Ordumuzun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür


Digərləri 19 Sen 2025 00:02:00 63 0

Ordumuzun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür.

Son.az-ın məlumatına görə, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər aparılan müşahidələrlə təsbit edilib.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bəyan edirdi ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmayıb.

Silah-sursatı tükənən Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk ediblər.

2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin xalqa müraciətində bəyan edib ki, 19 sentyabr 2023-cü il tarixində təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

"Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.

Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.

Günün qoroskopu: Gözləmədiyiniz yerdən şans qapısı açılacaq like
  • 19 Sen 00:01  
Digərləri Günün qoroskopu: Gözləmədiyiniz yerdən şans qapısı açılacaq

Son.az 19 sentyabr üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Rusiyada 7,7 ballıq zəlzələ oldu like
  • 18 Sen 23:55  
Digərləri Rusiyada 7,7 ballıq zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Azərbaycanll şair reanimasiyaya yerləşdirildi like
  • 18 Sen 23:41  
Digərləri Azərbaycanll şair reanimasiyaya yerləşdirildi

Şair Əlisəmid Kür səhhətində yaranan problemlər səbəbindən Respublika

arrow Ətraflı
Ekranlı ilk ağıllı eynək təqdim olundu like
  • 18 Sen 23:35  
Digərləri Ekranlı ilk ağıllı eynək təqdim olundu

Metanın rəhbəri Mark Zukerberq şirkətin ən son texnoloji yeniliklərini t�

arrow Ətraflı
Moşu səhnədən getdi  "Yəqin, respublikada yeganə adamam ki,..." like
  • 18 Sen 23:25  
Şou-biznes Moşu səhnədən getdi "Yəqin, respublikada yeganə adamam ki,..."

İyun ayından Mingəçevir Dövlət Dram Teatrından ayrılmışam, artıq işl

arrow Ətraflı
Vanqadan 2026cı il üçün qorxulu proqnoz – “Ufo ilə ilk təmas noyabrda olacaq” like
  • 18 Sen 23:12  
Dünya Vanqadan 2026cı il üçün qorxulu proqnoz – “Ufo ilə ilk təmas noyabrda olacaq”

Balkanların məşhur kor kahini Vanqa, gələcəklə bağlı iddialı proqnozla

arrow Ətraflı
Üç ayda suda boğulanların sayı açıqlandı like
  • 18 Sen 23:00  
Digərləri Üç ayda suda boğulanların sayı açıqlandı

Hər il yay mövsümü başlayanda tətil, dincəlmək və istirahət üçün d�

arrow Ətraflı
Tokayev: Dünyada nüvə münaqişəsi riski artır like
  • 18 Sen 22:47  
Dünya Tokayev: Dünyada nüvə münaqişəsi riski artır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünyada nüvə qarşıdurması eht

arrow Ətraflı
Mətanət eksərinin xanımı ilə efirdə like
  • 18 Sen 22:17  
Şou-biznes Mətanət eksərinin xanımı ilə efirdə

Mətanət İsgəndərli "Gün ortası" verilişində qonaq olub. Proqr

arrow Ətraflı
Bakıdakı 250 nömrəli məktəbdə valideynlərdən pul yığıllır? like
  • 18 Sen 22:03  
Digərləri Bakıdakı 250 nömrəli məktəbdə valideynlərdən pul yığıllır?

Bakının Nizami rayonu, 250 nömrəli məktəbində valideynlərdən pul yığ�

arrow Ətraflı
"Sən onun adını deyəndə mən xəcalət çəkirəm" like
  • 18 Sen 21:48  
Şou-biznes "Sən onun adını deyəndə mən xəcalət çəkirəm"

Əməkdar artist Bəsdi Sevdiyeva bəzi yeni ifaçılara əsəbiləşib. 

arrow Ətraflı
Daha bir qəsəbədə qaz olmayacaq  XƏBƏRDARLIQ like
  • 18 Sen 21:33  
Digərləri Daha bir qəsəbədə qaz olmayacaq XƏBƏRDARLIQ

21:33 Sentyabrın 19-da Sumqayıt şəhərinin Corat qəsəbəsində qaz təc

arrow Ətraflı
Fransada etirazlarda 180dən çox şəxs saxlanıldı like
  • 18 Sen 21:28  
Dünya Fransada etirazlarda 180dən çox şəxs saxlanıldı

Fransada kütləvi etirazlar zamanı 180-dən çox şəx saxlanılıb.

arrow Ətraflı
"Keyfiyyətsiz kosmetika məhsulları xərçəng yaradır"  Açıqlama like
  • 18 Sen 21:00  
Digərləri "Keyfiyyətsiz kosmetika məhsulları xərçəng yaradır" Açıqlama

İstifadə etdiyiniz kosmetik məhsul sizi həm zəhərləyir, həm də heç bir

arrow Ətraflı
Canlı yayımda qeyrietik ifadələr işlədən ana ilə bağlı  DİNdən açıqlama like
  • 18 Sen 20:51  
Digərləri Canlı yayımda qeyrietik ifadələr işlədən ana ilə bağlı DİNdən açıqlama

Sosial şəbəkədə valideynin canlı yayım açaraq azyaşlı övladına qarş

arrow Ətraflı