Bakıda 2ci AZHAB Forumu keçiriləcək VİDEO


Digərləri 24 Sen 2025 16:59:00 77 0

Bakıda 2ci AZHAB Forumu keçiriləcək  VİDEO

AZHAB Forumu çərçivəsində müxtəlif mövzularda panel müzakirələr, seminar və sərgi təşkil olunacaq. 

Oktyabrın 7-8-də Bakı şəhəri daha bir mötəbər tədbirə - Azərbaycan Halal Biznes (AZHAB) Forumuna ev sahibliyi edəcək. Bu il ikincisi keçiriləcək forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Sürətlə dəyişən dünyada halal sənaye dayanıqlılığın mənbəyi kimi" mövzusuna həsr olunacaq. 

İki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək.  

"AZHAB Forumu 2025" konfrans və sərgi olmaqla iki hissədən ibarət olacaq. Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə ediləcək. Həmçinin, forumun ilk iclası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən "İƏT-in KOB-lar Şəbəkəsinin" (OIC-SMENET) rəsmi təsis mərasiminə həsr olunacaq. 

Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq. Ötən ilki forum çərçivəsində təşkil olunmuş sərgidə 30-a yaxın yerli və xarici şirkət məhsul və xidmətlərini təqdim edib. Bu ilki sərginin isə daha geniş miqyasda və daha çox ölkənin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Hazırda sərgidə iştirakla bağlı yerli və xarici şirkətlərin qeydiyyatı davam edir. Sərgi yerli və xarici şirkətlərə məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrə tərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqə yaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiya mübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla tanış olmaq imkanı verəcəkdir. 

"AZHAB Forum 2025" çərçivəsində İslam Ticarət Palatası Halal Xidmətləri tərəfindən "Halal düşün: Hər bir biznesin bilməli olduğu məsələlər" mövzusunda iki günlük seminar da təşkil olunacaq. Seminarda müxtəlif sahələrdə fəaliyyət göstərən biznes nümayəndələrinə halal biznes modeli, bu sahədə mövcud standartlar və məhsulların beynəlxalq bazarlara çıxışı ilə bağlı məlumat veriləcək, Ekspert Guşəsində isə iştirakçılara halal sertifikatlaşdırma üzrə fərdi məsləhət xidməti göstəriləcək.

Tramp: NATO hava məkanına müdaxilə olarsa, Rusiya təyyarələri vurula bilər like
  • 24 Sen 16:50  
Digərləri Tramp: NATO hava məkanına müdaxilə olarsa, Rusiya təyyarələri vurula bilər

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna li

arrow Ətraflı
Günəşdə güclü partlayış oldu like
  • 24 Sen 16:44  
Dünya Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış baş verib.

arrow Ətraflı
Qadın hərbçilər göyərçini çiyçiy yedilər  VİDEO like
  • 24 Sen 16:30  
Dünya Qadın hərbçilər göyərçini çiyçiy yedilər VİDEO

İraqda qadın hərbçilərin məzuniyyət mərasimi gözlənilməz mənzərəl�

arrow Ətraflı
BakıSumqayıt yolunun tıxacı azalacaq  AÇIQLAMA like
  • 24 Sen 16:25  
Digərləri BakıSumqayıt yolunun tıxacı azalacaq AÇIQLAMA

Hazırda Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam etdi

arrow Ətraflı
Bakıda orta aylıq əməkhaqqı artdı like
  • 24 Sen 16:20  
Digərləri Bakıda orta aylıq əməkhaqqı artdı

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin

arrow Ətraflı
Ərdoğanın məşhur sözü NyuYork küçələrində  FOTO like
  • 24 Sen 16:12  
Dünya Ərdoğanın məşhur sözü NyuYork küçələrində FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tez-tez təkrar etdiyi "D�

arrow Ətraflı
“Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub  VİDEO  FOTO like
  • 24 Sen 16:07  
Kriminal “Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub VİDEO FOTO

Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ölkəmizdə təntənəl

arrow Ətraflı
Özündən 11 yaş kiçik sevgilisi üzə çıxdı like
  • 24 Sen 16:00  
Şou-biznes Özündən 11 yaş kiçik sevgilisi üzə çıxdı

Türkiyəli məşhur aktyor Rıza Kocaoğlu şəxsi həyatı ilə yenidən günd

arrow Ətraflı
Macarıstanın “Qadınlar kəndi”: Yüzlərlə kişinin həyatına son qoyan dəhşətli tarix like
  • 24 Sen 15:23  
Digərləri Macarıstanın “Qadınlar kəndi”: Yüzlərlə kişinin həyatına son qoyan dəhşətli tarix

1929-cu ilin dekabrında Macarıstanın Szolnok şəhərində məhkəmə zalınd

arrow Ətraflı
"Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir"  ŞİKAYƏT like
  • 24 Sen 15:01  
Şou-biznes "Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir" ŞİKAYƏT

Ev təmiri işi ilə məşğul olan 2 usta aparıcı Zaur Nəbioğlundan şikay�

arrow Ətraflı
AQTA sədri onlara yeni vəzifə verdi like
  • 24 Sen 14:57  
Digərləri AQTA sədri onlara yeni vəzifə verdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişik

arrow Ətraflı
Şahin Mustafayev Araz dəhlizində like
  • 24 Sen 14:26  
Siyasət Şahin Mustafayev Araz dəhlizində

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi,

arrow Ətraflı