Kamaləddin Qafarov: “1993cü il 3 oktyabr seçkiləri milli qurtuluşa aparan yolun başlanğıcıdır”
Siyasət 03 Okt 2025 11:35:00 96 0
"Azərbaycanın müasir tarixində 3 oktyabr 1993-cü il seçkiləri xüsusi əhəmiyyətə malikdir. Bu gün biz tam əminliklə deyə bilərik ki, həmin gün keçirilmiş prezident seçkiləri milli qurtuluşa gedən yolun başlanğıcı oldu. Çünki həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizi böyük fəlakətlərdən, parçalanma təhlükəsindən xilas etdi".
Bu xəbəri də oxu: Prezident: Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur
Milli Məclisin deputatı Kamaləddin Qafarov bu fikri mətbuata verdiyi açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır və çətin bir dövr idi:
"1991-1993-cü illər hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə ilə yadda qaldı. O dövrün iqtidarı dövlətin qarşısında dayanan problemləri həll edə bilmirdi. Hadisələri düzgün qiymətləndirmək, çıxış yolları tapmaq əvəzinə, ziddiyyətli qərarlar qəbul olunur, ölkə getdikcə böhrana sürüklənirdi. Xalq artıq anlayırdı ki, yeganə çıxış yolu Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsidir".
K.Qafarov qeyd edib ki, əgər xalqın səsinə vaxtında qulaq asılsaydı, Azərbaycanda bir çox böyük faciələr yaşanmazdı:
"Əgər 1990-cı illərin əvvəllərində sağlam düşüncəyə üstünlük verilib Heydər Əliyev hakimiyyətə gətirilsəydi, 20 Yanvar, Xocalı faciələri baş verməz, Laçın və Şuşa xəyanətin qurbanı olmazdı. Dövlət müstəqilliyimiz bu qədər ağrılı və əzablı yollardan keçməzdi. Təəssüf ki, tarixə qara hərflərlə yazılmış bu hadisələr milli yaddaşımızda ağır izlər buraxdı. Lakin xalqımızın iradəsi nəticəsində nəhayət, 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyev Bakıya dəvət edildi və oktyabrın 3-də keçirilən seçkilərdə müstəqil Azərbaycanın Prezidenti oldu".
Kamaləddin Qafarov həmçinin xatırladıb ki, o dövrdə ölkə vətəndaş müharibəsi həddinə gəlmişdi:
"Bakıdakı hakimiyyət savaşı nəticəsində dövlət idarəçiliyi iflic vəziyyətə düşmüşdü. Belə bir zamanda həyatını təhlükəyə atan Ulu Öndər dərhal Gəncəyə getdi, qiyamın qarşısını aldı və vətəndaş qarşıdurmasını önlədi. Bu addım onun xilaskarlıq missiyasının təntənəsi idi. Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da xalqa sədaqət andı içdi və bu andına ömrünün sonuna qədər sadiq qaldı. Ümummilli liderin rəhbərliyi ilə müstəqil Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyi təmin olundu. Dövlətçiliyin əsasları möhkəmləndi, ordu quruculuğuna start verildi, milli maraqların qorunması prioritet elan edildi. Ən əsası, xalq öz gələcəyinə inam qazandı. Beləliklə, 3 oktyabr 1993-cü il seçkiləri Azərbaycanın parçalanmaq təhlükəsindən qurtuluşu, müstəqilliyimizin möhkəmləndirilməsi və gələcək inkişaf yolunun başlanğıcı oldu. Heydər Əliyev əsil Ümumilli Lider kimi öz üzərinə götürdüyü xilaskarlıq missiyasını yüksək səviyyədə yerinə yetirdi. Ulu Öndərimizin dövlətə sədaqətli xidmət nümunəsi Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır".
Honduraslı TikTok ulduzu və teleaparıcı Cennifer Nikol Rivas 21 yaşında v�

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəş

2025-ci ilin avqustu azərbaycanlıların media istehlakında ciddi dəyişiklik

Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq do

Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqəl

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə məktu

Ermənistan Azərbaycanla əlaqələrin tezliklə qurulması, kommunikasiyaları

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-V

Xəbər verdiyimiz kimi, sentyabrın 28-i Buzovna qəsəbəsində baş vermiş a

İran rəsmi şəkildə Rəşt - Astara dəmir yolunun tikintisi üçün Rusiya

ABŞ-ın Kaliforniya ştatının El Segundo şəhərində yerləşən Chevron ne

Türkiyəli tanınmış tarixçi və yazıçı İlbər Ortaylı səhhətinin pis

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təq

Bu əsrin ən uzun Günəş tutulması həm elmi baxımdan, həm də turizm sah�
