“Nəslində kişi yoxdur ki, desin bu uşaqları haradan doğdun?”
Şou-biznes 06 Sen 2025 16:53:00 57 0
Son zamanların ən çox tənqidə uğrayanları şou-biznesdəki bir sıra qadın müğənnilərdir. Bir-birinə baxaraq, həvəslənən, ard-arda plastik, estetik əməliyyatlar üçün bıçaq altına yatan şou-biznes nümayəndələri əksər hallarda cəmiyyətin qınağına tuş gəlirlər.
Bu xəbəri də oxu: Milyardlıq mirası kimə qalacaq?
Ən əsası isə bədənşəkilləndirmə əməliyyatından çıxaraq, dar, cazibədar libasda səhnəyə atılan ifaçıların bəzi davranışları, qonaqlara bədən fiquralarını nümayiş etdirmələri birmənalı şəkildə kəskin tənqid hədəfinə çevrilib.
Bəs bu qədər qınağa rəğmən onları şənliklərə, toy məclislərinə çağıran kimlərdir? Sezar pizza
Müğənni Afət Fərmanqızı "Yeni Sabah"a açıqlamasında deyib ki, əgər insanlar belə məsələləri tənqid edirsə, alqışlayır, nəhayət ki, ayılıblar:
"Mən bununla bağlı bir cümlə deyəcəm. Ümumiyyətlə, sözüm konkret kiməsə deyil, amma ümumi danışıram ki, hər ailə özünün əxlaqına uyğun müğənniyə qulaq asır. Kim necədirsə, onun əxlaqına da o cür müğənni uyğun gəlir. Ona görə də zövqlər müxtəlifdir. Kimin əxlaqı necədirsə, müğənnisi də o cürdür.
Məsələn, mən heç o bədən şəkilləndirməni də kənara qoyuram. Ən müqəddəs gündə ailələrində xeyir-duanı kim verir? Başqasının ərindən "bicdoğan". Qız-qız ərə getməyib ata evində, bir qardaş, ata, nə bilim, nəslində kişi yoxdurmu, çıxsın desin ki, sən bu uşaqları haradan doğdun? Ədəb-ərkanla ərə getmədin, telli-duvaqlı ərə getmədin.
Bilirsən, qardaşın altına maşını qoyur, cibinə pulu qoyur, danışa bilmir. Namus-qeyrəti kənara atır, görməzdən gəlir. Bax, bundan danışmaq lazımdır. Yerdən qalxan qızlara da pis nümunədir, pis örnəkdir. Bir balaca çətinə düşən kimi dərs oxuyub normal təhsil alıb, yaxşı bir müəllimə, yaxud həkim olmaq əvəzinə görürsən ki, müğənnilərin sayı günü-gündən artır. Niyə? Asan qazanc yoludur. Deyir, gedib bədən şəkilləndirəcəm, bir evli kişi tapacam, bəzilərinin yolu ilə gedəcəm, sonra uşaq doğub həmin uşaqlarla şantaj edəcəm. Deyəcəm ki, bu uşaqları hara buraxırsan? Bax, belə yollarla əllərində saxlayırlar.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli

Kosmosda dramatik anlar yaşanıb.

Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə atışma ol

Suriya yeni rəhbərliyi ölkənin bərpası üçün böyük addım atıb.

Türk influenser Danla Biliç ötən il Azərbaycanda yaşadığı hadisəylə

NBA əfsanəsi və analitik Şakil O'Nil 18 yaşlı güləşçi Tamara Hamfr

Xəbər verdiyimiz kimi, dünyaca məşhur italyan modelyer Corco Armani ötən

Bu məşhur məhsul orqanizmdə iltihabı gücləndirir və 2-ci tip diabet risk

Texniki nasazlıq səbəbindən baş verən qəzalar zamanı sürücülərə kas

"Miss Turkey 2024" gözəllik müsabiqəsinin finalçılarından olan

Türkiyəli aktrisa Zeynep Tuğçe Bayat ana olduqdan sonra fit görünüşü il

Meta "WhatsApp", "Facebook" və "Instagram"ı bir-

"Daha bir turizm mövsümü başa çatır. Təəssüf ki, bir çox tarix-me

"Çarpıntı" serialının heyətinə daha bir aktrisa daxil olub.

ABŞ-yə köçən aparıcı Hüsniyyə Məhərrəmova ilk dəfə övladı ilə b
