Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri Adnanın gizlənən xalası oğlu imiş


Digərləri 02 Okt 2025 09:21:00 138 0

Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri  Adnanın gizlənən xalası oğlu imiş

Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin dəbdəbəli həyat tərzi ilə bağlı demək olar ki, hər gün bir məlumat yayılır.

Son.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, gah A.Əhmədzadənin lüks maşınları gündəmə gəlir, gah Cenevrədə fantastik məbləğə cərimələnməsi.

Ağır cəzalarla "burun-buruna" gələn Əhmədzadənin adı indi də Rusiya neftinin bir sıra dünya ölkələrindən saxta yollarla, sanksiyaları belə vecə almadan tranzitinə qol qoymasında hallanır.

Elə bununla bağlı Maltanın yerli media orqanı olan "Maltese Herald"da yazı dərc olunub.

Yazıda deyilir ki, A.Əhmədzadənin Maltadan Britaniyanın Virciniya adalarına qədər uzanan bir sıra ofşor şirkətləri var.

Həmin kompaniyalardan biri də Maltanın ən böyük neft bunkeri olan Kamran Ağayevə məxsus şirkətdir. İddia olunur ki, Əhmədzadə özü həmin şirkətin gizli təsisçisi olsa da, sənəd üzərində onu doğma xalası oğlu Kamran Ağayev təmsil edib. Əhmədzadə və Ağayevin "Qohum işindən" isə əngəlli əməllərin ortaya çıxdığı deyilir.

Fotoda: Kamran Ağayev

İttihamda deyilir ki, həmin şirkət Maltanın Birzebbuğa şəhərində yerləşən neft terminalından istifadə edərək Rusiya kölgə donanması ilə birlikdə Rusiya neftinin qaçaq yolla daşınmasında iştirak edib.

Şirkət, eyni zamanda, Liviyadan qaçaq yollarla əldə olunan neftin ticarəti ilə də məşğul olub. Belə ki, şirkət Rusiya-neft ticarəti ilə bağlı A.İ. və Böyük Britaniya səlahiyyətliləri tərəfindən araşdırılır.

Araşdırmanın mənbəyi isə şirkətin saxta sertifikatlarla Rusiya neftinin Avropaya ixrac olunması ilə bağlı gəzən xəbərlərdir.

Media qurumu öz mənbələrinə istinadən yazıb ki, bu söz-söhbətlər Malta hakimiyyətində ciddi narahatlıq doğurub. Nəşr ötən ildən bəri Malta bayrağı altında Rusiya neftinin ticarəti ilə məşğul olan tankerlərin siyahısını da tirajlayıb.

Qeyd olunur ki, bu gəmilər Rusiya neftinin xarici bazara daşınması üçün ən məşhur rus limanları olan Primorsk və Novorossiyskdən istifadə ediblər.

Həmin tankerləri aşağıda qeyd edirik:

-"Chrysopigi IMO 9303728"

-"Janine K IMO 9544607"

-"Minerva Emily IMO 9380063"

-"Minerva Joy IMO 9363479"

-"Minerva Mediterranea 9367671"

Xam neft tankerləri

-"Botafogo IMO 9395329"

-"Calida IMO 9522128"

Adnan Əhmədzadə haqda iddialar bu yeddi tankerlə də kifayətlənmir. Belə ki, "Pandora Sənədləri" də daxil olmaqla, ictimaiyyətə sızan məlumatlara görə, Əhmədzadənin adı Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş "Choice Management Group Ltd"nin də benefisiar sahibi kimi önə sürülüb.

Bir neçə gün əvvəl isə "Haqqin.az" Sinqapur KİV-ə istinadla on il əvvəl Dubayda qurulan Kamran Ağayevə məxsus başqa bir şirkət haqda geniş məqalə dərc edib.

Bildirib ki, bunker yanacağı və tanker broker xidmətlərinin qeyri-şəffaf dünyasında yer açmaq istəyən başqa bir çevik operator kimi görünürdü. 2022-ci ilə qədər şirkətin illik gəliri 1 milyard dolları ötdü, əməliyyatları 60 ölkəyə genişləndi və o, özünü daha təmiz yanacaq və mayeləşdirilmiş təbii qaz bazarında oyunçu kimi yerləşdirdi.

Lakin sahibi-A.Əhmədzadənin həbsindən sonra şirkət özünü geosiyasi və hüquqi fırtınanın episentrində tapdı.

Araşdırmaçılar iddia edirlər ki, bu sxem saxta sertifikatlardan istifadə edilməklə həyata keçirilib və Qərbin məhdudlaşdırıcı sanksiyalarına baxmayaraq, Rusiya neftinin Azərbaycan kimi ötürülməsinə və Avropaya satılmasına imkan verib.

Hazırda Adnan Əhmədzadənin işlərini idarə edən digər yaxınlarından fərqli olaraq Kamran Ağayevdən ümumiyyətlə xəbər yoxdur. Azərbaycanı tərk etmiş Kamran Ağayevin gizlənməsinin onun barəsində təbii olaraq əsaslı şübhələr yaradacağı, barəsində atılacaq addımların gizli biznes şəbəkəsini alt-üst edəcəyi və məsuliyyətə cəlb edilmək üçün əsas yaradacağı aydındır. Əsas sual isə belə səslənir: Azərbaycandan mənimsənilən pullarla hara qədər gizlənə bilərsən?!

“Survivor”ın iştirakçısı olan türk aktyora ağır İTKİ like
  • 02 Okt 09:15  
Şou-biznes “Survivor”ın iştirakçısı olan türk aktyora ağır İTKİ

"Survivor"la tanınan Barış Murat Yağcını ağır itki yaşadığ�

arrow Ətraflı
Ağdamda ailə FACİƏSİ: Nənə və nəvə ağır yaralandı like
  • 02 Okt 09:05  
Digərləri Ağdamda ailə FACİƏSİ: Nənə və nəvə ağır yaralandı

Ağdamda fərdi evlərdən birində yanğın olub, nənə və nəvəsi ağır ya

arrow Ətraflı
Quru öskürəyi bıçaq kimi kəsən nənə resepti  Cəmi 3 inqridientlə like
  • 02 Okt 08:48  
Digərləri Quru öskürəyi bıçaq kimi kəsən nənə resepti Cəmi 3 inqridientlə

Quru öskürək, çox vaxt boğazda yığılan mikrobların və iltihabın əlam

arrow Ətraflı
Xəzərin məyus edən görüntüləri  axırı necə olaacq? like
  • 02 Okt 08:08  
Digərləri Xəzərin məyus edən görüntüləri axırı necə olaacq?

Xəzər dənizində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.

arrow Ətraflı
Bu qidalar qadınlarda yaddaşı zəiflədir  XƏBƏRDARLIQ like
  • 02 Okt 06:06  
Digərləri Bu qidalar qadınlarda yaddaşı zəiflədir XƏBƏRDARLIQ

Orta yaş dövründə tez-tez ultraemal olunmuş qidalar istehlak edən qadınla

arrow Ətraflı
İbrahim Saraçoğlu: Qandakı iltihabı aradan qaldıran 25 günlük təbii resept like
  • 02 Okt 05:05  
Digərləri İbrahim Saraçoğlu: Qandakı iltihabı aradan qaldıran 25 günlük təbii resept

Professor İbrahim Saraçoğlu tərəfindən tövsiyə olunan ağ dut kurusu kü

arrow Ətraflı
Stressdən qurtulmağın QEYRİADİ YOLU tapıldı  ARAŞDIRMA like
  • 02 Okt 04:04  
Digərləri Stressdən qurtulmağın QEYRİADİ YOLU tapıldı ARAŞDIRMA

Narahatlıq və əsəbilik hissi hər zaman "beyni məşğul edən" pr

arrow Ətraflı
20 yaşdan sonra bunu mütləq edin  Xərçəngin 6 ilkin əlaməti like
  • 02 Okt 03:03  
Digərləri 20 yaşdan sonra bunu mütləq edin Xərçəngin 6 ilkin əlaməti

Ölkəmizdə hər 8 qadından biri həyatının müəyyən mərhələsində dö�

arrow Ətraflı
Sümük iliyi bilindiyi qədər faydalıdırmı?  Mütəxəssisdən açıqlama like
  • 02 Okt 01:01  
Digərləri Sümük iliyi bilindiyi qədər faydalıdırmı? Mütəxəssisdən açıqlama

Son illərdə ənənəvi qidalanma vərdişlərinə qayıdışla sümük iliyi y

arrow Ətraflı
''Təcili kredit, ''onlayn kredit'' və s... – ALDANMAYIN like
  • 02 Okt 00:32  
Digərləri ''Təcili kredit, ''onlayn kredit'' və s... – ALDANMAYIN

Sosial şəbəkələrdə saxta kredit səifələri açılır... Vacib pula ehtiy

arrow Ətraflı
Qışda immuniteti gücləndirməyin 10 yolu like
  • 02 Okt 00:17  
Digərləri Qışda immuniteti gücləndirməyin 10 yolu

Soyuq havalar, qısa günlər və yağışlı küçələr bir çox insanda çöl

arrow Ətraflı
İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib like
  • 02 Okt 00:12  
Siyasət İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib

Oktyabrın 1-də Kopenhagendə Danimarka Kralı X Frederik və Kraliçası Meri

arrow Ətraflı
Elnur Nəsibov vəzifədən getdi like
  • 01 Okt 23:48  
Digərləri Elnur Nəsibov vəzifədən getdi

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifə

arrow Ətraflı
Heydər Əliyev Fondu Ehtiram Hüseynovun Türkiyədə müalicəsinə dəstək oldu like
  • 01 Okt 23:40  
Digərləri Heydər Əliyev Fondu Ehtiram Hüseynovun Türkiyədə müalicəsinə dəstək oldu

Beş ildir ki dağınıq skleroz, MS xəstəliyindən əziyyət çəkən xanənd

arrow Ətraflı