İran sirli yeraltı obyekt üzərində işləri gücləndirdi – Şok DETALLAR
Digərləri 28 Sen 2025 14:25:00 80 0
İran son aylarda beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalan, lakin strateji baxımdan olduqca mühüm hesab edilən sirli yeraltı obyekt üzərində işləri intensivləşdirib.
Bu xəbəri də oxu: "Ded Xasan"ın nəvəsi Lənkəranskinin yaxın adamını
"The Washington Post" nəşri yazır ki, bu obyekt uzun illərdir gündəmdə olan və Tehranın nüvə proqramı ilə bağlı sualları daha da artıran yeni mərhələnin başlanğıcı ola bilər.
Son.az xəbər verir ki, mənbənin məlumatına görə, tikinti prosesi hələ 2020-ci ildən başlayıb və "Kirka dağı" adlanan dağ massivinin dərinliklərində aparılır. İran mühəndisləri burada tunellər qazaraq geniş yeraltı zal və keçidlər sistemi yaradırlar. Strateji baxımdan ən diqqətçəkən məqam isə onun Natanz nüvə kompleksindən cəmi 1,6 kilometr aralıda yerləşməsidir. Məhz bu kompleks 22 iyun tarixində ABŞ Hərbi Hava Qüvvələrinin bombardmanına məruz qalmışdı.
Nəşrin qeyd etdiyinə görə, Kirka dağındakı obyektin dəqiq təyinatı hələ də müəmmalıdır. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri indiyə qədər orada heç vaxt olmayıb, nəzarət və monitorinq üçün icazə də almayıblar. Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, Tehran bu obyektlə bağlı göndərilən sorğulara heç bir cavab verməyib və onun statusu barədə məlumat təqdim etməkdən imtina edir.
Ekspertlər hesab edir ki, bu, İranın MAQATE-nin nəzarət mexanizmlərini qəsdən kənarda saxlamaq və nüvə fəaliyyətlərini dərin yeraltı obyektlərdə gizlətmək strategiyasının tərkib hissəsidir. Analitiklərin qiymətləndirmələrinə əsasən, Kirka dağındakı yeraltı zal və tunellər 100 metrədək dərinlikdə yerləşə bilər, bu isə onları həm peyk kəşfiyyatından, həm də hava zərbələrindən qoruyacaq səviyyədə edir.
Yeni mərhələ - İran "sabotajdan qorunan" infrastruktur yaradır
Qərb analitikləri hesab edirlər ki, Tehranın bu addımı həm də Natanz və Fordo kimi obyektlərə qarşı keçirilən hücum və diversiyalara cavab xarakteri daşıyır. ABŞ və İsrail son illərdə İranın nüvə proqramını ləngitmək üçün bir sıra kəşfiyyat əməliyyatları və kiber hücumlar həyata keçirib. Kirka dağındakı kompleks isə məhz bu cür müdaxilələrə qarşı "yeni nəsil sabotajdan qorunan infrastruktur" kimi nəzərdə tutulmuş ola bilər.
Astroloqların proqnozlarına görə, sentyabr ayının sonuna qədər bəzi bü

Tanınmış müğənni Manaf Ağayev "Rəngarəng" verilişində gənc

Zərdab rayonunda qeyri-adi doğuş hadisəsi baş verib.

İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 80-ci sessi

ABŞ-nin Ostin şəhərində 1991-ci ildə kafedə dörd məktəbli qızın səs

Aparılan elmi araşdırmalara görə, insanın qan qrupu onun müəyyən xəst�

"Tarixin bir günü" verilişində qalmaqallı anlar yaşanıb.

Rusiya Federasiyasında sentyabr ayından qüvvəyə minən qanuna əsasən, boy

Gürcüstan Baş Prokurorluğu "qanuni oğru" Merab "Suxumski&quo

Sentyabrın 29-da Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin v

"Sentyabrın 25-də Ölkə Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BM

Xəbər verdiyimiz kimi, Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş ver

Müğənni Mətanət Əsədova efirlərin birində qonaq olub.
