BDYPİ onlara xəbərdarlıq etdi
Digərləri 21 Sen 2025 13:42:00 55 0
BDYPİ əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı xəbərdarlıq edib.
Bu xəbəri də oxu: Azərbaycanda bu kadrlara ciddi ehtiyac var: Boşluqları kim dolduracaq?
Son.az xəbər verir ki, xəbərdarlıqda bildirilir:
"Yağıntılı, eləcə də küləkli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəli olur.
Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəza riskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrinin idarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol şəraitinə daha həssasdır və qəza anında xəsarət alma ehtimalı yüksək olan qrupdur. Buna görə də güclü yağış, külək və zəif görmə şəraiti mövcud olan hallarda onların yola çıxmaması tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, təhlükəli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadədən çəkinərək, özlərinin və ətrafdakı insanların təhlükəsizliyini qorumağa, eləcə də digər hərəkət iştirakçıları üçün əlavə risk yaratmamağa xüsusi diqqət yetirsinlər".
Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı səkkiz m

Avropa Birliyi, Rusiya yanacağının Macarıstan və Slovakiyaya tədarükünü

Əmək bazarına, dövrün tələblərinə və monitorinqlərin nəticələrinə

Beynəlxalq hüququn aparıcı subyekti kimi dövlətlərin bir sıra mühüm ə

Biləsuvarda bu gün ağır yol-nəqliyyat hadisəsi baş verib.

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyab

ABŞ Prezidenti Donald Tramp Əfqanıstan hakimiyyətinə "Baqram" h�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının

Son olaraq "Hudutsuz Sevda" serialında rol alan Deniz Can Aktaşın y

Sentyabrın 21-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qe

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ölkədən çox sayda

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda m�
