Eksməmurun oğlu gəlir yerini gizlədir Hamının qarşısında danışmadı


Digərləri 25 Sen 2025 14:57:00 62 0

Eksməmurun oğlu gəlir yerini gizlədir  Hamının qarşısında danışmadı

Əvvəllər korrupsiya ittihamı ilə məhkum edilmiş "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə hakimin bir neçə çağırışından sonra bu gün məhkəməyə gəlib.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu Nizami Alışan tərəfindən 1 milyondan çox dələduzluğa məruz qaldığını iddia edən iş adamı açıq məhkəmə iclasında danışmaqdan imtina edib.

Onun vəkili etirazın səbəbini belə əsaslandırıb ki, sorğu-sual zamanı Babək Məmmədzadənin haradan gəlir əldə etməsi müzakirə ediləcək. İş adamı bununla kommersiya sirrinin pozulacağını düşünür. Bu səbəbdən prosesin bu dəfəlik qapalı keçirilməsi istənilib.

Təqsirləndirilən şəxs və müdafiəçisi isə buna etiraz edib. Nizami Alışanın vəkili Samir İsayev deyib ki, zərərçəkmiş şəxsin gəlirinin açıqlanması heç bir kommersiya sirri təşkil etmir. Bu səbəbdən iclas açıq və şəffaf şəkildə davam etməlidir.

Hakim Aytən Əliyeva müdafiə tərəfinin etirazına baxmayaraq, iclasın qapalı keçirilməsinə qərar verib. Nəticədə jurnalistlər zaldan çıxarılıb.

Qeyd edək ki, bu iş üzrə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digər iş adamı Yadigar İsrafilov zərərçəkmiş kimi tanınıb. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib. Vədə inanan iş adamları iddia edir ki, Nizami sonda onları aldadıb, 4 milyon manat pulu ələ keçirib. Təqsirləndirilən birjaçı isə ittihamı qəbul edir. Deyir ki, birlikdə pul qoyub birlikdə qazanıblar. Sonuncu dəfə platformadan pulu çəkə bilməyib. Nizami Babəklə sinif yoldaşı olsa da məhkəmədə həbsini onun təşkil etdiyini deyib.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsdədir.

Fotoda: Məhəmməd Məmmədov

Əli Əsədov nazirləri topladı like
  • 25 Sen 14:45  
Digərləri Əli Əsədov nazirləri topladı

Sentyabrın 25-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş naz

arrow Ətraflı
BMTdə islahatlar olmalıdır: necə və hansı vasitə ilə? like
  • 25 Sen 14:40  
Siyasət BMTdə islahatlar olmalıdır: necə və hansı vasitə ilə?

Dünya siyasəti absurd teatrı xatırladır - burada faciə ilə komediya bir s

arrow Ətraflı
Xalq artisti illər sonra görüntüləndi like
  • 25 Sen 14:28  
Şou-biznes Xalq artisti illər sonra görüntüləndi

Xalq artisti Zemfira Nərimanova illər sonra  Axşam.az obyektivinə tuş gəl

arrow Ətraflı
Bakıda məşhur şirkətin 3 əməkdaşı saxlanıldı like
  • 25 Sen 14:21  
Digərləri Bakıda məşhur şirkətin 3 əməkdaşı saxlanıldı

Xəbər verdiyimiz kimi, "Avant Group" MTK gecə saatlarında qazınt�

arrow Ətraflı
Qızıl bahalaşmağa davam edir like
  • 25 Sen 14:05  
Digərləri Qızıl bahalaşmağa davam edir

Qızılın qiyməti tarixdə ilk dəfə 3800 dolları keçib.

arrow Ətraflı
Zelenski NyuYorkda hansı mesajları verdi? like
  • 25 Sen 13:55  
Dünya Zelenski NyuYorkda hansı mesajları verdi?

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakir

arrow Ətraflı
Azərbaycanlı müğənninin meyiti bir gün morqda qaldı like
  • 25 Sen 13:49  
Şou-biznes Azərbaycanlı müğənninin meyiti bir gün morqda qaldı

Müğənni Əli Mirəliyev açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır like
  • 25 Sen 13:47  
Digərləri ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin d

arrow Ətraflı
“iPhone17”ni Bakıya qanunsuz keçirmək üçün bu üsula əla atdı like
  • 25 Sen 13:40  
Kriminal “iPhone17”ni Bakıya qanunsuz keçirmək üçün bu üsula əla atdı

Ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yay

arrow Ətraflı
38 il həbsdə yatıb 25 milyon təzminat alan kimdir? like
  • 25 Sen 13:14  
Dünya 38 il həbsdə yatıb 25 milyon təzminat alan kimdir?

ABŞ sakini Moris Heystinqs törətmədiyi cinayətə görə 38 il Kaliforniya h

arrow Ətraflı
Zəlzələ mütəxəssisləri Sındırqıdan narahatdır  Bölgədə nə gözlənilir? like
  • 25 Sen 13:00  
Dünya Zəlzələ mütəxəssisləri Sındırqıdan narahatdır Bölgədə nə gözlənilir?

Zəlzələ təkcə geofiziki hadisə deyil, həm də cəmiyyətin aynasıdır. H

arrow Ətraflı