“Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub VİDEO FOTO
Kriminal 24 Sen 2025 16:07:00 52 0
Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Yubiley ilinə töhfəni olaraq gənc bəstəkar Rüzgar Əhmədzadə "Üzeyir bəy. 140. Tək dahi." adlı əsərini təqdim edib. Əsər Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə tərəfindən ifa olunub və videolayihə Üzeyir bəyin ev muzeyində lentə alınıb. Ərsəyə gələn işin rejissoru Natiq Muxtarovdur.
Bu xəbəri də oxu: “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirəkonsert Bakı Dövlət Universitetində keçirilib FOTO
Layihə ilə bağlı fikirlərini bölüşən Rüzgar Əhmədzadə bildirib ki, əsər Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunub. Burada onun musiqisindən sitat gətirilməyib, əksinə - Üzeyir bəyin musiqi dili və üslubundan ilhamlanaraq yazılıb. Kiçik "Rast" girişindən sonra təqdim olunan əsas mövzu əsərin ideyasını açır. Adın seçimi də xüsusi məna daşıyır.
Bəstəkar öncə əsərin tar üçün yazılmasını qərara alıb. Bunun səbəbi tar alətinin "Leyli və Məcnun" operasında təklik və tənhalıq rəmzi kimi təqdim olunmasıdır. Rüzgar Əhmədzadə qeyd edir:
"Dahi - təkcə gözəl incəsənət nümunələri yaradan deyil, millətin gələcəyinə işıq salan şəxsiyyətdir. Buna görə də o, Azərbaycan musiqi tarixində 'tək dahi'dir." Əsərin ifasına gəlincə. Tar üçün yazılmış bu əsəri ifa edən Sahib Paşazadə, Azərbaycan bəstəkarlıq məktəbinə, gənclərə hər zaman göstərdiyi diqqət və dəstəyini bir daha təsdiqləyərək, peşəkarlığı ilə layihəni yüksək səviyyədə ərsəyə gətirib.
Türkiyəli məşhur aktyor Rıza Kocaoğlu şəxsi həyatı ilə yenidən günd

1929-cu ilin dekabrında Macarıstanın Szolnok şəhərində məhkəmə zalınd

Ev təmiri işi ilə məşğul olan 2 usta aparıcı Zaur Nəbioğlundan şikay�

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişik

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi,

Paytaxtın Xətai rayonu Cavanşir küçəsində tikinti ərazisində yaranan v�

BMT Baş Assambleyasının iclasında Meloni-Şara görüşməsi sosial mediada

Müğənni Xatun Əliyeva barəsində yayılan eşq iddialarına ilk dəfə cav

Paytaxtın Nizami rayonu 8-ci kilometr bazarının yaxınlığındakı yoldan is

Bakıda 21 yaşlı dərmandan zəhərlənərək ölüb.

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməli

Son vaxtlar ev şəraitində sistem köçürmək tendensiyası geniş yayılıb.

Lənkəranda şagird və xadiməyə fiziki şiddət göstərən məktəbin nüma
