Sərnişin avtobuslarından istifadə edənlərin nəzərinə Bu tarixdən qaydalar dəyişir


Digərləri 22 Sen 2025 17:47:00 52 0

Sərnişin avtobuslarından istifadə edənlərin nəzərinə  Bu tarixdən qaydalar dəyişir

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026-cı ildən avtobuslarla sərnişin daşımalarında məsafə əsaslı yeni model tətbiq olunacaq. Beynəlxalq təcrübədə "brutto müqavilə" adlanan bu sistem 2028-ci ilə qədər tam şəkildə tətbiq ediləcək.

Fərmana əsasən, dövlət büdcəsində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılacaq. Fondun əsas gəlir mənbələri benzin, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi, 2027-ci ildən Bakının bəzi ərazilərinə avtomobil girişinə görə ödəniləcək haqqdan formalaşacaq. Vəsaitlərdən daşıyıcıların xərclərinin kompensasiyası və marşrut şəbəkəsinin dayanıqlı işləməsi üçün subsidiya veriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin sözlərinə görə, hazırkı biznes modeli daşıyıcıların maliyyə imkanlarını məhdudlaşdırır və avtobus parkını yeniləməyə imkan vermir.

Onun sözlərinə görə, yeni yanaşma ilə gediş haqqı birbaşa daşıyıcılara deyil, mərkəzləşdirilmiş hesaba yönləndiriləcək: "Daşıyıcıya xidmətin dəyəri hesablanacaq, sərnişinlərin ödədiyi vəsait həmin xərci qarşılamasa, fərq dövlət subsidiyası ilə ödəniləcək. Bu, avtobus parkının yenilənməsinə və qrafiklərin ciddi şəkildə qorunmasına imkan verəcək".

Anar Rzayev, həmçinin bildirib ki, Bakı və Abşeron ərazisində avtobus şəbəkəsi yenidən işlənib. Mövcud vəziyyətə görə şəhər əhalisinin 17 faizi avtobus şəbəkəsinə çıxış imkanı əldə edə bilmir. Yeni model bu problemi də aradan qaldırmağa yönəlib.

AYNA sədri vurğulayıb ki, marşrutların fəaliyyəti çox hallarda gecə yarısına qədər davam edəcək. Sosial qruplar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi də gündəmdədir, amma bu yalnız bütün avtobusların vahid nağdsız ödəniş sisteminə keçidindən sonra mümkün olacaq.

Son.az xəbər verir ki, modern.az-a açıqlamasında hüquqşünas və nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yeni mexanizm sürücü rəqabətini aradan qaldıracaq:

"Hazırda avtobus sürücüləri sərnişin uğrunda yarışır. Yeni modeldə isə daşıyıcı sərnişin sayına görə deyil, məsafəyə görə ödəniş alacaq. Bu, avtobusların qrafikə uyğun hərəkətini təmin edəcək, dayanacaqlarda süni gözləmələri aradan qaldıracaq".

Ekspertin sözlərinə görə, subsidiya yalnız müasir tələblərə cavab verən - sıxılmış qaz, elektrik mühərrikli, Gəncədə isə 2025-ci ildən sonra istehsal olunan dizel avtobuslarına veriləcək. "Bu yanaşma sürücülərin əmək şəraitini yaxşılaşdıracaq, avtobus parkının yenilənməsini sürətləndirəcək və nəticədə sərnişinlər daha rahat, təhlükəsiz nəqliyyatdan istifadə edəcəklər," - deyə Ərşad Hüseynov əlavə edib.

Yeni sistemlə ödənişlər yalnız elektron formada həyata keçiriləcək. "Tarif menyusu" modeli, yəni aylıq və illik paketlər, bir neçə marşrut üzrə vahid biletlərin tətbiqi də gündəmdədir.

Ərşad Hüseynov söyləyib ki, ictimai nəqliyyat sırf kommersiya məqsədli bir fəaliyyət deyil. Bu, sosial əhəmiyyət daşıyan bir sahədir və hər kəs üçün əlçatan olmalıdır. Əlçatanlıq isə sərfəli gedişhaqqı, dayanıqlı və keyfiyyətli xidmət deməkdir.

"İndiyə qədər biz bu sistemin effektiv fəaliyyətini görə bilmirdik. Çünki əsas maliyyələşmə mənbəyi məhz sərnişinlərdən toplanan gedişhaqqı idi. Bu səbəbdən də daşıyıcılar sərnişin uğrunda mübarizə aparır, yeni avtobusların alınmasında çətinliklər yaşayırdılar. Ancaq dövlət dəstəyi ilə bu problemlərin həlli real və mümkün olacaqdır. Yeni sistemin əsas mahiyyəti ondan ibarətdir ki, yanacağın üzərində olan yol vergisinin bir hissəsi ictimai nəqliyyat fonduna yönəldiləcək", - deyə ekspert əlavə edib:

2027-ci ildən sonra Bakı şəhərinin bəzi zonalarına avtomobil girişinin ödənişli olması planlaşdırılır.

Ekspert qeyd edib ki, bu məsələ hələ tam dəqiqləşdirilməyib: "Dünyanın müxtəlif ölkələrində mərkəzi hissələrə avtomobil girişini qadağan edən modellər sınaqdan keçirilib, lakin bu cür sərt tədbirlər çox zaman effektiv olmayıb. Çünki belə qadağaları keçmək üçün qeyri-adi üsullara əl atılırdı. Ən uğurlu beynəlxalq təcrübə odur ki, bu zonalara giriş ödənişli olur. Lakin bu zaman həmin ərazilərdə ideal ictimai nəqliyyat və mikromobillik (velosiped yolları, skuter yolları və s.) şəraiti yaradılır. Beləliklə, vətəndaş öz şəxsi avtomobili ilə gəlməkdənsə, alternativ nəqliyyatdan istifadə etməyi daha məqsədəuyğun hesab edir. Yox, əgər biri yenə də şəxsi avtomobili ilə gəlmək istəyirsə, bu zaman müəyyən bir ödəniş etməlidir. Prinsip budur".

Onun sözlərinə görə, burada astronomik və ya fantastik qiymətlərdən söhbət gedə bilməz. "Qiymətlər məntiqi və vətəndaş üçün anlaşılan olmalıdır. Həmin zonaların dəqiq sərhədləri və lisenziya məsələləri isə gələcəkdə açıqlanacaq".

Bakı aeroportunda insanlar təxliyə olunur?  RƏSMİ AÇIQLAMA like
  • 22 Sen 17:46  
Digərləri Bakı aeroportunda insanlar təxliyə olunur? RƏSMİ AÇIQLAMA

22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysini həyata ke�

arrow Ətraflı
Məşhur jurnalist təyyarə qəzasında öldü  FOTO like
  • 22 Sen 17:43  
Şou-biznes Məşhur jurnalist təyyarə qəzasında öldü FOTO

43 yaşlı televiziya aparıcısı Debora Estrella təyyarə qəzasında həlak

arrow Ətraflı
“Gecə saat 3də ərimi niyə yığırsan?“ like
  • 22 Sen 17:30  
Şou-biznes “Gecə saat 3də ərimi niyə yığırsan?“

Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
“Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik” like
  • 22 Sen 17:00  
Digərləri “Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik”

İctimai Televiziya Bakıda velosiped yollarının artması və şaxələndirilm

arrow Ətraflı
Böyükşor gölünün ətrafı ilə bağlı  5 milyard dollarlıq müqavilə like
  • 22 Sen 16:40  
Digərləri Böyükşor gölünün ətrafı ilə bağlı 5 milyard dollarlıq müqavilə

Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun

arrow Ətraflı
İlk dəfə atası ilə anasının boşanmasından danışdı like
  • 22 Sen 16:30  
Şou-biznes İlk dəfə atası ilə anasının boşanmasından danışdı

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Azərbaycanda Yaşıl Enerji Sənaye Parkı yaradılacaq like
  • 22 Sen 16:25  
Digərləri Azərbaycanda Yaşıl Enerji Sənaye Parkı yaradılacaq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin bazarlarda fəaliyyətinə qadağa qoyulacaq like
  • 22 Sen 16:20  
Digərləri Azərbaycanda bu şəxslərin bazarlarda fəaliyyətinə qadağa qoyulacaq

Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərm

arrow Ətraflı
İstirahətə getmişdi, dili tutuldu  FOTO like
  • 22 Sen 16:00  
Dünya İstirahətə getmişdi, dili tutuldu FOTO

Londonda yaşayan 34 yaşlı Melissa Clayton Barbadosda istirahət edərkən ba�

arrow Ətraflı
“Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq” like
  • 22 Sen 15:50  
Digərləri “Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq”

"Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrast

arrow Ətraflı
Avropa İttifaqından Azərbaycana dəstək like
  • 22 Sen 15:46  
Siyasət Avropa İttifaqından Azərbaycana dəstək

Avropa İttifaqı Azərbaycanın minalaradan ziyan çəkmiş rayonlarına dəst�

arrow Ətraflı
Avtobuslarda gediş haqqı forması dəyişəcək  AYNA işlər aparır like
  • 22 Sen 15:43  
Digərləri Avtobuslarda gediş haqqı forması dəyişəcək AYNA işlər aparır

Hazırda vətəndaş avtobuslar üçün standart 50 qəpik ödəniş edir. Uzaq

arrow Ətraflı
Bu ölkədən gətirilən quzu əti keyfiyyətsizdirmi?  Ekspert like
  • 22 Sen 15:40  
Digərləri Bu ölkədən gətirilən quzu əti keyfiyyətsizdirmi? Ekspert

"Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti

arrow Ətraflı
Simonyan xərçəng olduğunu açıqladı  "Tezliklə məni parikdə görəcəksiniz" like
  • 22 Sen 15:36  
Dünya Simonyan xərçəng olduğunu açıqladı "Tezliklə məni parikdə görəcəksiniz"

"Rossiya Seqodnya" və RT beynəlxalq media qrupunun baş redaktoru Ma

arrow Ətraflı