Bu qidalar qadınlarda yaddaşı zəiflədir XƏBƏRDARLIQ
Digərləri 02 Okt 2025 06:06:00 80 0
Orta yaş dövründə tez-tez ultraemal olunmuş qidalar istehlak edən qadınlar yaşlananda yaddaş və düşünmə problemləri ilə daha çox qarşılaşırlar.
Bu xəbəri də oxu: Urmiya qurudu, sıra Abşerondadır? – Duz gölləri ilə bağlı mütəxəsssisdən HƏYƏCAN TƏBİLİ
Son.az xəbər verir ki, bu nəticəyə Nyu-York Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri Preventive Medicine (PM) jurnalında dərc olunub.
Bildirilib ki, ultraemal olunmuş qidalar - şirniyyatlar, fastfud, qazlı içkilər və hazır yeməklər - əlavə yağlar, şəkər, duz və dadlandırıcılarla zəngindir.
"Women's Health Study" adlı uzunmüddətli araşdırmaya qatılan 5 mindən çox qadının məlumatları göstərib ki, 35-65 yaş aralığında bu cür qidaları daha çox istehlak edən qadınlar 25-35 il sonra yaddaş və diqqət problemləri ilə bağlı şikayətləri 20-24% daha çox bildiriblər.
Koqnitiv şikayətlər dedikdə yaddaşın və ya diqqət toplama qabiliyyətinin zəifləməsi ilə bağlı subyektiv hisslər nəzərdə tutulur. Əvvəlki araşdırmalar göstərir ki, bu cür şikayətlər demensiyanın inkişafından bir neçə il əvvəl meydana çıxa bilər.
Ən güclü əlaqə emal olunmuş süd məhsulları və ət məhsulları ilə müşahidə olunub. Şirniyyatlar və souslarla isə statistik cəhətdən əhəmiyyətli bir əlaqə tapılmayıb.
Qadınlar Alzheimer xəstəliyindən əziyyət çəkən pasiyentlərin təxminən üçdə iki hissəsini təşkil edir. Risk faktorlarının erkən mərhələdə müəyyənləşdirilməsi səhiyyə üçün prioritet sayılır. Yeni araşdırma göstərir ki, orta yaş dövründəki qidalanma beyin sağlamlığına onilliklər sonra da təsir edə bilər.
Müəlliflər vurğulayıblar ki, bu cür məhsulların rasionda azaldılması yaşla bağlı koqnitiv pozuntuların riskini azaltmaq üçün əlçatan bir üsul ola bilər.(publika.az)
Professor İbrahim Saraçoğlu tərəfindən tövsiyə olunan ağ dut kurusu kü

Narahatlıq və əsəbilik hissi hər zaman "beyni məşğul edən" pr

Ölkəmizdə hər 8 qadından biri həyatının müəyyən mərhələsində dö�

Son illərdə ənənəvi qidalanma vərdişlərinə qayıdışla sümük iliyi y

Sosial şəbəkələrdə saxta kredit səifələri açılır... Vacib pula ehtiy

Soyuq havalar, qısa günlər və yağışlı küçələr bir çox insanda çöl

Oktyabrın 1-də Kopenhagendə Danimarka Kralı X Frederik və Kraliçası Meri

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifə

Beş ildir ki dağınıq skleroz, MS xəstəliyindən əziyyət çəkən xanənd

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə haqqında çıxan sevgi xəbərlərin�

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun "Kopenhagen&q

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında İtaliya Prezidenti il�

Birinci və ikinci siniflər birlikdə dərs keçirlər.

Məşhur türkiyəli müğənni Ebru Gündeş keçən həftə iş adamı Murat O
