AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər
Digərləri 25 Sen 2025 17:09:00 51 0
Oktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL payız-qış cədvəlinə keçid edərək Avropa, Asiya və Yaxın Şərq üzrə 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək.
Bu xəbəri də oxu: Əli Əsədov nazirləri topladı
Bu barədə Son.az-a Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Əksər marşrutlar üzrə biletlər artıq satışdadır.
Yeni mövsümdə AZAL-ın uçuş cədvəlində ən çox reys yerinə yetirilən istiqamətlər siyahısında İstanbul, Tbilisi və Təl-Əviv şəhərləri yer alır. Bununla yanaşı, marşrut şəbəkəsi regionun digər mühüm biznes və mədəniyyət mərkəzlərini də əhatə edir. Beləliklə, sərnişinlər Doha və Ər-Riyaddan başlayaraq Almatı, Daşkənd və Təbrizə qədər bir sıra istiqamətlər üzrə səyahət edə bilərlər.
Avropa istiqamətləri olan Paris, London, Vyana, Berlin, Praqa, Barselona və Milan şəhərləri də cədvəldə yer alır. Bu reyslər vasitəsilə Bakı Avropaya səyahət edən sərnişinlər üçün əlverişli tranzit məntəqəsi və marşrut imkanı təqdim edir. Yay istirahətini və dəniz mövsümünü üstün tutan sərnişinlər üçün isə Antalyaya və Trabzona reyslər davam edir, Maldiv adalarına və Şarm əl-Şeyxə uçuşlar isə bərpa olunub.
İstiqamətlərin müxtəlifliyi Heydər Əliyev Beynəlxalq Aeroportunu Avropa, MDB, Yaxın və Cənub-Şərqi Asiyanı birləşdirən müasir tranzit qovşağına çevirir. Bakını tranzit keçən sərnişinlər rahat və sürətli transfer imkanları və əlverişli uçuş cədvəlindən faydalana bilərlər.
Kosmetoloq fəaliyyəti göstərən Ülviyyə İlyasovanın qanunsuz tibbi müda

Bakı Metropoliteninin konseptual inkişaf sxeminə və Bakı şəhərinin Baş

Süni intellekt artıq həyatımızın hər sahəsində geniş istifadə olunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yor

Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması təmin edi

Sosial şəbəkələrdə toy karvanında "Tofaş" markalı avtomobilin

Müğənni Lətifə Soyuöz yenidən bahalı alış-verişi ilə diqqət çəkib

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 3 nömrəli tam orta mə

Sentyabrın 25-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vət�

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 5 il müddətin�

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı axşamdan 28-i səhərə

Əməkdar artist Könül Kərimova maraqlı açıqlamalar verib.

Əvvəllər korrupsiya ittihamı ilə məhkum edilmiş "Aztelekom" MMC
