ADA Universitetində 1ci AzərbaycanBirləşmiş Krallıq Siyasət Dialoquna başlanılıb


Siyasət 25 Sen 2025 17:21:00 43 0

ADA Universitetində 1ci AzərbaycanBirləşmiş Krallıq Siyasət Dialoquna başlanılıb

Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy - IDD) təşkilatçılığı ilə Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi baş tutub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə 50-dən çox ekspert iştirak edib. İştirakçılar arasında parlament üzvləri, yüksəkvəzifəli hökumət rəsmiləri, universitetlərin və beyin mərkəzlərinin tədqiqatçıları və media nümayəndələri də yer alıblar.

İki gün davam edəcək tədbir dəyişən qlobal nizamda Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli münasibətləri və strateji tərəfdaşlıq, Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq, xarici siyasət prioritetləri, enerji əməkdaşlığı, təhsil, elm və innovasiya yolu ilə ictimai diplomatiya məsələlərinə həsr olunub. Dialoq regional və qlobal çağırışlar üzrə qarşılıqlı anlaşma və praktiki əməkdaşlığa təkan verəcək.

Açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru və Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, tədbirin məqsədi dəyişən dünyada ikitərəfli münasibətləri müzakirə etməkdir. Onun sözlərinə görə, dünyanın dəyişdiyi artıq hər kəs üçün məlumdur: "Hazırda auditoriyamızda müxtəlif sahələri təmsil edən iştirakçılar və mütəxəssislər var. Bu səbəbdən ümid edirəm ki, iki gün davam edəcək dialoqda ikitərəfli tərəfdaşlıqlar da inkişaf edəcək".

Prorektor, həmçinin Azərbaycan-Birləşmiş Krallıq tərəfdaşlığını yüksək qiymətləndirib və gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld vurğulayıb ki, Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu qarşımızda olan faktları birbaşa yoxlamaq və çatışmazlıqları aşkar etmək üçün unikal platformadır. O qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. "Azərbaycanda keçirdiyim müddət ərzində bölgədə bir çox dəyişikliklər baş verib. Biz hamımız buna şahidik. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, bu ilin əvvəlində Minsk qrupunun ləğv edilməsi kimi tarixi hadisələrin şahidi olduq. Qarabağın həyata qayıtdığını, şəhərlərdə sürətli bərpa işlərinin getdiyini, bütün bunlarla yanaşı, Azərbaycanın COP29 kimi genişmiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etdiyini gördüm. Bütün bunlar olduqca unudulmaz, tarixi hadisələr idi".

Səfir sonda bütün sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıqların vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunda bütün bunları danışmaq gələcək hədəflər baxımından olduqca önəmlidir.

bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun ikitərəfli münasibətlərin inkişafı baxımından zəruri addım olduğunu deyib: "Bu tədbir Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirən və dərinləşdirən platformadır".

O qeyd edib ki, bp-nin Bakıda ilk ofisi Azərbaycanın müstəqilliyinin elan olunmasından bir neçə ay sonra açılıb. Bu isə münasibətlərin tarixinin açıq sübutudur. "Biz əməkdaşlığımızı ticarət və mühəndislik olmaqla bir çox sahədə davam etdirməyi səbirsizliklə gözləyirik. Bu əlaqələr yalnız davam edən layihələr üzrə deyil, eyni zamanda, bərpaolunan enerji, yaşıl enerji daxil olmaqla yeni layihələr çərçivəsində də dərinləşəcək. Həmçinin Azərbaycan gənclərinin Britaniya universitetlərinə artan marağını görmək də bizim üçün xoşdur", - deyə B.Aslanbəyli əlavə edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Birləşmiş Krallıqla iqtisadi əlaqələrimizin müstəqilliyimizin ilk günlərindən etibarən hər zaman yüksək səviyyədə olduğuna diqqət çəkib: "Düşünürəm ki, bu əməkdaşlıqlar mədəniyyət, təhsil və siyasət də daxil olmaqla ictimai həyatın bütün sahələrini əhatə edəcək. Azərbaycana və bütövlükdə regiona münasibət köklü şəkildə dəyişməyə başlayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak edirlər. Dövlətimizin başçısının sessiya çərçivəsində prezidentlər, Baş nazirlər, dünyanın aparıcı maliyyə şirkətləri ilə keçirdiyi görüşlərin sayı, həqiqətən də təsiredicidir. Bu, Azərbaycana münasibətin dəyişməsinin, bizə marağın artmasının və regionda yeni reallığın birbaşa sübutudur. Biz indi regionun yeni gələcəyini qururuq".

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Sarfraz isə deyib: "Azərbaycan mənim uşaqlıq illərimdə böyük rol oynayıb. Çünki 1990-cı illərin əvvəllərində atam Azərbaycanda investor idi və buraya tez-tez gəlirdik. Bakının bir çox tarixi məkanları ilə bağlı xoş xatirələrim var. Ona görə də indi Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunda çıxış etmək mənim üçün böyük fəxrdir".

İki ölkə arasında strateji münasibətlərin olduqca uğurla davam etdiyini deyən Lord Aamer Sarfraz vurğulayıb: "Düşünürəm ki, bu əməkdaşlıqlar yalnız dövlət idarələri arasında deyil, həm də Azərbaycanda və Böyük Britaniyadakı özəl sahibkarlar, investorlar arasında da inkişaf etməlidir. Həmçinin süni intellekt sahəsində uğurlu əməkdaşlıq addımları atıla bilər. Özəl şirkətlərin, sahibkarların qarşılıqlı münasibətlərini genişləndirmək bir çox sahədə əlaqələri inkişaf etdirmək üçün fürsət yaradacaq".

Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, ekoloji problemlərin həlli bütün dünya üçün eyni dərəcədə vacibdir və Azərbaycan bu sahəyə xüsusi diqqət edir. Biz azad edilmiş əraziləri yaşıl enerji zonası elan etdik, hazırda Qarabağda və Şərqi Zəngəzurda Günəş, su elektrik stansiyalarının tikintisi üzrə layihələr icra edilir. Deputat qeyd edib ki, Azərbaycanın ekoloji siyasət sahəsində əldə etdiyi nailiyyətlər bütün dünya üçün nümunədir: "Birləşmiş Krallıqla birgə bu sahədə əməkdaşlığı genişləndirmək gələcək çağırışlar üçün vacibdir. İki ölkənin strateji tərəfdaşlığı qarşılıqlı etimad çərçivəsində davam edir. 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu isə enerji, ekologiya, təhsil və mədəniyyət olmaqla bir çox sahədə yeni əlaqələr yarada bilər. Əminəm ki, bu tədbir əməkdaşlığımızı daha da dərinləşdirəcək, ölkələrimiz, regionumuz və bütün dünya üçün daha təhlükəsiz, ekoloji cəhətdən təmiz və dayanıqlı gələcəyə doğru dəyərli addım olacaq".

Böyük Britaniya parlamentinin sabiq deputatı David Duguid isə COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinin dövlətin bu sahəyə verdiyi dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Enerji təhlükəsizliyinin vacibliyinə diqqət çəkən parlamentari bunu Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərdə əsas amil hesab edib. O bildirib ki, Azərbaycan son illərdə enerji siyasətində bərpaolunan mənbələrə xüsusi önəm verir. Günəş və külək enerjisi layihələrinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi bu istiqamətdə mühüm addımlardır. "Məqsəd ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə və ekoloji davamlılığa nail olmaqdır. Azərbaycan, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində yaşıl enerjinin inkişafını dəstəkləyir və qlobal iqlim gündəliyinə töhfə verməyə çalışır", - deyə David Duguid əlavə edib.

Tədbirin ilk günü digər çıxış edənlər Azərbaycan və Birləşmiş Krallıq arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə "Dəyişən qlobal nizam şəraitində Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri və strateji tərəfdaşlığı", "Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq və xarici siyasət prioritetləri", "Enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi: Böyük Britaniya-Azərbaycan investisiya tərəfdaşlığı", "Təhsil, elm və innovasiya vasitəsilə ictimai diplomatiya: Qlobal əməkdaşlıq üçün körpülərin qurulması" və digər mövzular müzakirə olunacaq.

Trampın Ərdoğana özəl jesti like
  • 25 Sen 16:50  
Digərləri Trampın Ərdoğana özəl jesti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yor

arrow Ətraflı
Metro istifadəçilərinə ŞAD XƏBƏR  İnterval endirilir like
  • 25 Sen 16:39  
Digərləri Metro istifadəçilərinə ŞAD XƏBƏR İnterval endirilir

Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması təmin edi

arrow Ətraflı
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib like
  • 25 Sen 16:25  
Digərləri Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib

Sosial şəbəkələrdə toy karvanında "Tofaş" markalı avtomobilin

arrow Ətraflı
Azərbaycanlı müğənni 19 min manatlıq boyunbağısını NÜMAYİŞ ETDİRDİ like
  • 25 Sen 16:12  
Şou-biznes Azərbaycanlı müğənni 19 min manatlıq boyunbağısını NÜMAYİŞ ETDİRDİ

Müğənni Lətifə Soyuöz yenidən bahalı alış-verişi ilə diqqət çəkib

arrow Ətraflı
Prezident bir sıra hərbi qulluqçuları təltif etdi like
  • 25 Sen 15:50  
Siyasət Prezident bir sıra hərbi qulluqçuları təltif etdi

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö

arrow Ətraflı
Dəhşətli cinayət: oğul atasının başını like
  • 25 Sen 15:48  
Digərləri Dəhşətli cinayət: oğul atasının başını

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

arrow Ətraflı
Masazırda 3 saylı məktəbə ayaq qoymaq pul tələb edir  İDDİA like
  • 25 Sen 15:31  
Digərləri Masazırda 3 saylı məktəbə ayaq qoymaq pul tələb edir İDDİA

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 3 nömrəli tam orta mə

arrow Ətraflı
Nikola Sarkoziyə “Liviya işi” üzrə 5 il həbs cəzası verilib like
  • 25 Sen 15:22  
Dünya Nikola Sarkoziyə “Liviya işi” üzrə 5 il həbs cəzası verilib

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 5 il müddətin�

arrow Ətraflı
Temperatur 8 dərəcə enəcək: Leysan, şimşək, sulu qar...  XƏBƏRDARLIQ like
  • 25 Sen 15:11  
Digərləri Temperatur 8 dərəcə enəcək: Leysan, şimşək, sulu qar... XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı axşamdan 28-i səhərə

arrow Ətraflı
"Qaynanam məni oxumağa alıb, yemək bişirməyə yox" like
  • 25 Sen 15:05  
Şou-biznes "Qaynanam məni oxumağa alıb, yemək bişirməyə yox"

Əməkdar artist Könül Kərimova maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Eksməmurun oğlu gəlir yerini gizlədir  Hamının qarşısında danışmadı like
  • 25 Sen 14:57  
Digərləri Eksməmurun oğlu gəlir yerini gizlədir Hamının qarşısında danışmadı

Əvvəllər korrupsiya ittihamı ilə məhkum edilmiş "Aztelekom" MMC

arrow Ətraflı
Əli Əsədov nazirləri topladı like
  • 25 Sen 14:45  
Digərləri Əli Əsədov nazirləri topladı

Sentyabrın 25-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş naz

arrow Ətraflı
BMTdə islahatlar olmalıdır: necə və hansı vasitə ilə? like
  • 25 Sen 14:40  
Siyasət BMTdə islahatlar olmalıdır: necə və hansı vasitə ilə?

Dünya siyasəti absurd teatrı xatırladır - burada faciə ilə komediya bir s

arrow Ətraflı