Sərnişin təyyarəsi hara qədər uça və ya kosmosa çıxa bilərmi?
Digərləri 05 Okt 2025 17:29:00 58 0
Adətən hava yolu ilə səyahət edən insanlar düşünür ki, əgər təyyarə sadəcə yüksəlməyə davam etsə, buludları geridə qoyaraq kosmosa çata bilər. Lakin bu, mümkün deyil.
Bu xəbəri də oxu: İsmayıllıda ağır qəza Yaralılar var
Son.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, təyyarə, əslində, "hava gəmisi"dir.
Onun işləməsi üçün hava lazımdır: qanadların qaldırıcı qüvvə yaratması və mühərriklərin işləməsi üçün oksigen tələb olunur. Əgər hava yoxdursa, təyyarə sadəcə hərəkətini inersiya ilə davam etdirən alüminium parçasına çevrilir.
Atmosferin xüsusiyyətləri də nəzərə alınmalıdır: yüksəklik artdıqca hava seyrəlir, təzyiq və temperatur azalır. Bu səbəbdən təyyarə daha sürətli uçmalı olur. Lakin sərhəd var - təyyarə istənilən qədər sürətlənə bilmir, çünki müəyyən həddən sonra konstruksiya dağılacaq.
Diplomlu uçuş planlaşdırma dispetçeri Anastasiya Troya bildirir ki, sərnişin təyyarələrinin uçuş hündürlüyü orta hesabla 9-12 km-dir. Bəzi modellər 18 km yüksəklikdə uça bilər, lakin bundan yuxarı qalxmaq mümkün deyil. Məsələ yalnız hündürlükdə deyil, sürətdədir. Təyyarələrin orta sürəti 700-900 km/saatdır. Halbuki kosmosa çıxmaq üçün 25-30 min km/saat sürət lazımdır.
Troyanın sözlərinə görə, əgər pilot təsəvvürən yüksəlməyə davam etsə, nəticə eyni olacaq - təyyarə düşəcək. Yüksəklik artdıqca havadakı oksigen azalır. Oksigen olmadan nə qaldırıcı qüvvə, nə də mühərriklərin işi mümkündür. Kosmosda oksigen olmadığından sərnişin təyyarəsi oraya çata bilməz. Ekspert əlavə edir ki, real şəraitdə sərnişin təyyarəsi Yer atmosferini heç vaxt tərk edə bilməz.
Gürcüstanda dünənki seçkilər ən yüksək demokratiya standartlarına uyğ

Ekspertlərin sözlərinə görə, bu avtomobillər böyük nasazlıqlar olmadan

Zaqatala rayonunda 44 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Ukraynaya uzaqmənzilli "Tomahawk

Türkiyənin Tekirdağ vilayətinin Marmaraereğlisi sahilləri yaxınlığında

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, oktyabrın 5-nə k

Payız-qış sezonunun ən çox sevilən tərəvəzlərindən biri olan çuğund

İran parlamenti rəsmi pul vahidi olan tüməndən dörd sıfırın silinməsin

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

2025-ci il oktyabrın 4-də Niderland Krallığının Haaqa şəhərinin mərkə

"Kanal D"nin fenomenal serialı "Eşref Rüya" hər çərş�

"Deputat Hikmət Babaoğlu bu məsələdə mövqeyini bildirib, amma proble

5 oktyabr gecəsi Rusiya hərbi qüvvələri Ukraynanın Zaporojye şəhərinə
