Rusiya Odessada SOCARın neft bazasına qəsdən hücum edib Zelenski
Digərləri 18 Avq 2025 15:22:00 81 0
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCAR neft bazasına hücumunu şərh edib.
Bu xəbəri də oxu: Şəhidlər xiyabanında qeyrietik videolar çəkən əcnəbilər saxlanıldı
"Bu, Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiyanın qəsdən hücumu idi. Yəni bu, bizim münasibətlərimizə, enerji müstəqilliyimizə zərbədir", - V. Zelenski öz Telegram kanalında yazıb.
Qeyd edək ki, 2025-ci il avqustun 18-nə keçən gecə Odessa vilayətində SOCAR-ın neft bazası Rusiyanın "Shahed" pilotsuz təyyarələrinin kütləvi hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, hücum bir sıra birbaşa zərbələr və yanğınla nəticələndi. Su anbarlarına, nasos stansiyasının binasına, operator və texniki otaqlara, həmçinin əsas hasara ziyan dəyib.
Neft anbarlarının ümumi həcmi 16 min kubmetrdən çoxdur. Hazırda dəymiş ziyanın miqyasının müəyyən edilməsi üçün ekspertizanın qiymətləndirilməsi, habelə təcili bərpa işləri aparılır.
Bu, artıq obyektə ikinci irimiqyaslı hücumdur. Bundan əvvəl, avqustun 8-də həmin neft bazasında qismən dağıntılara səbəb olan ona yaxın dron buraxılıb.
Faktla bağlı cinayət işi açılıb.
Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv edil�

"Yeni Klinika"ya gecə saat 4-dən xəstə aparıblar, deyirlər, göz

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

2025-ci ilin avtomobil etibarlılığı üzrə araşdırmalar nəticəsində sah

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustaf

Dövlətçilik tarixində itaət heç vaxt sadəcə intizam və ya etik çərçi

Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta q

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Dmitri Peskovun qızı Elizaveta Peskova sosial şəbəkədə yay görüntülər

Azərbaycanda avtomobil bazarında Çin markalarına maraq artmaqda davam edir.

Azərbaycanın lider mobil operatoru Azercell 49-cu Beynəlxalq Proqramlaşdırm

Türk musiqisinin məşhur simalarından olan Banu Kırbağ vəfat edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarına müraciət

Avqustun 18-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində
