Ekranlı ilk ağıllı eynək təqdim olundu
Digərləri 18 Sen 2025 23:35:00 49 0
Metanın rəhbəri Mark Zukerberq şirkətin ən son texnoloji yeniliklərini təqdim edib. Tədbirdə üç yeni ağıllı eynək modeli ictimaiyyətə tanıdılıb, həmçinin Quest cihazları üçün yeni əyləncə platforması elan olunub.
Bu xəbəri də oxu: Azərbaycanll şair reanimasiyaya yerləşdirildi
Son.az xəbər verir ki, təqdim olunan əsas yenilik süni intellektlə işləyən "Meta Ray-Ban Display" eynəkdir. Bu cihazın bir linzasında yüksək dəqiqlikli displey yerləşdirilib. Eynəklər vasitəsilə zənglərə cavab vermək, mesajları oxumaq və daxil edilmiş 12 meqapiksellik kameradan istifadə etmək mümkündür. Eynəkdəki ekran isə video və ya mesaj istifadə olunmadıqda yox olur.
Eynəyin satışına sentyabr sonunda başlanacaq və qiyməti 799 ABŞ dolları olacaq. Bu isə əvvəlki "Meta" modelləri ilə müqayisədə xeyli bahadır.
Digər bir yenilik isə eynəklərlə sinxron işləyən neyro bilərzikdir. Bu bilərzik sadə əl hərəkətləri ilə cihazı idarə etməyə, məsələn, mesaj göndərməyə, səhifəni dəyişməyə imkan verir.
Ray-Ban Meta "Gen 2"
İkinci nəsil Ray-Ban Meta eynəkləri 8 saata qədər batareya ömrü ilə fərqlənir.
12 MP kamera, 3K Ultra HD video, 60 FPS və HDR dəstəyi.
32 GB yaddaş, əlavə 48 saatlıq enerji verən çanta ilə təqdim olunur.
Qiymət: 379 dollar.
Oakley Meta Vanguard
Xüsusilə idmançılar üçün hazırlanıb.
122° bucaq kamerası, video sabitləşdirmə və müxtəlif mühitlərə davamlı batareya.
Strava və Garmin inteqrasiyası.
Qiymət: 499 dollar, satış tarixi 21 oktyabr.
Meta Ray-Ban Display
Meta-nın ilk AR (artırılmış reallıq) eynəyi.
HUD ekranı vasitəsilə mətnlər, AI köməkçi komandaları, naviqasiya və video zəngləri göstərir.
EMG qolbağı ilə idarə olunur, mətn yazmaq da mümkündür.
Qiymət: 799 dollar, satış 30 sentyabrdan ABŞ-da, gələn ildən isə Kanada, Fransa, İtaliya və Birləşmiş Krallıqda başlayacaq.
Horizon TV
Meta Quest cihazları üçün yeni əyləncə platforması.
Disney+, Prime Video, Peacock və digər axın xidmətlərini vahid interfeys üzərindən izləməyə imkan verəcək. Lalə Qüdrətova Son.az
İyun ayından Mingəçevir Dövlət Dram Teatrından ayrılmışam, artıq işl

Balkanların məşhur kor kahini Vanqa, gələcəklə bağlı iddialı proqnozla

Hər il yay mövsümü başlayanda tətil, dincəlmək və istirahət üçün d�

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünyada nüvə qarşıdurması eht

Mətanət İsgəndərli "Gün ortası" verilişində qonaq olub. Proqr

Bakının Nizami rayonu, 250 nömrəli məktəbində valideynlərdən pul yığ�

Əməkdar artist Bəsdi Sevdiyeva bəzi yeni ifaçılara əsəbiləşib.

21:33 Sentyabrın 19-da Sumqayıt şəhərinin Corat qəsəbəsində qaz təc

Fransada kütləvi etirazlar zamanı 180-dən çox şəx saxlanılıb.

İstifadə etdiyiniz kosmetik məhsul sizi həm zəhərləyir, həm də heç bir

Sosial şəbəkədə valideynin canlı yayım açaraq azyaşlı övladına qarş

Müğənni Xatirə İslam paylaşımı ilə maraq yaradıb.

Rusiya 24 hərbçisinin cəsədini geri qaytarıb.

Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalıla

Oktyabr ayı bəzi bürclər üçün sözün əsl mənasında "bolluq və b
