşü keçirəcək like
  • 06 Okt 14:43  
Dünya Ağ Evdə UFC döyüşü keçirəcək

ABŞ Prezidenti Donald Tramp gələn il Ağ Evin ərazisində UFC döyüşünün

arrow Ətraflı
Cabir İmanovun vəhhabiliyi ilə bağlı yeni detallar – Deputatdan mühüm açıqlama like
  • 06 Okt 14:36  
Digərləri Cabir İmanovun vəhhabiliyi ilə bağlı yeni detallar – Deputatdan mühüm açıqlama

Əməkdar artist Cabir İmanovun vəhhabi dini təriqətinə mənsub olması bar

arrow Ətraflı