Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib


Siyasət 23 Sen 2025 11:07:00 78 0

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Etibarlı tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bugünkü səviyyəsi bizi sevindirir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. İqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxmışdır. Qardaş ölkənizin aparıcı "ACWA Power" şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini, xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini yüksək qiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda OPEC+ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud səviyyəsi təqdirəlayiqdir.

Ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığını təqdir edir, gələn il Azərbaycanda İƏT-in Zirvə Görüşünün keçiriləcəyini məmnunluqla qeyd edirəm.

Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələri və əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Model Amerikada həkim işləyəcək like
  • 23 Sen 11:00  
Şou-biznes Model Amerikada həkim işləyəcək

Türkiyə gözəli İdil Bilgen ABŞ-də həkimlik fəaliyyətinə başlayıb.

arrow Ətraflı
Sentyabrın son həftəsi bu bürclərə yeni başlanğıc olacaq like
  • 23 Sen 10:55  
Digərləri Sentyabrın son həftəsi bu bürclərə yeni başlanğıc olacaq

Astroloqların proqnozuna görə, bəzi bürclər üçün çətinliklər dövrü

arrow Ətraflı
Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb  FOTO like
  • 23 Sen 10:52  
Siyasət Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb FOTO

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə o

arrow Ətraflı
Tıxacda bu avtomobillərə dərhal yol verin!  Sürücülərə MÜRACİƏT like
  • 23 Sen 10:23  
Digərləri Tıxacda bu avtomobillərə dərhal yol verin! Sürücülərə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) sürücülərə müraciət edib.

arrow Ətraflı
“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı  FOTO like
  • 23 Sen 10:20  
Digərləri “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı FOTO

17-21 sentyabr 2025-ci il tarixlərində Quba Olimpiya İdman Kompleksində Azə

arrow Ətraflı
Bakıda 1ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü start götürüb like
  • 23 Sen 09:55  
Digərləri Bakıda 1ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü start götürüb

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (1st Azerbaijan Inte

arrow Ətraflı
Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz like
  • 23 Sen 09:46  
Digərləri Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz

Son aylar Bakıda Baş plan çərçivəsində genişmiqyaslı söküntülərə s

arrow Ətraflı
Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı like
  • 23 Sen 09:35  
Kriminal Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı

Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum"

arrow Ətraflı
Rubl ucuzlaşdı, avro bahalaşdı  dollar isə... like
  • 23 Sen 09:27  
Digərləri Rubl ucuzlaşdı, avro bahalaşdı dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
3 rayonda qaz olmayacaq  XƏBƏRDARLIQ like
  • 23 Sen 09:20  
Digərləri 3 rayonda qaz olmayacaq XƏBƏRDARLIQ

Üç rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Müğənnilərin meyitləri tapıldı like
  • 23 Sen 09:15  
Digərləri Müğənnilərin meyitləri tapıldı

Meksikada turneyə çıxan kolumbiyalı musiqiçilər - "DJ King" ləq

arrow Ətraflı
1,5 il davam edən öskürəyin səbəbi balqabaq tumu imiş like
  • 23 Sen 08:48  
Digərləri 1,5 il davam edən öskürəyin səbəbi balqabaq tumu imiş

Türkiyədə yaşayan 50 yaşlı Aysel Türkeş, 1,5 ildən bəri keçməyən ö

arrow Ətraflı
"Elə bir dövrdür ki, qaynayıbqarışmaq problemə dönüb" like
  • 23 Sen 08:08  
Şou-biznes "Elə bir dövrdür ki, qaynayıbqarışmaq problemə dönüb"

"Elə bir dövr gəlib ki, qaynayıb-qarışmaq problemə dönüb. İnsanla

arrow Ətraflı
Beş bürc üçün yaşıl işıq yanacaq like
  • 23 Sen 07:07  
Digərləri Beş bürc üçün yaşıl işıq yanacaq

Yeni həftə beş bürcə dəyişiklik və yenilənmə dalğası gətirəcək. 

arrow Ətraflı
Pomidor ürəyə xeyir imiş like
  • 23 Sen 06:06  
Digərləri Pomidor ürəyə xeyir imiş

Pomidor şirəsi ürək və damar sağlamlığı üçün önəmlidir.

arrow Ətraflı