Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb ARAŞDIRMA
Digərləri 18 Avq 2025 15:23:00 79 0
Son illər ali təhsildə aparılan islahatlar pedaqoji ixtisaslara qəbul planında da özünü göstərir. Bu ildən etibarən bir sıra universitetlərdə müəllimlik ixtisaslarının plan yerləri azaldılıb, bəzi ixtisaslar isə tamamilə ləğv edilib. Aparılan dəyişikliklər təhsil sistemində kadr siyasətinin yenidən qurulmasına işarədir.
Bu xəbəri də oxu: Təşvişə düşməyin MN məlumat yaydı
Son.az xəbər verir ki, "Azərbaycan müəllimi" "Abituriyent 4" jurnalının ötənilki və builki nəşrlərini təhlil edərək müxtəlif ali təhsil müəssisələrində pedaqoji ixtisasların plan yerlərinin necə dəyişdiyini araşdırıb.
Bakı Dövlət Universitetində I, II və V ixtisas qrupları üzrə pedaqoji ixtisasların plan yerlərində dəyişiklik edilməyib. Lakin III ixtisas qrupu üzrə "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi"ndə plan yeri 40, "Tarix müəllimliyi"ndə 30 vahid azaldılıb, yeni yaradılan Tarix müəllimliyi (tədris ingilis) dilində ixtisası üçün isə 25 plan yeri ayrılıb.
Bakı Dövlət Universitetinin Qazax filialında ötən il 25 plan yeri olan "İbtidai sinif müəllimliyi", hər birində 30 plan yeri olan "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" və "Tarix müəllimliyi" ixtisaslarına qəbul bu il dayandırılıb. Yəni, III qrup üzrə Qazax filialının müəllimlik ixtisalarında 85 plan yeri ləğv edilib.
IV ixtisas qrupu üzrə "Biologiya müəllimliyi"ndə 20 plan yeri azaldılıb, Qazax filialının "Kimya və biologiya müəllimliyi"ndə plan yeri 10 vahid artırılıb.
Ümumilikdə, Bakı Dövlət Universitetinin özündə müəllimlik ixtisasları üzrə 65, Qazax filialında isə 75 plan yeri azalıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində "Fizika müəllimliyi", "İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi", "Riyaziyyat müəllimliyi", "Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi", "Texnologiya müəllimliyi" ixtisaslarının hər birində plan yeri 10 vahid azaldılıb.
"Fizika müəllimliyi" və "İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi (tədris ingilis dilində)" ixtisaslarının hər birində isə plan yerlərinin sayı 10 vahid artırılıb. Ümumilikdə, I ixtisas qrupu üzrə ADPU-da müəllimlik ixtisaslarının plan yerlərinin sayı 30 vahid azalıb.
ADPU-nun filiallarına gəlincə, Şamaxı filialında "Fizika müəllimliyi" və "Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi" ixtisaslarının hər birində plan yeri 5 vahid, Şəki filialında "Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar)" müəllimliyi ixtisasının plan yeri 10 vahid, Ağcabədi filialında "Riyaziyyat müəllimliyi"nin plan yeri 5, Quba filialında "Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi" ixtisasının plan yeri 5 vahid aşağı salınıb.
Beləliklə, ADPU-nun filiallarında da I qrup üzrə plan yerləri 30 vahid azalıb.
II qrup üzrə sadəcə ADPU-nun Cəlilabad filialında "Tarix və coğrafiya müəllimliyi" ixtisasının plan yeri 10 vahid azaldılıb.
III ixtisas qrupu üzrə ADPU-da "Azərbaycan dili və ədəbiyyatı" ixtisasında plan yeri 20, "İbtidai sinif müəllimliyi"ndə 50, "Məktəbəqədər təhsil"də 30, "Tarix müəllimliyi"ndə 25 vahid azaldılıb. "Dil və ədəbiyyat müəllimliyi (türk dili və ədəbiyyatı üzrə)" ixtisasında isə plan yeri 5, "Xüsusi pedaqogika"da (əvvəlki adı "Korreksiyaedici təlim") 10, "İbtidai sinif müəllimliyi (tədris ingilis dilində)" ixtisasında 20 vahid artırılıb. Həmçinin 15 plan yeri olan "Məktəbəqədər təhsil" (tədris ingilis dilində) adlı yeni ixtisas yaradılıb.
Ümumilikdə, III qrup üzrə universitetin özündə pedaqoji ixtisalarda plan yerləri 75 vahid azalıb.
Şəki filialında "Azərbaycan dili və ədəbiyyatı" ixtisasının plan yeri 10, "Xarici dil müəllimliyi (ingilis dili üzrə)" ixtisasında 15, "Təhsildə sosial-pedaqoji xidmət" ixtisasında isə 10 vahid azaldılıb. Ağcabədi filialında "Azərbaycan dili və ədəbiyyatı" və "Tarix müəllimliyi" ixtisaslarının hər birində plan yeri 15, "Xarici dil müəllimliyi (ingilis dili üzrə)" ixtisasının 5, "Təhsildə sosial-psixoloji xidmət"in plan yeri 10 vahid azalıb.
Cəlilabad filialında "Azərbaycan dili və ədəbiyyatı" və "İbtidai sinif müəllimliyi" ixtisaslarının plan yerləri hər biri üzrə 10 vahid azalıb. Qubada isə "Azərbaycan dili və ədəbiyyatı" ixtisasının plan yeri 10, "Xarici dil müəllimliyi (ingilis dili üzrə)" ixtisasının plan yeri isə 5 vahid aşağı salınıb.
Universitetin Şamaxı, Ağcabədi və Quba filiallarında "İbtidai sinif müəllimliyi" (ümumi plan yeri 90), Şəki filialında isə "Xarici dil müəllimliyi (fransız dili üzrə)" (plan yeri 15) ixtisasları ləğv edilib.
ADPU-nun Şamaxı filialının "Təhsildə sosial-pedaqoji xidmət" ixtisasında plan yeri 5, Cəlilabad filialının eyniadlı ixtisasında 10, Quba filialında isə 5 vahid artsa da, filiallarda ümumilikdə 195 plan yeri azalıb.
Ümumilikdə, ADPU-nun özündə 105, filiallarda isə 235 plan yerinin azaldığı görünür.
Naxçıvan Dövlət Universiteti I ixtisas qrupu üzrə "Fizika müəllimliyi" və "Riyaziyyat və informatika müəllimliyi" ixtisaslarının hər birində plan yeri 5 vahid, ümumilikdə 10 plan yeri azalıb.
II, III və IV ixtisas qrupları üzrə qəbul aparılan pedaqoji ixtisasların plan yerlərində dəyişiklik olmayıb, V ixtisas qrupu üzrə qəbul aparılan "Musiqi müəllimliyi" ixtisasının plan yeri isə 5 vahid aşağı salınıb.
NDU-nun müəllimlik ixtisalarının plan yerlərində 15 vahid azalma var.
Naxçıvan Müəllimlər İnstitutunda I ixtisas qrupu üzrə qəbul aparılan "Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi" ixtisasında plan yeri 5 vahid azaldılıb. Ötən il 20 plan yeri olan "Riyaziyyat müəllimliyi" ixtisası isə ləğv edilib.
III ixtisas qrupu üzrə "Xarici dil müəllimliyi (ingilis dili üzrə)" ixtisasının plan yeri 10 vahid azaldılıb, "Xüsusi pedaqogika"nın (əvvəlki adı "Korreksiyaedici təlim") plan yeri 5, "Təhsildə sosial-psixoloji xidmət"in plan yeri isə 10 vahid artıb. Ötən il plan yeri 100 olan "İbtidai sinif müəllimliyi" ixtisası ləğv edilib. V ixtisas qrupu üzrə "Təsviri incəsənət müəllimliyi" ixtisasında plan yeri 5 vahid artırılıb.
Ümumilikdə, Naxçıvan Müəllimlər İnstitutunda ötən illə müqayisədə plan yerlərinin sayı 130 vahid azalıb.
Gəncə Dövlət Universitetində I ixtisas qrupu üzrə plan yerlərinin sayı "Fizika müəllimliyi"də 20, "Riyaziyyat müəllimliyi"ndə 10, "Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi"ndə 10, "Texnologiya müəllimliyi"ndə isə 15 vahid olmaqla ümumilikdə 55 vahid azaldılıb.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCAR neft bazasın

Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv edil�

"Yeni Klinika"ya gecə saat 4-dən xəstə aparıblar, deyirlər, göz

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

2025-ci ilin avtomobil etibarlılığı üzrə araşdırmalar nəticəsində sah

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustaf

Dövlətçilik tarixində itaət heç vaxt sadəcə intizam və ya etik çərçi

Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta q

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Dmitri Peskovun qızı Elizaveta Peskova sosial şəbəkədə yay görüntülər

Azərbaycanda avtomobil bazarında Çin markalarına maraq artmaqda davam edir.

Azərbaycanın lider mobil operatoru Azercell 49-cu Beynəlxalq Proqramlaşdırm

Türk musiqisinin məşhur simalarından olan Banu Kırbağ vəfat edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarına müraciət
