Azərbaycanda bu kadrlara ciddi ehtiyac var: Boşluqları kim dolduracaq?


Digərləri 21 Sen 2025 12:46:00 60 0

Azərbaycanda bu kadrlara ciddi ehtiyac var: Boşluqları kim dolduracaq?

Əmək bazarına, dövrün tələblərinə və monitorinqlərin nəticələrinə əsasən, təhsil müəssisələrində ixtisaslar və plan yerləri dəyişir.

Bəs görəsən, bu gün hansı sahələr üzrə Azərbaycanda mütəxəssis qıtlığı yaşanır? Və həmin sahələr digər ölkələrdə tədris olunurmu?

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Lent.az-a açıqlamasında bildirib ki, əmək bazarının tələblərinə baxanda bəzi peşə ixtisaslarının hələ də lazımi qədər inkişaf etmədiyi görünür:

"Rəqəmsal-texnoloji sahələrə daxil olan süni intellekt operatoru eləcə də tətbiqi üzrə mütəxəssis, kibertəhlükəsizlik texniki mütəxəssisi, robottexnika, həmçinin avtomatlaşdırma texniki işçisi və analtika köməkçisi ixtisaslarına ehtiyac var. Həmçinin yaşıl iqtisadiyyat və ekoloji sahələrlə bağlı bərpa olunan enerji texniki operatoru (günəş, külək və bioenerji üzrə), su ehtiyatlarının idarə olunması üzrə texnik, ekoloji monitorinq laboratoriya texniki işçisinə tələbat var. Bunlarla yanaşı səhiyyə və sosial xidmətlərdə də yeni ixtisaslar yaradılmalıdır. Yaşlı və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləyən baxıcı, tibbi avadanlıqların texniki mütəxəssisi, reabilitasiya texniki köməkçi ixtisaslarının açılması vacibdir".

Ekspert onu da qeyd edir ki, yenilənmiş sənət və sənaye peşələrinə də boşluqlar var:

"3D çap texnologiyası üzrə texniki işçi, həmçinin aqrodron operatoru kənd təsərrüfatında gübrələmə, monitorinq üçün lazımlıdır. Bunlarla paralel, qida texnologiyası ixtisasına ehtiyac var. Qeyd edim ki, qastronomiya üzrə yeni ixtisaslar - molekulyar mətbəx, sağlam qidalanma üzrə aşpaz, rəqəmsal dizayn və oyunlaşdırma texniki mütəxəssisləri, turizm, eləcə də mədəni irs üzrə virtual bələdçilərə ehtiyac var".

Görəsən, sözügedən ixtisaslardan hansılar inkişaf etmiş ölkələrin peşə təhsilində tədris olunur?

Lent.az-ın araşdırmasına görə bəzi inkişaf etmuiş ölkələrdə peşə təhsili süni intellekt və yaşıl texnologiyalar sahəsinə yönəlib.

Məsələn, Almaniyanın Federal Təhsil Nazirliyinin maliyyələşdirdiyi platforma müəllim və şagirdlər üçün iş yerində süni intellektin tətbiqi üzrə kurslar təklif edir. Bərpa olunan enerji sektorunda isə təcrübə proqramları geniş yayılıb. Təmiz enerji sahəsində fəaliyyət göstərən şirkətlərin 60%-dən çoxu peşəkar təlim dəstəkləyir və "Enercon" kimi iri şirkətlər öz müəssisələrində 320 şagirdə 20 müxtəlif peşə üzrə təlim verirlər.

Yaponiyanın peşə məktəbləri texnologiyaya əsaslanan ixtisaslar təklif edir. Məsələn, HAL (Tokyo, Osaka, Nagoya) texniki kolleclərində "AI sistemi" şöbəsi var, "Japan Electronics College"un proqramında isə həm "AI Sistemi", həm də "Şəbəkə Təhlükəsizliyi" üzrə təlimlər mövcuddur. Bu kimi ixtisaslar Yaponiyada informasiya texnologiyaları, robototexnika və kibertəhlükəsizlik sahəsinə hazırlıq verir.

ABŞ-da bəzi ştatlar peşə məktəblərində süni intellekt və robototexnika üzrə kurslar açır. Məsələn, Nyu-Cersi ştatı Mercer və Middlesex dairələri üçün peşə məktəblərində süni intellektə dair karyera proqramları hazırlayıb.

Skandinaviya ölkələrində də innovativ təlim metodları yayılır. Məsələn, Finlandiyada Samiedu peşə kollecində pandemiya dövründə ThingLink platforması vasitəsilə virtual turizm turları təşkil edilib. Yeni tələbələr şəhərin ixtisaslara dair tədris laboratoriyalarını virtual mühitdə görüb tanıyırlar və hətta xarici qonaqlar real vaxtda rəhbərlik edən virtual ekskursiyalarla tanış olurlar. Bu cür rəqəmsal ekskursiyalar turizm və mədəni irs sahəsində peşə hazırlığının bir hissəsi kimi qiymətləndirilir.

Suverenlik  milli dövlətçilik doktrinasının fundamental elementidir like
  • 21 Sen 12:21  
Siyasət Suverenlik milli dövlətçilik doktrinasının fundamental elementidir

Beynəlxalq hüququn aparıcı subyekti kimi dövlətlərin bir sıra mühüm ə

arrow Ətraflı
Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü like
  • 21 Sen 12:15  
Digərləri Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Biləsuvarda bu gün ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
4 gün ardıcıl iş olmayacaq  Tarixlər like
  • 21 Sen 11:56  
Digərləri 4 gün ardıcıl iş olmayacaq Tarixlər

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyab

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 21 Sen 11:46  
Dünya Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində daha bir zəlzələ baş verib. 

arrow Ətraflı
Trampdan açıq təhdid: “Əfqanıstan pis nəticələrlə qarşılaşacaq” like
  • 21 Sen 11:29  
Dünya Trampdan açıq təhdid: “Əfqanıstan pis nəticələrlə qarşılaşacaq”

ABŞ Prezidenti Donald Tramp Əfqanıstan hakimiyyətinə "Baqram" h�

arrow Ətraflı
Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib like
  • 21 Sen 11:09  
Siyasət Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının

arrow Ətraflı
"Halo" təxirə düşdü  Yerinə bu serial gəlir like
  • 21 Sen 10:58  
Şou-biznes "Halo" təxirə düşdü Yerinə bu serial gəlir

Son olaraq "Hudutsuz Sevda" serialında rol alan Deniz Can Aktaşın y

arrow Ətraflı
Güclü külək əsir  Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatdı like
  • 21 Sen 10:42  
Digərləri Güclü külək əsir Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatdı

Sentyabrın 21-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qe

arrow Ətraflı
Kuleba: Ukrayna sərhədlər asiyalı miqrantlara açıla bilər like
  • 21 Sen 10:13  
Dünya Kuleba: Ukrayna sərhədlər asiyalı miqrantlara açıla bilər

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ölkədən çox sayda

arrow Ətraflı
Xanımı Adnan Əhmədzadənin həbsindən sonra “Quran”dan bu ayəni paylaşdı  FOTO like
  • 21 Sen 09:55  
Digərləri Xanımı Adnan Əhmədzadənin həbsindən sonra “Quran”dan bu ayəni paylaşdı FOTO

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda m�

arrow Ətraflı
Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirilib like
  • 21 Sen 09:33  
Digərləri Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 21 Sen 09:17  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Simav bölgəsində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Məşhur ağrıkəsici istifadəçilərinə xəbərdarlıq: İnsult riskini artırır like
  • 21 Sen 08:08  
Digərləri Məşhur ağrıkəsici istifadəçilərinə xəbərdarlıq: İnsult riskini artırır

Tibbi araşdırmalar göstərir ki, parasetamolu tez-tez istifadə edən şəxsl

arrow Ətraflı
Hər qadın 21 yaşından sonra bu testi mütləq etdirməlidir like
  • 21 Sen 06:06  
Digərləri Hər qadın 21 yaşından sonra bu testi mütləq etdirməlidir

Dünya üzrə hər il təxminən 1,5 milyon qadına ginekoloji xərçəng diaqno

arrow Ətraflı