“Kupça” ala bilməyən şəxslərin NƏZƏRİNƏ
Digərləri 27 Sen 2025 21:25:00 71 0
Bəzi hallarda vətəndaşlar onlara məxsus olan əmlaklara "kupça", yəni çıxarış almaqda çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə əmlakın qeydiyyatı mümkün olmur və vətəndaşlar rəsmi mülkiyyət hüquqlarını tam şəkildə təsdiq edə bilmirlər.
Bu xəbəri də oxu: Romantika, uğur və yeni başlanğıclar Payızda bəxti açılacaq bürclər
Vəkil Amid Əsgərov Son.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun 8-ci maddəsində qeyd edilib:
"Çıxarış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. Vətəndaşların daşınmaz əmlaka dair çıxarış ala bilməmələrinin səbəbləri əmlakın növündən, yerləşdiyi torpaq sahəsinin kateqoriyasından, torpaq sahəsinin mülkiyyət növündən asılı olaraq dəyişir".
A.Əsgərov qeyd edib ki, əksər hallarda buna səbəb tələb olunan müvafiq sənədlərin olmamasıdır:
"Daha çox rast gəlinən problemlərə misal olaraq, fərdi yaşayış evləri ilə bağlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması və ya torpaq sahəsinin kateqoriyasının fərdi yaşayış evinin tikintisi üçün uyğun olmamasını; hündürmərtəbəli yaşayış binaları ilə bağlı isə mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi) olmamasını qeyd etmək olar.
Hər bir halda vətəndaşlara torpaq sahəsi, fərdi yaşayış evi və ya mənzil alarkən ilk növbədə həmin daşınmaz əmlaka dair müvafiq hüquqmüəyyənedici sənədlərin olub-olmamasını araşdırmaq və rəsmi qaydada alqı-satqı etmək tövsiyyə olunur".
Dietoloq səhər süfrəsində tez bişən sıyıqların faydasız olduğunu aç

Astroloqlar payızda tam potensialını reallaşdıracaq dörd bürcün adını

Fəsil dəyişiklikləri zamanı öskürək, xırıltı, bəlğəm və boğaz il

"1997-ci il aprelin 27-si həyatımda ən qaranlıq bir hal, gündür. Sual

ABŞ Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini davam

Prezident İlham Əliyev sentyabrın 27-si - Anım Günündə Gəncə Memorial K

Son illərdə tip 2 diabet xəstələrinin sayı sürətlə artır. Proqnozlara

Xəbər verdiyimiz kimi, Quba rayonunda ağır qəza baş verib.

Dünyanın ən gənc milyarderi olmaq, amma heç kimin üzünü görməməsi - b

Gözləri tez-tez ovmaq sadə vərdiş kimi görünsə də, ciddi fəsadlara yol

İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların nəticəsiz qa

İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxı

"Gənclik Mall"da insanların təxliyə edilməsi ilə bağlı məluma

27 sentyabr Anım Günü münasibəti ilə Azərbaycan Dövlət Milli Gənc Tama

"Məktəblərdə dərs və fasilə müddətinin optimallaşdırılması şa
