Almaniyada azərbaycanlının kuratorluğu ilə “ღ” layihəsi təqdim olunub


Kriminal 19 Sen 2025 15:44:00 70 0

Almaniyada azərbaycanlının kuratorluğu ilə “ღ” layihəsi təqdim olunub

Berlındə qazaxıstanlı sənətçi Anna Kin-in "ღ" (oxunuşu: "ghani") adlı total instalyasiyası təqdim olunub. Hotel Continental - Art Space in Exile məkanında nümayiş etdirilən layihə Berlin İncəsənət Həftəsi alternativ program olarag göstərilib və peşəkar dairələrdə böyük maraq doğurub.

Bu barədə layihənin azərbaycanlı kuratoru və beynəlxalq mədəniyyət meneceri Zuleyxa İbad məlumat verib.

"Instalyasiya antikolonial dil siyasətlərini hərflərin forması, səs və jestlər vasitəsilə araşdırır. Əsas ideya - dilin tarixi yaddaşın, siyasi təzyiqlərin və eyni zamanda mədəni dayanıqlığın daşıyıcısı olmasıdır", - deyə Zuleyxa İbad bildirib. 

Layihədə Mərkəzi Asiya, Qafqaz, Şərqi Avropa, Balkanlar və Şimali Afrika bölgələrindən olan əlifbalar bir araya gətirilib. Bu vasitə ilə imperiyalar, kolonializm və miqrasiya kontekstində dillərin necə basqıya məruz qalması, dəyişdirilməsi və kənarlaşdırılması vurğulanır. Instalyasiyanın elementləri sırasında çoxkanallı videolar, lazerlə kəsilmiş və asılmış hərflər, eləcə də səs fraqmentləri yer alır. Bütün bunlar tamaşaçını yaddaş, identiklik və hakimiyyət mövzuları ətrafında düşünməyə dəvət edir. Layihə çərçivəsində, dilin üç qatını araşdırdılar: əlifba, səs və sistemlər. 

"Dil həm silahdır, həm də şəfa. Dövlət səviyyəsində nifrəti artırmaq üçün istifadə oluna bilər, amma eyni zamanda bir dua kimi də təzahür edə bilər", - deyə Anna Kin bildirib.

Instalyasiyanı müşayiət edən "Dinləyən Nəqllər" adlı ictimai proqram layihənin dilə yanaşmasını əlifba səviyyəsindən çıxararaq səs, bədən və hakimiyyət sistemləri kimi formalarla da genişləndirib. Proqram çərçivəsində iki əsas tədbir keçirilib:

• Türkiyəli sənətçi Dr.Banu Çiçək Tülü "Səsi Queer Etmək: Sözlərdən və Bədəndən Kənar Dil" adlı çıxışında səsi yazılı dilə alternativ və kollektiv dinləmə təcrübəsi kimi təqdim edib.

• Ukraynalı sənətçi Nikolay Karabinoviç "Qızıl Parça Sahəsi: L - Labubu, C - Curtis Yarvin və İş Mərkəzində gizli saxlanc" adlı seminarında "sistemlərin dili", rəqəmsal platformalar və kollaj texnikası vasitəsilə bürokratik və ideoloji strukturların tənqidini təqdim edib.

"ღ" instalyasiyası təkcə bədii təqdimatla kifayətlənmir, həm də sənətçi, tamaşaçı və müxtəlif dil, mədəniyyət və tarix kontekstləri arasında dialoq yaradır. Xüsusilə diqqət çəkən interaktiv işlərdən biri "Speak Your Alphabet" olub. Burada ziyarətçilər mikrofon qarşısında dayanaraq öz əlifbalarını istənilən dildə və istənilən ardıcıllıqla səsləndiriblər, nəticədə məkan daxilində kollektiv səs kollajı formalaşıb.

Yeni tikili bünövrəsindən mənzil almağın sirri  Nələrə diqqət etməliyik? like
  • 19 Sen 15:30  
Digərləri Yeni tikili bünövrəsindən mənzil almağın sirri Nələrə diqqət etməliyik?

Yeni tikili binalarda bünövrədən mənzil almaq bir çoxları üçün sərfə

arrow Ətraflı
Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gələcək  Foruma qatılacaq like
  • 19 Sen 15:24  
Siyasət Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gələcək Foruma qatılacaq

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıda keçiriləcək

arrow Ətraflı
Firad Əliyevə yüksək vəzifə verildi like
  • 19 Sen 15:22  
Digərləri Firad Əliyevə yüksək vəzifə verildi

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri

arrow Ətraflı
Türkiyədə bu şəxslərə şəhid statusu veriləcək like
  • 19 Sen 15:18  
Digərləri Türkiyədə bu şəxslərə şəhid statusu veriləcək

Türkiyədə 2025-ci ildə meşə yanğınları ilə mübarizə zamanı həyatı

arrow Ətraflı
Artıq yaslara dəvətnamə ilə çağırılacağıq like
  • 19 Sen 15:06  
Digərləri Artıq yaslara dəvətnamə ilə çağırılacağıq

Artıq yas mərasimlər üçün də dəvətnamələrə rast gəlmək olur. Halbu

arrow Ətraflı
Bu çin maşınları geri çağırılır like
  • 19 Sen 15:00  
Digərləri Bu çin maşınları geri çağırılır

18 min "Geely" avtomobili geri çağırılacaq.

arrow Ətraflı
Makronun arvadına yenə ilişdilər like
  • 19 Sen 14:50  
Dünya Makronun arvadına yenə ilişdilər

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron onun kişi

arrow Ətraflı
Firad Əliyev vəzifəsindən azad edildi  Yeni təyinat like
  • 19 Sen 14:42  
Digərləri Firad Əliyev vəzifəsindən azad edildi Yeni təyinat

Hərbi Prokurorluqda yeni kadr təyinatı olub. Hərbi Prokurorluğun mətbuat x

arrow Ətraflı
Putinə “yox” deyən məmur vəzifədən getdi like
  • 19 Sen 14:28  
Digərləri Putinə “yox” deyən məmur vəzifədən getdi

Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak istefa

arrow Ətraflı
Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir?  Rəsmi cavab like
  • 19 Sen 14:26  
Digərləri Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir? Rəsmi cavab

Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri,

arrow Ətraflı
Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma başlanıldı like
  • 19 Sen 14:23  
Digərləri Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma başlanıldı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Heydər Əliyev

arrow Ətraflı
"Məclislərdə təkcə o mahnımı 10000 manata oxuyuram" like
  • 19 Sen 14:15  
Şou-biznes "Məclislərdə təkcə o mahnımı 10000 manata oxuyuram"

Müğənni Müjgan Ayxan açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi like
  • 19 Sen 14:06  
Digərləri Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilm�

arrow Ətraflı