Dələduzların növbəti oyunu: İşbazların toruna düşməmək üçün ekspert


Digərləri 06 Okt 2025 00:25:00 79 0

Dələduzların növbəti oyunu: İşbazların toruna düşməmək üçün ekspert

Son dövrlər internet məkanında, xüsusən də sosial media platformasında vətəndaşlara qarşı dələduzluq, kibercinayətkarlıq halları artıb. Ayrı-ayrı şəxslər asan pul qazanmaq üçün "TikTok", "Instagram" və "Facebook"da səhifələr yaradır, ödəniş müqabilində müxtəlif xidmətlər təklif edirlər. Çox təəssüf ki, bir sıra hallarda vətəndaşlar bu işbazların toruna düşür, aldadılır, maddi və mənəvi itki ilə üzləşirlər.

"Nə vəsaitimi qaytarır, nə də mənzilimi təmir etdirir"

Son.az bildirir ki, "Kaspi" qəzetinə şikayət məktubu ilə müraciət edən Vətən müharibəsi iştirakçısı Nadir Tərlan oğlu Qasımov da sosial mediada təklif olunan tikinti-təmir xidməti elanı ilə maraqlandığını, tələb olunan şərtləri yerinə yetirdiyini, lakin sonunda gözlənilən nəticəni əldə etmədiyini, faktiki olaraq aldadıldığını, böyük maddi itki ilə üzləşdiyini bildirir. Onun sözlərinə görə, sahibi olduğu mənzili təmir etdirmək üçün "Instagram" sosial media platformasında təmir-tikinti elanları ilə maraqlanıb. "Ümid İnşaat" MMC-yə məxsus səhifədə paylaşılan ev təmiri görüntülərini bəyənib və həmin şirkətlə əlaqə saxlayıb. "Ümid İnşaat" MMC ilə vətəndaş arasında 14 yanvar 2025-ci il tarixdə Təmir Podrat Müqaviləsi bağlanıb: "Müqavilənin şərtlərinə əsasən "Ümid İnşaat" MMC mənə məxsus olan mənzili üç ay müddətində tam təmir edərək təhvil verməyi öhdəsinə götürmüşdü. Müqavilənin ümumi qiyməti 20 000 manat təşkil edirdi. "Ümid İnşaat" MMC-nin direktoru Zahir Əsgərov məni əmin etdi ki, üç ayadək mənzilimi tam təmir edib təhvil verəcəklər. Lakin sonradan nə bu öhdəlik, nə də verilən vədlər yerinə yetirildi. Sonrakı proseslər sübut etdi ki, əslində tikinti şirkətinin rəhbəri Zahir Əsgərovun əvvəldən məqsədi məni aldadaraq pulumu mənimsəmək olub. Mənzil sahibi olaraq mənimlə "Ümid İnşaat" MMC arasında 14.01.2025-ci il tarixdə imzalanan müqavilə də formal xarakter daşıyıb. Biz bunu sonradan bildik. Bizimlə müqavilə bağlamaqla Zahir Əsgərov "İş görmək" görüntüsü yaradıb. Hətta bizə bildirmişdi ki, mənzilin təmiri üçün müqavilədə qeyd olunan məbləği birdəfəlik şəkildə ödəyəcəyimiz təqdirdə, güzəşt olunacaq. Bununla bağlı "WhatsApp" sosial şəbəkəsi vasitəsilə səslər yollayıb, məni və ailə üzvlərimi inandırıb. Amma sonradan etibarımızdan sui-istifadə edib, bizə qarşı dələduzluq edib. Sən demə, müqavilənin bağlanmasında yeganə məqsəd məhz bu kimi dələduzluq əməllərini pərdələmək olub. Məndən 20 000 manatla yanaşı, xırda xərclər üçün əlavə olaraq 1000 manat məbləğində vəsait də alıb. İndi nə vəsaitimi qaytarır, nə də verdiyi vədə, imzaladığı müqaviləyə uyğun olaraq mənzilimi təmir etdirir".

Şikayətin izi ilə...

Vətəndaş N.Qasımov üzləşdiyi dələduzluq halı ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN), o cümlədən qeydiyyat üzrə Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirib. İddia edib ki, bu günə qədər onun şikayətinin araşdırılması, dələduzluq edən Z.Əsgərovun məsuliyyətə cəlb olunması, qanun qarşısında cavab verməsi üçün əməli addımlar atılmayıb. Şikayətçi "Ümid İnşaat" MMC-nin direktoru Z.Əsgərovun dərhal məsuliyyətə cəlb olunmasını, ona vurulmuş maddi zərərin ödənilməsini istəyir.

N.Qasımovun şikayətini araşdırmaq üçün ilk növbədə adıçəkilən tikinti şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin "Ümid İnşaat" MMC-nin hər hansı nümayəndəsi ilə danışmaq, şirkət ünvanına səsləndirilən ittihamlara münasibət öyrənmək cəhdlərimiz uğursuz oldu. Elanda göstərilən nömrəyə davamlı edilən zəngləri gah cavablandıran olmadı, gah da bu nömrənin aktiv olmadığı üzə çıxdı.

Bal və kişimş möcüzəsi: Quru öskürəyi kəsir, qıcıqlanmanı aradan qaldırır like
  • 06 Okt 00:13  
Digərləri Bal və kişimş möcüzəsi: Quru öskürəyi kəsir, qıcıqlanmanı aradan qaldırır

Mövsüm dəyişiklikləri ilə birlikdə soyuqdəymə, qrip və xüsusilə quru

arrow Ətraflı
Hər səhər zəngli saatı yubadanlara xoş xəbər: Faydası böyük imiş like
  • 05 Okt 23:41  
Digərləri Hər səhər zəngli saatı yubadanlara xoş xəbər: Faydası böyük imiş

Hər səhər alarm çalanda bir neçə dəqiqə daha yatmaq üçün ertələ dü

arrow Ətraflı
Evimizdəki "WiFi" təhlükəsi like
  • 05 Okt 23:28  
Digərləri Evimizdəki "WiFi" təhlükəsi

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet və t

arrow Ətraflı
Balığı bıçaqsız, saniyələr içində təmizləmək ÜSULU like
  • 05 Okt 23:13  
Digərləri Balığı bıçaqsız, saniyələr içində təmizləmək ÜSULU

Təzə balığı məsələn, sazan, kərp, ya da ləş təmizləmək çox vaxt y

arrow Ətraflı
İstanbuldakı konserti ləğv olundu  Səbəb bu imiş like
  • 05 Okt 23:00  
Şou-biznes İstanbuldakı konserti ləğv olundu Səbəb bu imiş

Britaniyalı məşhur müğənni Robbie Williams bildirib ki, İstanbulda keçir

arrow Ətraflı
Tərtərdə aır qəza  1 ölü, 1 yaralı var like
  • 05 Okt 22:53  
Digərləri Tərtərdə aır qəza 1 ölü, 1 yaralı var

Tərtərdə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nə

arrow Ətraflı
Trampdan HAMASa sərt xəbərdarlıq: “Hakimiyyətdə qalmaq istəsələr, tam məhv ediləcəklər” like
  • 05 Okt 21:48  
Dünya Trampdan HAMASa sərt xəbərdarlıq: “Hakimiyyətdə qalmaq istəsələr, tam məhv ediləcəklər”

ABŞ Prezidenti Donald Tramp HAMASA sərt xəbərdarlıq edib. O, bildirib ki,

arrow Ətraflı
Şamaxıda Beynəlxalq Barbekü Festivalı başa çatıb like
  • 05 Okt 21:00  
Digərləri Şamaxıda Beynəlxalq Barbekü Festivalı başa çatıb

Şamaxıda təşkil olunan Beynəlxalq Barbekü Festivalı bu gün də davam edi

arrow Ətraflı
5 uşaqdırlar, heç biri təhsil almır like
  • 05 Okt 20:39  
Digərləri 5 uşaqdırlar, heç biri təhsil almır

Abşeronda Tahirovlar ailəsinin 5 uşağı təhsildən kənarda qalıb. Buna s�

arrow Ətraflı
Gürcüstan DTX Tbilisidə külli miqdarda silahsursat aşkarlayıb like
  • 05 Okt 20:24  
Digərləri Gürcüstan DTX Tbilisidə külli miqdarda silahsursat aşkarlayıb

Gürcüstanda külli miqdarda odlu silah, hərbi sursatlar və detonatorlu partl

arrow Ətraflı
Dekabrda neçə gün iş olmayacaq?  TƏQVİM like
  • 05 Okt 19:58  
Digərləri Dekabrda neçə gün iş olmayacaq? TƏQVİM

2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən A

arrow Ətraflı
Rubio: “Qəzzadakı müharibənin hələ sonuna gəlməmişik” like
  • 05 Okt 19:04  
Dünya Rubio: “Qəzzadakı müharibənin hələ sonuna gəlməmişik”

ABŞ Dövlət Katibi Marko Rubio, HAMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəz

arrow Ətraflı
11 ilə qədər həbs oluna bilər like
  • 05 Okt 18:47  
Şou-biznes 11 ilə qədər həbs oluna bilər

Türkiyəli aktyor Ufuk Bayraktar barəsində açılan cinayət işi üzrə isti

arrow Ətraflı