Çox arıq olmaq, artıq çəkidən daha təhlükəli imiş
Digərləri 20 Sen 2025 00:39:00 80 0
Yeni aparılan bir araşdırma göstərib ki, həddindən artıq arıq olmaq, artıq çəkili və ya yüngül dərəcədə kök olmaqdan daha ölümcül risk daşıyır. Alimlər bildirirlər ki, bəzi hallarda "kök amma formada olmaq" mümkündür.
Bu xəbəri də oxu: Putinə “yox” deyən məmur vəzifədən getdi
Danimarkalı alimlərin 5 il ərzində 85 min 761 nəfər üzərində apardığı tədqiqatda iştirakçıların 8%-i dünyasını dəyişib.
Nəticələrə görə, artıq çəkili (BMI 25-30) və ya yüngül obez (BMI 30-35) şəxslərin ölüm riski, sağlam BMI aralığında (22.5-25) olan insanlarla müqayisədə daha yüksək deyil.
Əksinə, çox arıq (BMI 18.5 və altı) şəxslərdə ölüm riski 2,7 dəfə çox olub. Hətta sağlam aralığın aşağı sərhədində (BMI 18.5-20) olanlarda belə riskin ikiqat artdığı müşahidə olunub.
Mütəxəssislərə görə, bu nəticələr bəzən altda yatan xəstəliklərlə bağlı ola bilər. Yəni bədənin arıqlaması xəstəliyin təsiri ilə baş verirsə, ölüm riskini artıran əsas səbəb çəki yox, həmin xəstəlikdir.
Başqa bir araşdırma isə göstərib ki, arıq görünsələr də, bir çox insanda daxili orqanların ətrafında yığılan visseral yağlar mövcuddur. Bu yağlar ürək və damar sisteminin daha sürətli qocalmasına, hətta infarkt riskinin artmasına səbəb ola bilər.
Avropa Ürək Jurnalında dərc olunan nəticələrə görə, bədən forması, çəkidən daha vacibdir.
Qarın nahiyəsində yağ yığan "alma tipli" kişilərdə ürək yaşlanmasının daha sürətli olduğu müəyyən edilib.
Yan və bud nahiyəsində yağ saxlayan "armud tipli" qadınlarda isə ürəyin daha sağlam və gənc qaldığı müşahidə olunub. Lalə Qüdrətova Son.az
Şagirdlər çox, sinif otağı balaca... Oturmağa yer olmadığından bəzi ş

Məşhur "Yalı Çapkını" serialında İbrahim obrazını canlandır

"Əsrin müqaviləsi"nin imzalanmasından 31 il ötür.

Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Azərbaycan Respublika

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüd�

Son.az 20 sentyabr üçün günün ulduz falını təqdim edir:

"Azadlıq" qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid

Məktəbə gedən azyaşlı bacı-qardaşı minik avtomobili vurub, hər iksi d�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp

"Qremmi" mükafatı laureatı müğənni və bəstəkar Brett Ceyms Ş

ABŞ-ın Şimali Karolina ştatında yaşayan qadın doğum günündə gözləni

Ay Qız bürcündən keçdikdə biz harmoniya və daxili tarazlıq yaşayırıq,

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın ba
