Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir? Rəsmi cavab


Digərləri 19 Sen 2025 14:26:00 60 0

Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir?  Rəsmi cavab

Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri, Türkiyə vətəndaşı Muhammet Gündüz ölkəsinə verilməsini istəyir.

Mərhumun anası Sevda Hacıyeva bu iddia ilə "Qafqazinfo"ya müraciət edib.

Ananın sözlərinə görə, keçmiş kürəkəni cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün artıq lazım olan sənədləri toplamağa başlayıb. Qadın bu haqda güvəndiyi mənbələrdən məlumatlar aldığını deyir: "O insan mənim qızımı çoxsaylı bıçaq zərbələri ilə amansızlıqla öldürüb və buna görə 17 il azadlıqdan məhrum edilib. Amma indi eşidirik ki, Azərbaycan həbsxanasında qalmaq istəmir. Artıq ölkəsinə təhvil verilməsi üçün işə başlayıb. Məqsədi də Türkiyəyə gedib oradan öz adamları vasitəsilə həbsdən qurtulmaqdır. Hətta özü də bunu dilə gətirir, vəzifəli tanışlarının köməyi ilə pul verib azad ediləcəyi barədə ismarışlar göndərir. Ola bilər ki, dediklərimizi iddia kimi qəbul edəsiniz, amma bizə bu məlumatı verən çox ciddi adamdır. Düşünürük ki, bu məsələ indi üzə çıxmasa, sonra gec ola bilər. Çıxıb gedəndən sonra neyləyəcəyik ki? Ona görə indidən qabaqlayıcı tədbirlər görülməsini istəyirəm. Mən qızımın qanının yerdə qalmasını istəmirəm".

Türkan Gündüzün ailəsi hazırda M.Gündüzün Türkiyəyə verilmə məsələsinin reallaşa biləcəyindən narahatdır. Mərhumun hüquqi varisi olan ana eyni zamanda aidiyyəti qurumlara müraciət edərək qızını qətlə yetirənin cəzasını sona qədər ölkəmizdə çəkməsinə nəzarət edilməsini xahiş edir.

Müraciətlə əlaqədar Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Türkiyə Respublikası ilə məhkumların verilməsi "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası çərçivəsində həyata keçirilir: "Konvensiyaya əsasən, məhkumun verilməsi barədə qərar yalnız onun haqqında hökm qüvvəyə mindikdən sonra məhkum olunmuş şəxsin müraciəti əsasında sənədlərin müəyyən dövlətdaxili prosedurlardan keçirilməsindən sonra verilir".

Qeyd edək ki, cinayət hadisəsi 2023-cü ilin yazında baş verib. Türkiyə vətəndaşı Muhammet Gündüz arvadının qətlinə görə bu ilin əvvəlində 17 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Zərərçəkmiş tərəf hazırda cəzanın ağırlaşdırılması üçün kassasiya şikayəti verib. Hələ ki, Ali Məhkəmə işə baxmayıb.

Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma başlanıldı like
  • 19 Sen 14:23  
Digərləri Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma başlanıldı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Heydər Əliyev

arrow Ətraflı
"Məclislərdə təkcə o mahnımı 10000 manata oxuyuram" like
  • 19 Sen 14:15  
Şou-biznes "Məclislərdə təkcə o mahnımı 10000 manata oxuyuram"

Müğənni Müjgan Ayxan açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi like
  • 19 Sen 14:06  
Digərləri Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilm�

arrow Ətraflı
78 yaşlı nənə tələbə oldu: 12 nəvəsi, 12 nəticəsi var... – like
  • 19 Sen 14:05  
Digərləri 78 yaşlı nənə tələbə oldu: 12 nəvəsi, 12 nəticəsi var... –

Ordubad şəhərinin 78 yaşlı sakini Hicrət Yusifova peşə təhsili alacaq.

arrow Ətraflı
Bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq like
  • 19 Sen 14:02  
Digərləri Bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq iki yol s

arrow Ətraflı
Taliban qadınların təhsilinə yeni məhdudiyyətlər gətirdi like
  • 19 Sen 13:58  
Dünya Taliban qadınların təhsilinə yeni məhdudiyyətlər gətirdi

Əfqanıstanın Taliban hakimiyyəti universitetlərdə qadın müəlliflərin k

arrow Ətraflı
Bu xanım Bakıda iki məktəbə rəhbərlik edir like
  • 19 Sen 13:50  
Digərləri Bu xanım Bakıda iki məktəbə rəhbərlik edir

Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə direk

arrow Ətraflı
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı  FOTO like
  • 19 Sen 13:32  
Digərləri Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı FOTO

Kırıkkalenin AK Partiya Yahşihan Bələdiyyə Başçısı Əhməd Sunqur və

arrow Ətraflı
Bu ölkədə güclü zələlə like
  • 19 Sen 13:29  
Dünya Bu ölkədə güclü zələlə

Çilidə 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Sabah Bakıda leysan olacaq, şimşək çaxacaq like
  • 19 Sen 13:25  
Digərləri Sabah Bakıda leysan olacaq, şimşək çaxacaq

Sentyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bakıda küçədə yatan pişik bir günə "dünya ulduzu" oldu  VİDEO  FOTO like
  • 19 Sen 13:12  
Digərləri Bakıda küçədə yatan pişik bir günə "dünya ulduzu" oldu VİDEO FOTO

Bakıda Formula 1 zonasında gəzən pişik sosial mediada böyük maraq doğuru

arrow Ətraflı
Bugün qəzada ölən bacıqardaşın FOTOsu like
  • 19 Sen 12:55  
Digərləri Bugün qəzada ölən bacıqardaşın FOTOsu

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunda avtomobil məktəbə gedən bacı

arrow Ətraflı
Ov ovlamaq, quş quşlamaq istəyənlərə MƏHDUDİYYƏT: Ancaq qeydiyyat ünvanı üzrə icazə var like
  • 19 Sen 12:40  
Digərləri Ov ovlamaq, quş quşlamaq istəyənlərə MƏHDUDİYYƏT: Ancaq qeydiyyat ünvanı üzrə icazə var

Azərbaycan Respublikasında vətəndaşların ovçuluq fəaliyyəti ilə bağl�

arrow Ətraflı
Xətlənmə yoxdur amma cərimə yazılır  Sürücülər şikayətçidir like
  • 19 Sen 12:34  
Digərləri Xətlənmə yoxdur amma cərimə yazılır Sürücülər şikayətçidir

Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində "Azparkinq" tər�

arrow Ətraflı