Adnanın SOCARın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı


Digərləri 28 Sen 2025 18:30:00 81 0

Adnanın SOCARın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin qurumun sabiq vitse-prezidenti Mikayıl İsmayılovla çox yaxın əlaqələri haqda məlumat yayılıb.

Son.az xəbər verir ki, Musavat.com hazırda da bu əlaqələrin davam etdiyini vurğulayıb.

"Məsələni maraqlı edən digər detal isə Adnan Əhmədzadənin müdafiəçisi, vəkil Şaiq Mirzəyevlə bağlıdır. Belə ki, Şaiq Mirzəyev vaxtilə "Az-Qranata" MMC-nin baş direktoru olub. Həmin şirkətin də Mikayıl İsmayılova və ailəsinə məxsusluğu haqda mediada dəfələrlə məlumatlar yayımlanıb. Şaiq Mirzəyev bu gün də Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qalmaqallı atalıq işində vəkilidir. Xatırladaq ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.

"Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək", - F.Abbasova bildirib.

Bu il Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyev Fidan Abbasovaya barışıq sənədi təqdim edib, həmin sənəddə uşağının atasının Orxan İsmayılzadə olmasının üzərindən keçərsə, 65 min manat ödəyəcəyi qeyd olunub. Fidan Abbasova barışıq ərizəsini imzalamayıb, Orxan İsmayılzadədən aliment ödəməsini tələb edib. Hazırda İstanbulda məskunlaşan Orxan İsmayılzadə aylardır ki, aliment ödəmir. Fidan Abbasova deyir ki, Şaiq Mirzəyev ona alimentin ödənməyəcəyini bildirib...

Qeyd edilir ki, Fidan Abbasova Şaiq Mirzəyevin Adnan Əhmədzadəyə vəkil tutulmasında keçmiş qayınatasının rolu və iştirakının ola biləcəyini ehtimal edir.

Xatırladaq ki, Adnan Əhmədzadə sentyabrın 19-dda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb. Növbəti gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan qərarı verib. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ ki, rəsmi məlumat yoxdur.


Xəbərə aid fotolar

Yerin altında dünyanın ən böyük saxta siqaret fabriki AŞKARLANDI like
  • 28 Sen 18:24  
Dünya Yerin altında dünyanın ən böyük saxta siqaret fabriki AŞKARLANDI

İtaliyanın Ankona əyalətində maliyyə qvardiyası ölkə tarixində ən bö

arrow Ətraflı
Düyünü belə bişirin, dəndən olacaq like
  • 28 Sen 18:15  
Digərləri Düyünü belə bişirin, dəndən olacaq

Plov bir çox xalqın mətbəxində mühüm yerə malik yeməklərdən biridir.

arrow Ətraflı
Tesla sürücülərinə şad XƏBƏR: gələn həftə... like
  • 28 Sen 17:45  
Digərləri Tesla sürücülərinə şad XƏBƏR: gələn həftə...

Tesla nəhayət ki, "Full Self-Driving" (FSD) sürücüyə yardım sis

arrow Ətraflı
Qısqanc qadın keçmiş ərinin evini YANDIRDI like
  • 28 Sen 17:30  
Digərləri Qısqanc qadın keçmiş ərinin evini YANDIRDI

Rusiyanın Perm diyarında 37 yaşlı qadın keçmiş ərinin evini qısqanclıq

arrow Ətraflı
Manaf efirdə "quruyub qaldı"  Nəfəsə görə meyxanaçıdan XƏBƏRDARLIQ! like
  • 28 Sen 17:15  
Şou-biznes Manaf efirdə "quruyub qaldı" Nəfəsə görə meyxanaçıdan XƏBƏRDARLIQ!

Son günlər müğənnilər Manaf Ağayev və Nəfəs arasında yaranan mübahis

arrow Ətraflı
Toy yasa çevrildi  Bəy qəfil öldü like
  • 28 Sen 17:14  
Dünya Toy yasa çevrildi Bəy qəfil öldü

Misirin Asuan şəhərində sevinclə başlayan toy dəhşətə çevrilib.

arrow Ətraflı
Bakıda gəlin toy günü salona sevgilisi ilə GƏLDİ like
  • 28 Sen 17:00  
Digərləri Bakıda gəlin toy günü salona sevgilisi ilə GƏLDİ

Sosial şəbəkədə yayılan video diqqət çəkib.

arrow Ətraflı
Uşağına zəncir bağlayıb parkda gəzdirdi like
  • 28 Sen 16:44  
Digərləri Uşağına zəncir bağlayıb parkda gəzdirdi

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər böyük müzakirə

arrow Ətraflı
Mikayıl Tolikin cavabını verdi  VİDEO like
  • 28 Sen 16:29  
Şou-biznes Mikayıl Tolikin cavabını verdi VİDEO

Aparıcılar Mikayıl Güləddinoğlu ilə Tarix Əliyev arasında qalmaqal yaş

arrow Ətraflı
Toylara qadağa gəlir? like
  • 28 Sen 16:24  
Digərləri Toylara qadağa gəlir?

"Əslində bu məhdiyyətlərdən daha önəmli olan, sadə alternativləri

arrow Ətraflı
Aynur Dadaşova xəstəxanadan VİDEOsunu paylaşdı like
  • 28 Sen 16:14  
Şou-biznes Aynur Dadaşova xəstəxanadan VİDEOsunu paylaşdı

Müğənni Aynur Dadaşova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Netanyahunun keçmiş arvadından sərt sözlər: like
  • 28 Sen 16:02  
Dünya Netanyahunun keçmiş arvadından sərt sözlər:

İsrailin baş naziri Binyamin Netanyahuya qarşı daha bir sərt hücum baş ve

arrow Ətraflı
Günəşdə güclü partlayış oldu like
  • 28 Sen 16:01  
Dünya Günəşdə güclü partlayış oldu

Sentyabrın 28-də Günəşdə güclü partlayış baş verib.

arrow Ətraflı