İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib FOTO
Siyasət 06 Okt 2025 11:40:00 71 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Bu xəbəri də oxu: Prezident Qəbələdə TDT Baş katibini qəbul edib FOTO
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlandı.
Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğuladı ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edildi.
Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən köhnə binada ya

Sərfəli mobil xidmətləri və sosial layihələrə davamlı dəstəyi ilə se

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru və

Ötən gün Avstraliyanın Sidney şəhərində silahlı hücum olub.

Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sa

Son günlər sosial şəbəkələrdə gözlərinin qeyri-adi rəngi ilə məşhu

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq&qu

"OnlyFans" modeli iki musiqiçinin qətli ilə bağlı saxlanılıb.

Paytaxtın Binəqədi rayonu, Xocəsən yolu ilə Çingizxan küçəsinin kəsi�

Azərbaycanda əlilliyi müəyyən olunmuş daha bir qrup şəxsə və şəhid a

Xalq artsitinin keçmiş əri müğənniliyə BAŞLADI

İranın Mazandaran əyalətinin Fəridunkənar məhəlləsində yanacaq daşıy
