Ucuz tur axtararkən fırıldaqçılardan necə qorunaq? Mütəxəssisdən AÇIQLAMA
Digərləri 22 Sen 2025 17:40:00 59 0
Yay mövsümünün sonu, payız turlarının başlanması və xaricə səyahətlərin artması ilə paralel olaraq turizm sahəsində fırıldaqçılıq halları da çoxalır.
Son.az xəbər verir ki, son vaxtlar sosial şəbəkələr və elan saytları vasitəsilə saxta turizm şirkətlərinin vəd etdiyi ucuz turlar bir çox insanı maddi və mənəvi ziyana salır.
Bəs vətəndaşlar fırıldaqçı turizm şirkətlərini necə tanıya bilər?
Məsələ ilə bağlı turizm eksperti Ceyhun Aşurov bildirir ki, ilk olaraq şirkətin Vergilər Nazirliyində qeydiyyatda olub-olmadığını yoxlamaq vacibdir:
"Etibarlı şirkətlərin rəsmi VÖEN-i, ofis ünvanı, əlaqə nömrələri və internet resursları olur. Sadəcə sosial şəbəkə səhifəsi və ya şəxsi nömrə ilə fəaliyyət göstərənlər risklidir. Real olmayan endirimlərə aldanmayın. Rəqiblərdən xeyli aşağı qiymət təklif edən turlar ciddi şübhə doğurmalıdır. Əgər 5 ulduzlu oteldə 7 günlük tur digərlərindən 2-3 dəfə ucuz təqdim olunursa, burada ya fırıldaq var, ya da gizli şərtlər".
Ekspert bildirib ki, müqavilə imzalanmadan ödəniş etmək düzgün deyil:
"Ən çox rast gəlinən fırıldaq halları müqaviləsiz ödəniş zamanı baş verir. heç bir halda qəbz və müqavilə olmadan nağd və ya karta ödəniş etmək olmaz. "Müqavilədə xidmətin detalları - otel, tarix, qiymət, ləğv şərtləri və məsuliyyətlər göstərilməlidir. Rəyləri və əvvəlki müştəri təcrübəsini yoxlayın: Şirkətin Google, Facebook və ya Tripadvisor üzərindən aldığı rəylər də onun etibarlılığını qiymətləndirməyə kömək edir. Eyni zamanda, şirkətin adı ilə axtarış verərək daha öncə fırıldaqla gündəmə gəlib-gəlmədiyini öyrənmək mümkündür".
Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı

Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması ilə diqqət çəkib.

İctimai Televiziya Bakıda velosiped yollarının artması və şaxələndirilm

Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların

Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərm

Londonda yaşayan 34 yaşlı Melissa Clayton Barbadosda istirahət edərkən ba�

"Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrast

Avropa İttifaqı Azərbaycanın minalaradan ziyan çəkmiş rayonlarına dəst�

Hazırda vətəndaş avtobuslar üçün standart 50 qəpik ödəniş edir. Uzaq

"Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti

"Rossiya Seqodnya" və RT beynəlxalq media qrupunun baş redaktoru Ma

Bakı şəhərində sıxlıq olmayan ərazilərdə avtobus zolaqlarının çəki
