Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub FOTO


Siyasət 25 Sen 2025 08:14:01 53 0

Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub  FOTO

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində davam edən 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında bədii proqram və "Nəsimi dastanı" baletinin yeni quruluşda təqdimatı olub.

Son.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Nəsiminin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında xüsusi rol oynadığını bildirib. O vurğulayıb ki, şairin yaradıcılığı həm dilimizin zənginləşməsinə, həm də xalqımızın mənəvi dəyərlərinin formalaşmasına böyük təsir göstərib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Nəsimi festivalının Şamaxının mədəni həyatında xüsusi əhəmiyyətə malik olduğunu deyib. O qeyd edib ki, festival Nəsimi irsinin qorunub saxlanılması və şairin yaradıcılığının müxtəlif incəsənət növlərində təqdim edilməsində mühüm rol oynayır.

Balet artisti, teatr rejissoru və prodüseri Andris Liepa bildirib ki, "Nəsimi dastanı" baleti Nəsiminin yaradıcılığının mənəvi və estetik dəyərlərini tamaşaçılara çatdırmaq məqsədilə xüsusi hazırlanıb. O vurğulayıb ki, baletin yeni quruluşunda xoreoqrafiya və musiqi həlli şairin ideyalarını müasir incəsənət dili ilə ifadə etməyə imkan yaradır. Daha sonra səhnədə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı "Sufi" rəqsini təqdim edib. Əməkdar artist Sevda Ələkbərzadə "Mərhaba, xoş gəldin" deyib. Tanınmış müğənni Çingiz Mustafayev isə "Qafil, oyan" ifasını səsləndirib.

Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və "Natiq" ritm qrupu, tanınmış müğənni AISEL, Əməkdar artist Elnur Mikayılov (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında isə "Dönməzəm" dinlənilib.

Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də "Nəsimi dastanı" baletinin yeni quruluşda nümayişi olub. Dahi bəstəkar Fikrət Əmirovun ölməz əsərinin yeni quruluşu tanınmış balet artisti, teatr rejissoru və prodüseri Andris Liepanın rejissorluğu ilə səhnələşdirilib. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunub. Baletin quruluşçu xoreoqrafı müxtəlif ölkələrdə fərqli truppalarla çalışmış Patrik De Banadır.

Xatırladaq ki, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi "Nəsimi dastanı" 1973-cü ildə yazılıb. Librettonun müəllifi yazıçı Anardır. Balet ilk dəfə 1973-cü il sentyabr 23-də nümayiş olunub. Bu əsər tamaşaçıların böyük rəğbətini qazanıb və premyeradan bir qədər sonra, 1974-cü ildə Respublika Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilərək şeir və incəsənətin yaşadılması məqsədi daşıyır. Böyük şairin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar bu gün də öz məna qüvvəsi ilə aktuallığını qoruyub saxlayır.

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər bu bürclər varlanacaq like
  • 25 Sen 08:08  
Digərləri Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər bu bürclər varlanacaq

Sentyabrın sonuna qədər bəzi bürclər maliyyə uğurları yaşaya bilərlə

arrow Ətraflı
Adriananın bu görüntüsündən əsər qalmadı   daha əvvəlki kimidir like
  • 25 Sen 07:07  
Şou-biznes Adriananın bu görüntüsündən əsər qalmadı daha əvvəlki kimidir

Dünyaca məşhur model, keçmiş Victoria's Secret mələyi Adriana Lima es

arrow Ətraflı
Kolbasa yeməyin, bu xəstəlikləri yaradır – Ekspertdən açıqlama like
  • 25 Sen 05:05  
Digərləri Kolbasa yeməyin, bu xəstəlikləri yaradır – Ekspertdən açıqlama

Emal olunmuş ət məhsulları xüsusilə kolbasa və sosiskalar gündəlik qida

arrow Ətraflı
Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? – AÇIQLAMA like
  • 25 Sen 04:04  
Digərləri Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? – AÇIQLAMA

Havaların soyuması ilə birlikdə əhali arasında tənəffüs yolları infeks

arrow Ətraflı
Atasının vəsiyyətini yerinə yetirəcək, anasını dəvət etməyəcək like
  • 25 Sen 03:03  
Şou-biznes Atasının vəsiyyətini yerinə yetirəcək, anasını dəvət etməyəcək

Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovun vəs

arrow Ətraflı
Qan şəkərinin stabil saxlanmasında hansı tərəvəzlər rol oynayır? like
  • 25 Sen 02:02  
Digərləri Qan şəkərinin stabil saxlanmasında hansı tərəvəzlər rol oynayır?

Avstraliyanın Kouen Universitetinin alimləri brokoli, kələm və gül kələm

arrow Ətraflı
Məşhur çinlinin olduğu təyyarə qəzaya uğradı  sağ qalan yoxdur like
  • 25 Sen 01:24  
Dünya Məşhur çinlinin olduğu təyyarə qəzaya uğradı sağ qalan yoxdur

Dünyaşöhrətli çinli memar Kongjian Yu və rejissorlar Luis Ferras və Ruben

arrow Ətraflı
Azərbaycan və Maldiv arasında viza rejimi ləğv edildi like
  • 25 Sen 01:05  
Digərləri Azərbaycan və Maldiv arasında viza rejimi ləğv edildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının

arrow Ətraflı
Tibbdə inqilabi yenilik  Hər orqanın yaşını ayrıca yoxlamaq mümkün oldu like
  • 25 Sen 01:01  
Digərləri Tibbdə inqilabi yenilik Hər orqanın yaşını ayrıca yoxlamaq mümkün oldu

Alimlər insan orqanizm sistemlərinin fərqli sürətlə yaşlandığını aş

arrow Ətraflı
Moskvada sərnişin təyyarələri toqquşdu like
  • 25 Sen 00:55  
Digərləri Moskvada sərnişin təyyarələri toqquşdu

Moskvanın Şeremetyevo hava limanında iki sərnişin təyyarəsi toqquşub.

arrow Ətraflı
Həbsdə olan Əhmədzadə ailəsindən bunu istədi like
  • 25 Sen 00:53  
Digərləri Həbsdə olan Əhmədzadə ailəsindən bunu istədi

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlan

arrow Ətraflı
Bakıda gecəyarısı məşhur şirkətdən qalmaqallı addım like
  • 25 Sen 00:45  
Digərləri Bakıda gecəyarısı məşhur şirkətdən qalmaqallı addım

Gecə saatları olmasına baxmayaraq "Avant Group" MTK Bakıda qazınt

arrow Ətraflı
Türkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı: "Evlərinizdən köçün" like
  • 25 Sen 00:32  
Digərləri Türkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı: "Evlərinizdən köçün"

Zəlzələ mütəxəssisi Prof. Dr. Ahmet Ərcan, Balıkəsirin Sındırqı böl

arrow Ətraflı
AzTV Adnan Əhmədzadədən süjet hazırladı like
  • 24 Sen 23:20  
Digərləri AzTV Adnan Əhmədzadədən süjet hazırladı

AzTV iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdard

arrow Ətraflı