Adnan Əhmədzadə DTXdə sorğusual altında Hansı sirlər açılacaq?


Digərləri 20 Sen 2025 17:05:00 70 0

Adnan Əhmədzadə DTXdə sorğusual altında  Hansı sirlər açılacaq?

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini  Adnan Əhmədzadə Bakıda həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan ibtidai istintaqın ilkin mərhələsində A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsində "xüsusilə ağır cinayətlər" kateqoriyasına daxildir. Təkcə "xüsusilə külli miqdarda mənimsəmə" ittihamı 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Vəzifə səlahiyyətlərindən sui-istifadə və iqtisadi təhlükəsizliyə qarşı təxribat isə bu cəzanı daha da sərtləşdirə bilər. Həmçinin istintaqın gedişində əlavə epizodların da ortaya çıxa biləcəyi istisna edilmir.

Məsələ dövlətin qanunla qorunan mənafelərinə toxunduğundan bu kimi hallara qarşı sərt mövqe nümayiş etdirilir. Əvvəl də qeyd olunduğu kimi bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir.

Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur. 

Görünür ki, Adnan Əhmədzadə hazırda DTX-nin təcridxanasında sorğu-sual edilir. İstintaq orqanı onun maliyyə əməliyyatları, əməkdaşlıq etdiyi şəxslər və hadisənin başvermə mexanizmi barədə verəcəyi məlumatları diqqətlə təhlil edəcək. 

Azərbaycanla yanaşı xaricdə də geniş biznesə sahiblənmiş Əhmədzadənin ifadələri və təqdim edəcəyi sübutlar cinayətin bütün detalları ilə üzə çıxarılmasına və işin hərtərəfli araşdırılmasına mühüm təsir göstərəcək.

Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq istintaqın gedişatını diqqətdə saxlayırıq.

Xatırladaq ki, bu hadisənin kökündə iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkar olunmasının dayandığı ehtimal edilir. Zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Azərbaycanda referendum olacaq?  Deputatdan REAKSİYA like
  • 20 Sen 17:00  
Siyasət Azərbaycanda referendum olacaq? Deputatdan REAKSİYA

Azərbaycan sülh sazişi üçün Ermənistanın qarşısına bir sıra şərtl�

arrow Ətraflı
Prezident Pol Kaqame: Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var like
  • 20 Sen 16:50  
Siyasət Prezident Pol Kaqame: Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var

Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, b

arrow Ətraflı
Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub like
  • 20 Sen 16:41  
Digərləri Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub

Ağdamda avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə y

arrow Ətraflı
Prezident İlham Əliyev: Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır like
  • 20 Sen 16:38  
Siyasət Prezident İlham Əliyev: Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır

Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beyn

arrow Ətraflı
Keçmiş səfirə nazirlikdə vəzifə verildi like
  • 20 Sen 16:34  
Digərləri Keçmiş səfirə nazirlikdə vəzifə verildi

Azərbaycanın İraqdakı keçmiş səfiri Nəsir Natiq oğlu Məmmədov yeni v�

arrow Ətraflı
Şəbnəm bahalı qolbağı ilə DİQQƏT ÇƏKDİ like
  • 20 Sen 16:20  
Şou-biznes Şəbnəm bahalı qolbağı ilə DİQQƏT ÇƏKDİ

Sevilən müğənni Şəbnəm Tovuzlu bu dəfə səhnə fəaliyyəti ilə deyil,

arrow Ətraflı
Nərgiz İsmayılova bu holdinqdə müdir vəzifəsinə təyin olundu like
  • 20 Sen 16:00  
Digərləri Nərgiz İsmayılova bu holdinqdə müdir vəzifəsinə təyin olundu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub

arrow Ətraflı
Dünyaca məşhur yazıçı özündən 27 yaş kiçik idmançı ilə nişanlandı like
  • 20 Sen 15:47  
Digərləri Dünyaca məşhur yazıçı özündən 27 yaş kiçik idmançı ilə nişanlandı

Sərvətinin 100 milyon dollardan çox olduğu təxmin edilən tanınmış ameri

arrow Ətraflı
Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub like
  • 20 Sen 15:12  
Dünya Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub

Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşl

arrow Ətraflı
"İllərdir məhkəmələrdə mübarizə aparıram, işə baxan yoxdur" like
  • 20 Sen 15:06  
Şou-biznes "İllərdir məhkəmələrdə mübarizə aparıram, işə baxan yoxdur"

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Oqta

arrow Ətraflı
11ci mərtəbədən yıxılan Cəsur öldü like
  • 20 Sen 14:50  
Digərləri 11ci mərtəbədən yıxılan Cəsur öldü

Ötən gün Sumqayıt şəhərində yeniyetmə hündürlükdən yıxılıb.

arrow Ətraflı
ABŞ hökuməti bu tarixdən fəaliyyətini dayandırır  Tramp açıqladı like
  • 20 Sen 14:42  
Dünya ABŞ hökuməti bu tarixdən fəaliyyətini dayandırır Tramp açıqladı

ABŞ prezidenti Donald Tramp cümə günü Oval Ofisdə bildirib ki, hökumətin

arrow Ətraflı
Bakıdakı məşhur bazar söküləcək like
  • 20 Sen 14:21  
Digərləri Bakıdakı məşhur bazar söküləcək

Tikinti materiallarının satışının həyata keçirildiyi Dərnəgül bazarı

arrow Ətraflı