Prezident Qəbələdə TDT Baş katibini qəbul edib FOTO
Siyasət 06 Okt 2025 11:55:00 50 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
Bu xəbəri də oxu: Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək
Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı.
Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkür etdi.
Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.
Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbəsi

Müğənni Bahar Lətifqızı yeni mənzil sahibi olub.

İsfahan əyalətinin Ərdəstan şəhərində bu gün səhər saatlarında zəl

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən şəxslərin cinayət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbəl�

Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən köhnə binada ya

Sərfəli mobil xidmətləri və sosial layihələrə davamlı dəstəyi ilə se

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru və

Ötən gün Avstraliyanın Sidney şəhərində silahlı hücum olub.

Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sa

Son günlər sosial şəbəkələrdə gözlərinin qeyri-adi rəngi ilə məşhu

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq&qu

"OnlyFans" modeli iki musiqiçinin qətli ilə bağlı saxlanılıb.
