Hər səhər zəngli saatı yubadanlara xoş xəbər: Faydası böyük imiş
Digərləri 05 Okt 2025 23:41:00 79 0
Hər səhər alarm çalanda bir neçə dəqiqə daha yatmaq üçün ertələ düyməsini basmaq, adətən tənbəllik kimi qiymətləndirilir. Lakin Avstraliyanın Sidney Universitetinin apardığı yeni araşdırma göstərib ki, bu vərdiş o qədər də zərərli deyil. Mütəxəssislər bildirir ki, hər gün yalnız 15 dəqiqə əlavə yatmaq həyat müddətini əhəmiyyətli dərəcədə uzada bilər.
Bu xəbəri də oxu: Dələduzların növbəti oyunu: İşbazların toruna düşməmək üçün ekspert
Son.az xarici mətbuata istinadən xəbər verir ki, professor Emmanuel Stamatakis rəhbərliyində 60 min insan üzərində 8 il ərzində aparılan araşdırmada iştirakçıların yuxu rejimi, fiziki fəallığı və qidalanma vərdişləri təhlil edilib. Məlum olub ki, gün ərzində 6 saatdan az yatan şəxslərdə erkən ölüm riski əhəmiyyətli dərəcədə yüksəkdir. Lakin yuxuya əlavə edilən 15 dəqiqə bu riski ciddi şəkildə azaldır.
Mütəxəssislər vurğulayır ki, bədənin bərpa prosesi əsasən yuxu zamanı baş verir və kifayət qədər yatmamaq hüceyrələrin yenilənməsinə, immun sisteminə və beyin funksiyalarına mənfi təsir göstərir.
Araşdırmada yalnız yuxu deyil, həm də qidalanma və hərəkətlilik həyat müddətinə təsir edən əsas amillər arasında yer alıb. Diyet Kalitesi Skoru (DQS) sistemi ilə insanların tərəvəz, meyvə, balıq, tam taxıl və bitki yağlarından istifadəsi qiymətləndirilir; işlənmiş ət, rafinə edilmiş qida və şəkərli məhsullar isə balı aşağı salır.
Gündə 5,5 saat yuxu, az hərəkət və aşağı qidalanma balı olan şəxslərin həyat müddətinin əhəmiyyətli dərəcədə azaldığı, balanslı qidalanma, müntəzəm hərəkət və kifayət qədər yuxunun isə ömrü uzadan əsas üçlük olduğu müəyyən edilib.
Araşdırmaya görə, sağlam həyat üçün böyük dəyişikliklərə ehtiyac yoxdur. Kiçik, lakin davamlı təkmilləşdirmələr uzun müddətdə mühüm nəticələr doğura bilər.
Gündə yalnız 15 dəqiqə əlavə yuxu, 1,6 dəqiqə əlavə məşq və bir az daha çox tərəvəz istehlakı erkən ölüm riskini təxminən 10% azaldır. Daha böyük dəyişikliklər zamanı bu rəqəm 50%-ə qədər yüksəlir.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet və t

Təzə balığı məsələn, sazan, kərp, ya da ləş təmizləmək çox vaxt y

Britaniyalı məşhur müğənni Robbie Williams bildirib ki, İstanbulda keçir

Tərtərdə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nə

Bir müddət əvvəl mərhələli şəkildə Bakıya gətirilən qəzzalı ailə

ABŞ Prezidenti Donald Tramp HAMASA sərt xəbərdarlıq edib. O, bildirib ki,

Şamaxıda təşkil olunan Beynəlxalq Barbekü Festivalı bu gün də davam edi

Abşeronda Tahirovlar ailəsinin 5 uşağı təhsildən kənarda qalıb. Buna s�

Gürcüstanda külli miqdarda odlu silah, hərbi sursatlar və detonatorlu partl

2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən A

ABŞ Dövlət Katibi Marko Rubio, HAMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəz

Türkiyəli aktyor Ufuk Bayraktar barəsində açılan cinayət işi üzrə isti

Ermənistan Baş naziri Nikol Paşinyanı təəccübləndirən hadisə diqqət �

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də Azərbaycanda işg

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib.
