Hamının zərərsiz bildiyi bu hərəkət korluğa səbəb ola bilər Açıqlama
Digərləri 27 Sen 2025 18:00:00 67 0
Gözləri tez-tez ovmaq sadə vərdiş kimi görünsə də, ciddi fəsadlara yol aça bilər.
Bu xəbəri də oxu: Ekrem İmamoğlunun son görüntüsü diqqət çəkdi xeyli çəki itirib
Son.az xəbər verir ki, bunu rusiyalı oftalmoloq Ksenia Qorbaçeva bildirib.
Gözləri ovmaq əvəzinə süni göz yaşı damcıları, fizioloji məhlul ilə yuma, allergiya zamanı isə sərin kompreslər tətbiq etmək daha təhlükəsizdir.
"Bu vərdiş buynuz qişanın (korneanın) səthində zədələr, iltihab və görmənin pisləşməsi ilə nəticələnə bilər.
Mütəxəssisin sözlərinə görə, mütəmadi mexaniki təsir nöqtəvi keratopatiya (epitelin zədələnməsi) və eroziyalar yarada, nəticədə bulanıq görmə, narahatlıq, qızartı və "gözə qum dolmuş" kimi hisslər əmələ gətirə bilər. Bu cür dəyişikliklər müalicə və müşahidə tələb edir.
"Əllərdə çoxlu mikroorqanizm olur. Ona görə də əllərin gözlə tez-tez təması infeksion xəstəliklərə, məsələn, konyunktivit və blefaritə səbəb ola bilər. Xüsusilə kontakt linza istifadəçiləri diqqətli olmalıdırlar, çünki infeksiya linzanın altına düşərək keratitə yol aça bilər.
Allergiyası olanlarda qaşınma səbəbindən gözləri ovmaq daha çox müşahidə olunur. Lakin bu zaman histamin ifrazı artır, qaşınma güclənir və "zədələyici dairə" yaranır. Bundan əlavə, gözləri ovmaq göz yaşı mayesində iltihabi göstəriciləri yüksəldir ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Daimi və güclü ovma buynuz qişanın nazilməsinə, nəticədə keratokonus (korneanın konusvari formasını alması) xəstəliyinə gətirib çıxara bilər. Bu, xüsusilə lazer korreksiyası və ya digər əməliyyatlar keçirmiş insanlarda risklidir. Keratokonus görmənin korreksiya olunmasını çətinləşdirir və həmişə eynək və ya linza ilə düzəlmir".
Qorbaçeva əlavə edib ki, uzunmüddətli və güclü göz ovma vərdişi həmçinin göz daxili təzyiqi artıraraq qlaukomanın inkişafına və ya mövcud xəstəliyin sürətlənməsinə səbəb ola bilər.
Gözlərdə qum və ya yad cisim hissi, sulanma, işıqdan qorxma, kəskin ağrı və görmənin pisləşməsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
İsmayıl Son.az
İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların nəticəsiz qa

İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxı

"Gənclik Mall"da insanların təxliyə edilməsi ilə bağlı məluma

27 sentyabr Anım Günü münasibəti ilə Azərbaycan Dövlət Milli Gənc Tama

"Məktəblərdə dərs və fasilə müddətinin optimallaşdırılması şa

"Prezident Ərdoğanın yanında olmaq çox xoşdur".

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev v

Dostundan aldığı 100 min manatdan çox pulu onlayn investisiyada batıran ş�

"Qəzza münaqişəsinin həlli ilə bağlı razılaşma yəqin ki, əldə

Avtoekspertdən avtomobili qışa hazırlamaq üzrə tövsiyələr

Azərbaycanın xaricdən idxal etdiyi məhsullar arasında mavi pendir də yer a

NASA kosmik rabitə sahəsində mühüm nailiyyət əldə edib.

Prezidenti İlham Əliyev sentyabrın 27-də - Anım Günündə Gəncə Memorial

Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzər

Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk sırada
