Toylara qadağa gəlir?
Digərləri 28 Sen 2025 16:24:00 84 0
"Əslində bu məhdiyyətlərdən daha önəmli olan, sadə alternativlərin yaradılmasıdır. Bizdə sadə alternativlər yoxdur. Elə şadlıq evləri var ki, keyfiyyətsiz xidmət müqabilində, daha çox imkansız insanların burada tədbir keçirməsini təklif edə bilirlər. Bu da o qədər effektiv hal sayılmır. Çünki xidmət bütün hallarda keyfiyyətli olmalıdır".
Bu xəbəri də oxu: Gələn ay bu BÜRCLƏRİN üzündən gülüş
Son.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa "Musavat TV"yə açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, insanların həyat tərzinə və başqa məsələlərə qarışmaq olmaz:
"Digər məsələlərdə də insanların müəyyən dərəcədə maariflənməsinə ehtiyac var. Bunun üçün də xüsusən öndə gedən insanlar, vəzifəli şəxslər bu məsələdə daha çox addımlar atmalıdır ki, cəmiyyətə müəyyən nümunə olsun. Amma yenə də sadə, alternativ imkanlar olmalıdır. Məsələn, imkanı olmayan ailələrin toy və başqa məclisləri təşkil etməsi forması hər halda seçim imkanları olmalıdır. Daha zəngin və imkanlı insanlar onsuz da seçimlərini edib bunu gerçəkləşdirəcəklər. Bu, biraz da həssas məsələdir. İnsanların həyat tərzinə və başqa məsələlərə qarışmaq olmaz. Amma təm-təraq, israfçılıqla bağlı müəyyən tənzimləmələr ola bilər. Amma bütövlükdə bunu bir çərçivəyə salmaq, say göstərmək, məhdiyyət qoymağın da sıxıntıları ortaya çıxa bilər. Bu da müəyyən korrupsiya hallarına yol açar. Bu baxımdan, məncə məsələyə biraz daha şərtlərimizə uyğun baxılması daha yerində olardı. Hər halda, məncə israfçılıq həddən artıq böyükdür. İzafi xərclər yeni ailə həyatının qurulmasında sıxıntılar yaradır. Biz bunu düşünməliyik. Buna konkret, standart ölçülər qoymadan belə, cəmiyyətdə bəlli bir nəzarət mexanizmini gücləndirərək, bu sahədə olan müəyyən boşluqları, israfçılıq elementlərini aradan qaldırmaq mümkündür".
Müğənni Aynur Dadaşova paylaşımı ilə diqqət çəkib.

İsrailin baş naziri Binyamin Netanyahuya qarşı daha bir sərt hücum baş ve

Xəbər verdiyimiz kimi, türkiyəli 51 yaşlı müğənni Güllü evinin eyvan�

İlon Mask bildirib ki, o, əvvəllər uşaq təcavüzünə görə məhkum olunm

Meyxanaçı Balaəli Maştağalı qonaq olduğu efirlərin birində ailəsi ilə

Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında İra

Türkiyəli tanınmış şair Yavuz Bülent Bakiler vəfat edib.

Azərbaycanlı gəlinin qeyri-adi seçimi sosial şəbəkələrdə gündəm olub

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qonaq olduğu verilişdə aparıcı

İran son aylarda beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalan, lakin

Astroloqların proqnozlarına görə, sentyabr ayının sonuna qədər bəzi bü
