Haaqada Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub FOTO


Digərləri 05 Okt 2025 15:06:00 91 0

Haaqada Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub  FOTO

2025-ci il oktyabrın 4-də Niderland Krallığının Haaqa şəhərinin mərkəzi "Grote Marktstraat" küçəsində Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub. Sərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Gilavar" Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan "Mina qurbanlarının Avropa fotosərgiləri" layihəsi çərçivəsində keçirilib. Layihənin Niderlanddakı yerli tərəfdaşı "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyidir.

Bu xəbəri də oxu: Türkiyədə zəlzələ oldu

Son.az xəbər verir ki, "Gilavar" Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, Haaqa dünyada Beynəlxalq Ədalət Məhkəməsinin, Beynəlxalq Cinayət Məhkəməsinin və bir sıra beynəlxalq tribunalların mənzil qərargahı, "beynəlxalq hüquq paytaxtı" kimi tanınır: "Ona görə də Almaniya, Fransa, Belçikadan sonra sərgimizi məhz bu rəmzi şəhərdə yekunlaşdırırıq. 9 gün ərzində 5 Avropa şəhərində keçirdiyimiz izdihamlı fotosərgilər Ermənistanın mina müharibəsinin dinc, günahsız insanların həyatında səbəb olduğu faciələri, izləri nümayiş etdirdi. Hələ də Azərbaycan tərəfinə dəqiq mina xəritələri təhvil verilməyib. Biz minasız, sülh içərisində olan Cənubi Qafqaz arzulayırıq, mina qurbanlarına ədalət tələb edirik. Bu sərginin oktyabrın 4-də - Ermənistan tərəfindən dinc əhalinin Gəncədə raket hücumlarına məruz qaldığı günün ildönümündə keçirilməsi də təsadüfi deyil. Gəncəyə hücum növbəti Xocalı soyqırımı cəhdi idi. Biz bu sərgini Haaqakı Xocalı abidəsi olan ərazidə əmin-amanlıq, sülh rəmzi olan zeytun ağacı əkməklə bitirdik. Bu zeytun ağacı Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minaların partlaması nəticəsində həyatını itirən və xəsarət alanların əziz xatirəsinə dərin ehtiramı ifadə edir".

Fotəsərgi mina qurbanlarının ağrılı hekayələrini, itkilərini və həyat iradəsini əks etdirib. Haaqa sakinləri mina qurbanı Elçin Quliyevin fotosu üzərində bu sözləri oxuyub: "Mina üçün millət və peşə fərqi yoxdur. O, yalnız addımlarımızı sayır. Mənim peşəm minatəmizləyən idi, həyatları xilas etmək arzusu ilə axtarış aparanda sağ ayağımı mina partlamasından itirdim". Mina qurbanı Elvin Qafarov isə Haaqa sakinlərinə fotosu vasitəsilə bu sözlərlə xitab edib: "Kənd sakini idim, nə əsgər, nə zabit. Gündəlik işimlə məşğul olarkən minaya düşdüm, sol ayağımı itirdim. Həyatım çox sadə olsa da, mina faciəsinin mənə yaşatdığı ağrılar onu mürəkkəb, dözülməz etdi".

“Eşref Rüya”da bu sözlər sosial mediada gündəm oldu like
  • 05 Okt 15:00  
Şou-biznes “Eşref Rüya”da bu sözlər sosial mediada gündəm oldu

"Kanal D"nin fenomenal serialı "Eşref Rüya" hər çərş�

arrow Ətraflı
Paytaxtın “butulka effektli” yolları  Problemdən çıxış yolu nədir? like
  • 05 Okt 14:39  
Digərləri Paytaxtın “butulka effektli” yolları Problemdən çıxış yolu nədir?

"Deputat Hikmət Babaoğlu bu məsələdə mövqeyini bildirib, amma proble

arrow Ətraflı
Zaporojye şəhərinə hava hücumu: 1 ölü, çoxsaylı yaralılar like
  • 05 Okt 14:18  
Dünya Zaporojye şəhərinə hava hücumu: 1 ölü, çoxsaylı yaralılar

5 oktyabr gecəsi Rusiya hərbi qüvvələri Ukraynanın Zaporojye şəhərinə

arrow Ətraflı
Gürcüstanda yerli seçkilərdə “Gürcü arzusu” liderlik edir like
  • 05 Okt 14:08  
Dünya Gürcüstanda yerli seçkilərdə “Gürcü arzusu” liderlik edir

Gürcüstanın hakim partiyası "Gürcü Arzusu - Demokratik Gürcüstan&qu

arrow Ətraflı
İbrahim Tatlısesdən 73 yaşında sevgi və zarafat dolu etiraf  FOTO like
  • 05 Okt 14:00  
Şou-biznes İbrahim Tatlısesdən 73 yaşında sevgi və zarafat dolu etiraf FOTO

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses yenidən səhnəyə çıxa

arrow Ətraflı
Eyfel qülləsinə velosipedlə qalxdı like
  • 05 Okt 13:50  
Digərləri Eyfel qülləsinə velosipedlə qalxdı

Fransalı idmançı Orelyen Fontenua velosipedlə Eyfel qülləsinin zirvəsinə

arrow Ətraflı
Bitkoin rekord qiymətə yüksəldi like
  • 05 Okt 13:39  
Digərləri Bitkoin rekord qiymətə yüksəldi

Kriptovalyutanın dəyəri "Binance" platformasında sürətlə artara

arrow Ətraflı
Saxta "Ferrari" fantastik qiymətə satıldı like
  • 05 Okt 13:18  
Digərləri Saxta "Ferrari" fantastik qiymətə satıldı

ABŞ-də 1959-cu il model "Ferrari 250 Testa Rossa"nın surəti 720 mi

arrow Ətraflı
“Son nəfəsimə qədər döyüşəcəyəm” – Erik Deynin səssiz fəryadı like
  • 05 Okt 13:00  
Şou-biznes “Son nəfəsimə qədər döyüşəcəyəm” – Erik Deynin səssiz fəryadı

Hollywood aktyoru Erik Deyn amiyotrofik lateral skleroz (ALS) diaqnozu ilə ç�

arrow Ətraflı
Azərbaycanda sexdə partlayış  Ölən var like
  • 05 Okt 12:47  
Digərləri Azərbaycanda sexdə partlayış Ölən var

Bərdə şəhərində pendir sexində partlayış olub.

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib like
  • 05 Okt 12:45  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Sabah külək güclənəcək, çiskin olacaq like
  • 05 Okt 12:25  
Digərləri Sabah külək güclənəcək, çiskin olacaq

Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk�

arrow Ətraflı
İsrail ordusunu geri çəkməyə razılaşdı  Tramp bəyan etdi like
  • 05 Okt 12:15  
Dünya İsrail ordusunu geri çəkməyə razılaşdı Tramp bəyan etdi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail ordusu Qəzza zolağından ger

arrow Ətraflı
Əməkdar artistdən sərt tənqid: "Soyunmaqla məşhurlaşmaq moda olub" like
  • 05 Okt 12:00  
Şou-biznes Əməkdar artistdən sərt tənqid: "Soyunmaqla məşhurlaşmaq moda olub"

Əməkdar artist Gövhər Rzayeva sosial mediada yayımlanan bəzi görüntülə

arrow Ətraflı
Recep Bülbülses vəfat etdi like
  • 05 Okt 11:53  
Şou-biznes Recep Bülbülses vəfat etdi

Türkiyənin məşhur "Yeşilçam" kino sənayesi aktyoru Recep Bülb�

arrow Ətraflı