“Əsrin müqaviləsi”nin imzalanmasından 31 il keçir
Digərləri 20 Sen 2025 00:06:00 53 0
"Əsrin müqaviləsi"nin imzalanmasından 31 il ötür.
Bu xəbəri də oxu: Bir sıra qurumlar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi
Son.az xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.
Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 12 dekabr 1994-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cü il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və "Əsrin müqaviləsi" kimi tanınır. Son.az
Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Azərbaycan Respublika

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüd�

Son.az 20 sentyabr üçün günün ulduz falını təqdim edir:

"Azadlıq" qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid

Məktəbə gedən azyaşlı bacı-qardaşı minik avtomobili vurub, hər iksi d�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp

"Qremmi" mükafatı laureatı müğənni və bəstəkar Brett Ceyms Ş

ABŞ-ın Şimali Karolina ştatında yaşayan qadın doğum günündə gözləni

Ay Qız bürcündən keçdikdə biz harmoniya və daxili tarazlıq yaşayırıq,

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın ba

Yeni tədris ili başlayarkən sosial şəbəkələrdə diqqətçəkən bir foto

"Meta" məşhur ani mesajlaşma platforması "WhatsApp"ın i

Xalq artisti Alim Qasımov maraqlı açıqlamaları ilə gündəmə gəlib.
