Maaşlardan tutulan vergi artacaq, bu şəxslərin gəliri azalacaq DETALLAR


Digərləri 20 Sen 2025 17:47:00 59 0

Maaşlardan tutulan vergi artacaq, bu şəxslərin gəliri azalacaq  DETALLAR

"2026-cı il üzrə dövlət büdcəsinin ilkin parametrlərinin təhlili göstərir ki, fiziki şəxslərin gəlirləri üzrə vergi səviyyəsi 30 faizə qədər artıb. Bu, çox ciddi göstəricidir. Hələlik açıqlanan məlumatlar bu artımın dəqiq mənbələrini müəyyən etməyə imkan vermir. Ancaq ehtimallara əsaslansaq, əsas səbəbin muzdlu gəlirlər üzrə vergi güzəştlərinin müddətinin bitməsindən sonra yaranmış vəziyyətlə bağlı olduğunu söyləmək olar".

Son.az xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, əgər bu vergi güzəştinin müddəti 2026-cı ilin yanvarın 1-dən etibarən uzadılmasa, mövcud qanunvericiliyə görə muzdlu gəlirlərə belə vergi tətbiq olunacaq:

"2.500 manata qədər olan hissəyə 14 faiz, 2.500 manatdan yuxarı olan hissəyə isə 25 faiz. Hesablama metodologiyası isə belədir: muzdlu gəlirdən əvvəlcə 200 manat çıxılır, sonra qalan məbləğə uyğun faiz tətbiq edilir. Məsələn, minimum əmək haqqı 400 manat olan şəxs üçün 200 manat çıxıldıqdan sonra qalan 200 manata 14% vergi hesablanır, yəni 28 manat. 

Bundan əlavə, sosial qruplar üçün müxtəlif güzəştlər nəzərdə tutulub. Məsələn, məcburi köçkünlər və şəhid ailələri üçün vergidən azad olunan hissə 100 manat artırılır. Milli Qəhrəmanların gəlirlərindən 800 manat vergidən azad edilir. Əlilliyi olan şəxslərin muzdlu gəlirlərinin isə 400 manatı vergidən azaddır. Bu güzəştlərdən kənarda qalan şəxslərin əməkhaqlarından tutmalar həyata keçiriləcəkdir. Nəticə olaraq, tutmaların səviyyəsi vətəndaşın hansı sosial qrupa aid olmasından asılı olacaq. Orta hesabla 2.500 manata qədər olan əməkhaqqına tətbiq edilən vergi 14 faiz təşkil edir.

2.500 manatdan yuxarı gəlirlər üçün isə 25% tətbiq olunur. Bu halda hesablama belə aparılır: 2.500 manata görə 350 manat vergi tutulur, bundan yuxarı hər 100 manata isə əlavə 25 manat hesablanır. Məsələn, 3.000 manat əmək haqqı alan şəxs 350 manat + 125 manat = 475 manat vergi ödəyəcək".

Ekspert bildirir ki, vergi güzəştlərinin bitməsi insanların gəlirlərinin azalmasına səbəb olacaq:

"Beləliklə, bu vergini muzdlu gəlir əldə edən şəxslər ödəyəcək, yəni əmək müqaviləsi ilə çalışan insanlar. Bu isə onların real gəlirlərinin azalmasına səbəb olacaq. Məsələn, 3.000 manat əmək haqqı alan şəxsin maaşı 475 manat azaldılacaq. Orta aylıq əmək haqqı təxminən 1.100 manat olan ölkədə isə, 200 manat çıxıldıqdan sonra qalan hissəyə görə 136 manat vergi tutulacaq.

Bundan əlavə, sosial sığorta, icbari tibbi sığorta, işsizlik fonduna və həmkarlar ittifaqlarına ödənişlər də maaşdan tutulacaq. Nəticədə, vətəndaşın real gəliri əhəmiyyətli dərəcədə azalacaq. Bu isə özəl sektorda çalışan insanlar üçün ciddi risklər yaradır. Qısa müddətdə bu vəziyyət əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə və yoxsulluğun artmasına səbəb olacaq. Orta və uzunmüddətli dövrdə isə əmək bazarında əməkhaqqının artımı tələbi yaranacaq. Nəticədə bu yükün bir hissəsi sahibkarların üzərinə ötürüləcək. Çünki əmək bazarında işçilər artıq daha yüksək maaş tələb edəcəklər.

Hər iki halda neqativ nəticələr qaçılmazdır. Birinci halda, işçilərin alıcılıq gücü azalır, əmək ucuzlaşır və yoxsullaşma artır. İkinci halda isə sahibkarların xərcləri yüksəlir, mənfəət norması azalır. Bu, bəzi hallarda müəssisələrin zərərlə işləməsinə, hətta bağlanmasına gətirib çıxara bilər. Sahibkar bazarda alternativi olmayan məhsul istehsal edirsə, xərcləri məhsulun satış qiymətinə yansıdacaq və qiymətlər bahalaşacaq.

Əks halda, yəni xərcləri qiymətə əlavə edə bilməyən sahibkarlar rəqabət şəraitində çətinlik çəkəcək, fəaliyyətlərini dayandıra, defoltla üzləşə və ya investisiya imkanlarını itirə bilərlər. Bu da texnologiya tətbiqini və inkişafı məhdudlaşdıracaq. Dolayısı ilə, qeyri-formal əmək bazarının genişlənməsi üçün əlverişli şərait yaranacaq.

Nəticə etibarilə, 7 il əvvəl verilən güzəştlər indi daha sərt şərtlərlə muzdlu işçilərin üzərinə qayıdır. Həmin dövrdə vergi yükü azaldılmış, amma Dövlət Sosial Sığorta Fondu üçün məcburi tutulmalar artırılmışdı. 2026-cı ildən isə həm vergi, həm də sosial sığorta ayırmaları 2018-ci illə müqayisədə xeyli yüksək olacaq. Bu da qeyri-rəsmi sövdələşmələrin genişlənməsinə, əmək bazarında leqallaşma təşəbbüslərinin zəifləməsinə səbəb ola bilər".

İkinci əl maşın bazarında canlanma olacaq  Ekspert like
  • 20 Sen 17:40  
Digərləri İkinci əl maşın bazarında canlanma olacaq Ekspert

Azərbaycanda elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq

arrow Ətraflı
Nazilə Səfərli bazarda kişini döydü like
  • 20 Sen 17:20  
Şou-biznes Nazilə Səfərli bazarda kişini döydü

"Bazara getmişdim. Bir kişi mənə söz atdı. Kişini vurdum. Yumruq atd

arrow Ətraflı
Şəhid ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar like
  • 20 Sen 17:19  
Digərləri Şəhid ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar

Bakı bu həftəsonu Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə ev s

arrow Ətraflı
Adnan Əhmədzadə DTXdə sorğusual altında  Hansı sirlər açılacaq? like
  • 20 Sen 17:05  
Digərləri Adnan Əhmədzadə DTXdə sorğusual altında Hansı sirlər açılacaq?

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər m

arrow Ətraflı
Azərbaycanda referendum olacaq?  Deputatdan REAKSİYA like
  • 20 Sen 17:00  
Siyasət Azərbaycanda referendum olacaq? Deputatdan REAKSİYA

Azərbaycan sülh sazişi üçün Ermənistanın qarşısına bir sıra şərtl�

arrow Ətraflı
Prezident Pol Kaqame: Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var like
  • 20 Sen 16:50  
Siyasət Prezident Pol Kaqame: Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var

Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, b

arrow Ətraflı
Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub like
  • 20 Sen 16:41  
Digərləri Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub

Ağdamda avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə y

arrow Ətraflı
Prezident İlham Əliyev: Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır like
  • 20 Sen 16:38  
Siyasət Prezident İlham Əliyev: Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır

Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beyn

arrow Ətraflı
Keçmiş səfirə nazirlikdə vəzifə verildi like
  • 20 Sen 16:34  
Digərləri Keçmiş səfirə nazirlikdə vəzifə verildi

Azərbaycanın İraqdakı keçmiş səfiri Nəsir Natiq oğlu Məmmədov yeni v�

arrow Ətraflı
Şəbnəm bahalı qolbağı ilə DİQQƏT ÇƏKDİ like
  • 20 Sen 16:20  
Şou-biznes Şəbnəm bahalı qolbağı ilə DİQQƏT ÇƏKDİ

Sevilən müğənni Şəbnəm Tovuzlu bu dəfə səhnə fəaliyyəti ilə deyil,

arrow Ətraflı
Nərgiz İsmayılova bu holdinqdə müdir vəzifəsinə təyin olundu like
  • 20 Sen 16:00  
Digərləri Nərgiz İsmayılova bu holdinqdə müdir vəzifəsinə təyin olundu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub

arrow Ətraflı
Dünyaca məşhur yazıçı özündən 27 yaş kiçik idmançı ilə nişanlandı like
  • 20 Sen 15:47  
Digərləri Dünyaca məşhur yazıçı özündən 27 yaş kiçik idmançı ilə nişanlandı

Sərvətinin 100 milyon dollardan çox olduğu təxmin edilən tanınmış ameri

arrow Ətraflı