Məmurun evindən 340 min pul oğurlandı Oğlunun sevgilisi həbs edildi
Digərləri 03 Okt 2025 13:14:00 90 0
Bakının Binəqədi rayonu ərazisində mənzillərdən birindən içində 340 min manat olan seyf oğurlanıb.
Son.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən həyata keçirilən tədbirlərlə oğurluğun 1986-cı il təvəllüdlü Ş.Hüseynova və onun əmisi oğlu 1991-ci il təvəllüdlü Q.Hüseynov tərəfindən törədilməsi müəyyən edilib.
Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə açılmış işin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə məlum olub ki, ev sahibi E.Müseyibov nazirliklərdən birinin vəzifəli şəxsidir. Oğurluğa görə tutulmuş qadın isə ev sahibinin oğlunun sevgilisi olub.
Belə ki, ailəli şəxs məmurun oğlu ilə 2021-ci ildən sevgili olub. Onlar əsasən E.Müseyibovun oğlunun istəyi ilə evdə görüşüblər və bu zaman Ş.Hüseynova seyfin yerini öyrənib. O, qeyri-qanuni yolla sevgilisinin atasının evinin açarını əldə edərək nüsxəsini çıxartdırıb və evdə kimsənin olmadığı vaxt oğurluq cinayətini törədib. Daha sonra seyf Bakıdan Şəmkirə aparılaraq açılıb. Həmin pulun bir hissəsi ilə özünə bahalı avtomobil alıb.
Qadın məhkəmədə bildirib ki, seyfi ona sevgilisi özü verib və pulları hədiyyə edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə Ş.Hüseynovaya və əmisi oğluna 5 il həbs cəzası verilib.
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsf�

ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama həyat yoldaşı, sabiq prezide

Xalq artisti Nazpəri Dostəliyeva mərhum Xalq artisti İlhamə Quliyeva aralar

Prezident İlham Əliyev Danimarka işgüzar səfəri ilə bağlı paylaşım ed

"Apple" bu gündən etibarən "iPhone 11 Pro Max" modelini v

Son günlərdə beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məl

Ağsu şəhərində maraqlı hadisə baş verib.

"Həyata keçirilən islahatlar və sahibkarlığa dəstək mexanizmlərini

Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyana qarşı

Müğənnilər Təranə qumral və Musa Musayev yenidən açıqlmaları ilə gü

Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbu

Bakının Binə qəsəbəsində qəbirstanlığa cadu basdıran qadınların gö

Bakının Nizami rayonunda yerləşən "Şərq" şadlıq sarayında b�

"Azərbaycanın müasir tarixində 3 oktyabr 1993-cü il seçkiləri xüsus
