Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz


Digərləri 23 Sen 2025 09:46:00 67 0

Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz

Son aylar Bakıda Baş plan çərçivəsində genişmiqyaslı söküntülərə start verilib. Nərimanovdan Səbailə qədər bir çox rayonları əhatə edən prosesdə əsas sual plana düşən evlərin qiymətləndirilməsi və təzminat məbləğidir. Xüsusilə bir şəxsin adına rəsmiləşdirilmiş, lakin ayrı-ayrı yaşayış kimi istifadə olunan iki və daha çoxmərtəbəli həyət evlərinin kompensasiyası ictimai maraq doğurur.

Plana düşən evlərin qiyməti hansı qaydada hesablanır? Çoxmərtəbəli, ayrı yaşayışlı, amma bir şəxsin adına sənədləşdirilmiş evlərdə təzminat necə müəyyən olunur? Belə hallar verilən məbləğə təsir edirmi?

Son.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, həyət evləri və çoxmərtəbəli binalar sökülərkən əmlakın sahəsi, mərtəbə sayı və digər göstəricilərindən asılı olmayaraq, proses yalnız əmlak sahibi ilə tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir:

"Əmlak toxunulmazdır və söküntü yalnız sahibin razılığı ilə mümkündür. Əgər mənzil çox kiçik sahəyə malikdirsə (məsələn, 15-20 kvadrat metr), yeni tikililərdə belə ölçüdə mənzil olmadığından şirkət həmin vətəndaşa daha böyük, adətən 40-45 kvadratlıq ev təklif edir. Bu, kiçik sahəli mənzillər üçün xüsusi güzəşt kimi tətbiq olunur. Sahənin ölçülməsi çöldən-çölə aparılmalıdır. Çünki orta divarlar da söküldüyündən həmin sahə hesablanmalı və vətəndaşın ümumi kvadratına daxil edilməlidir. Necə ki, yeni tikililərdə şaxta və hava bacaları belə ümumi kvadrata əlavə olunaraq satılır, eyni qayda həyət evlərinə də tətbiq edilməlidir. Yəni sahə çöldən-çölə ölçülməli və vətəndaşın ümumi kvadrat sahəsi dəqiq müəyyənləşdirilməlidir".

Ekspert bildirib ki, söküntü prosesi əsasən dörd mərhələdən ibarətdir:

"Birinci mərhələdə kvadrat düzgün hesablanmalı, tərəflər bunun əsasında razılığa gəlməlidir. İkinci hissədə tikinti bitənə qədər vətəndaş mütləq kirayə mənzillə təmin olunmalıdır. Müqavilədə müddət "iki il" kimi konkret yazılmamalı, "yeni mənzil təhvil verilənədək" kimi göstərilməlidir. Əks halda, tikinti yubandıqda şirkət kirayə ödənişini dayandıra və mübahisələr yarana bilər. Üçüncü mərhələdə vətəndaşa sökülən mənzilin sahəsi və vəziyyəti nəzərə alınmaqla yeni binada eyni, yaxud uyğun kvadratlı mənzil təqdim olunmalıdır. Kiçik fərqlər tərəflərin razılaşması əsasında müəyyən edilə bilər. Dördüncü mərhələ kimi mənzilin təmiri də nəzərdə tutulur. Tikinti şirkəti mənzili ya təmir edib təhvil verir, ya da vətəndaşla razılaşaraq təmir pulunu əlavə kvadratla əvəz edir".

A.Nəsirov qeyd edib ki, bütün razılaşmalar mütləq yazılı müqavilə əsasında aparılmalı və yalnız diqqətlə oxunduqdan sonra imzalanmalıdır:

"Əks halda, proses məhkəmə predmetinə çevrilə bilər. Qanunda söküntü ilə bağlı dəqiq qaydalar tam nəzərdə tutulmadığı üçün bütün məsələlər qarşılıqlı razılaşma, vicdanlı yanaşma və mövcud təcrübə əsasında həll olunmalıdır".

Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı like
  • 23 Sen 09:35  
Kriminal Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı

Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum"

arrow Ətraflı
Rubl ucuzlaşdı, avro bahalaşdı  dollar isə... like
  • 23 Sen 09:27  
Digərləri Rubl ucuzlaşdı, avro bahalaşdı dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
3 rayonda qaz olmayacaq  XƏBƏRDARLIQ like
  • 23 Sen 09:20  
Digərləri 3 rayonda qaz olmayacaq XƏBƏRDARLIQ

Üç rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Müğənnilərin meyitləri tapıldı like
  • 23 Sen 09:15  
Digərləri Müğənnilərin meyitləri tapıldı

Meksikada turneyə çıxan kolumbiyalı musiqiçilər - "DJ King" ləq

arrow Ətraflı
1,5 il davam edən öskürəyin səbəbi balqabaq tumu imiş like
  • 23 Sen 08:48  
Digərləri 1,5 il davam edən öskürəyin səbəbi balqabaq tumu imiş

Türkiyədə yaşayan 50 yaşlı Aysel Türkeş, 1,5 ildən bəri keçməyən ö

arrow Ətraflı
"Elə bir dövrdür ki, qaynayıbqarışmaq problemə dönüb" like
  • 23 Sen 08:08  
Şou-biznes "Elə bir dövrdür ki, qaynayıbqarışmaq problemə dönüb"

"Elə bir dövr gəlib ki, qaynayıb-qarışmaq problemə dönüb. İnsanla

arrow Ətraflı
Beş bürc üçün yaşıl işıq yanacaq like
  • 23 Sen 07:07  
Digərləri Beş bürc üçün yaşıl işıq yanacaq

Yeni həftə beş bürcə dəyişiklik və yenilənmə dalğası gətirəcək. 

arrow Ətraflı
Pomidor ürəyə xeyir imiş like
  • 23 Sen 06:06  
Digərləri Pomidor ürəyə xeyir imiş

Pomidor şirəsi ürək və damar sağlamlığı üçün önəmlidir.

arrow Ətraflı
Ay torpağında çay yetişdirildi like
  • 23 Sen 05:05  
Dünya Ay torpağında çay yetişdirildi

Britaniyalı alimlər apardıqları tədqiqat nəticəsində Ayda çay bitkisini

arrow Ətraflı
Evdən çıxmazdan əvvəl mütləq bu cihazı söndürün like
  • 23 Sen 04:04  
Digərləri Evdən çıxmazdan əvvəl mütləq bu cihazı söndürün

Mütəxəssislər xəbərdarlıq edir ki, evdən çıxarkən bəzi məişət cih

arrow Ətraflı
Yumurta seçərkən bu səhvləri etməyin  Diqqət like
  • 23 Sen 03:03  
Digərləri Yumurta seçərkən bu səhvləri etməyin Diqqət

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir.

arrow Ətraflı
Mətbəxdəki bu 3 əşyanı dərhal atın! like
  • 23 Sen 02:02  
Digərləri Mətbəxdəki bu 3 əşyanı dərhal atın!

Harvardda təhsil almış tanınmış qastroenteroloq Dr. Saurabh Sethi gündəl

arrow Ətraflı
Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər like
  • 23 Sen 01:40  
Digərləri Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər

BMT Baş Məclisində keçirilən Fələstin zirvəsində maraqlı anlar yaşan�

arrow Ətraflı
Yaşar Nurinin qızının görüntüləri tənqid olundu like
  • 23 Sen 01:31  
Şou-biznes Yaşar Nurinin qızının görüntüləri tənqid olundu

Müğənni Ülkər Nuri yeni paylaşımı ilə sosial şəbəkədə müzakirəl�

arrow Ətraflı
Aygünlə Namiqin obrazını yaratdılar like
  • 23 Sen 01:24  
Şou-biznes Aygünlə Namiqin obrazını yaratdılar

Müğənnilər Nuran və Mehin Hümbətova Xalq artisti Aygün Kazımovanın &qu

arrow Ətraflı