Yaslardakı kimi toylarda da qadağa olacaq
Digərləri 25 Sen 2025 10:17:00 52 0
Özbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq edilib. Belə ki, qonaq sayına məhdudiyyət qoyulub və təmtəraqlı ayinlərə nəzarət gücləndirilib. Azərbaycanda da zaman-zaman belə qadağaların mümkünlüyü müzakirə olunur. Bildirilir ki, bu cür məclislərdə həddindən artıq israfçılığa yol verilir və bu məsələ tənzimlənməlidir.
Bu xəbəri də oxu: Tiktoker İlhamə Elşadqızına hökm oxundu
Ölkəmizdə toylarla bağlı məhdudiyyətlərin qoyulması mümkündürmü?
Son.az-ın xəbərinə görə, globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda toy və yas mərasimlərinin çox təmtəraqlı keçirilməsi uzun müddətdir ictimai müzakirə mövzusudur:
"Son dövrlərdə bəzi regionlarda yas mərasimlərinin keçirilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Belə məclislərdə müsrifliyin qarşısı alınmalıdır, lakin bunu təkcə inzibati tədbirlərlə deyil, maarifləndirmə yolu ilə həyata keçirmək daha məqsədəuyğundur. Cəmiyyət bilməlidir ki, təmtəraqlı mərasimlər milli adət-ənənəyə uyğun deyil. İctimai qınaq və bu istiqamətdə davamlı görülən işlər insanların davranışına təsir göstərə bilər. Bununla belə, bəzi hallarda müəyyən məhdudiyyətlərin tətbiqi də vacibdir".
Deputat qeyd edib ki, xüsusən Bakıda belə mərasimlərində israfçılıq geniş yayılıb və qarşısı alınmalıdır:
"Ehsan süfrələrinin şişirdilmiş formada təşkili, toy mərasimlərində isə şadlıq evlərinin yüksək qiymətləri ailələr üçün ağır yükə çevrilir. Bir çox hallarda insanlar borca düşür və bu, yeni qurulan ailələrin həyatına mənfi təsir göstərir. Halbuki adət-ənənəmizdə əsas məqsəd gənclərə dəstək olmaqdır. İndiki şəraitdə isə bundan yalnız şadlıq evləri qazanır. Restoranlarda bəzən bir nəfər üçün menyu 250-300 manat təşkil edir və bu da süni şəkildə şişirdilmiş qiymətlərdir. Üstəlik, bəzi məqamlarda vaxtı keçmiş ərzaqlardan istifadə edilməsi, səsgücləndiricilərin normadan artıq işlədilməsi sağlamlığa ziyan vurur. Halbuki mövcud normalara görə müəyyən həddən artıq səs insan orqanizminə ciddi təsir göstərir.
Nəticə etibarilə, bu sahədə həm maarifləndirmə, həm də ictimai qınaq mühüm rol oynamalıdır. Əgər bu üsullar effekt verməsə, dövlətin imperativ qaydada məhdudiyyətlər tətbiq etməsi qaçılmaz olacaq. Çünki istər toy, istər yas mərasimindən sonra ailələrin ağır vəziyyətə düşməsi yolverilməzdir".
Türkiyənin məşhur aparıcısı Burcu Esmersoy gözlənilməz hadisə ilə g

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi yenil�

Türkiyədə qadın işdən çıxarıldıqdan sonra müdiri ilə mübahisə edib

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakir

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quru

Tamstore Marketlər şəbəkəsi 25-30 sentyabr tarixlərində "Biz susuruq

Moskva metrosunda qeyri-adi görünüşdə olan kassir sərnişinləri heyrətl�

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində davam edən 3-c

Sentyabrın sonuna qədər bəzi bürclər maliyyə uğurları yaşaya bilərlə

Dünyaca məşhur model, keçmiş Victoria's Secret mələyi Adriana Lima es

Təhsil və şəxsi həyat arasında maraqlı əlaqə üzə çıxıb.

Emal olunmuş ət məhsulları xüsusilə kolbasa və sosiskalar gündəlik qida
