Volodimir Zelenski İlham Əliyevə zəng edib


Siyasət 10 Avq 2025 16:05:00 79 0

Volodimir Zelenski İlham Əliyevə zəng edib

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlət başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.

Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.

Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Namiq Qaraçuxurlu bağını göstərdi like
  • 10 Avq 15:47  
Şou-biznes Namiq Qaraçuxurlu bağını göstərdi

Meyxana ustası Namiq Qaraçuxurlu şəxsi həyatından nadir paylaşım edib.

arrow Ətraflı
Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib like
  • 10 Avq 15:42  
Siyasət Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib

Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Az

arrow Ətraflı
Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Einstein təcrübəsi? like
  • 10 Avq 15:30  
Digərləri Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Einstein təcrübəsi?

1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla

arrow Ətraflı
"Adanalı"nın "Pınar"ı tanınmaz halda  Sənəti buraxıb makler oldu like
  • 10 Avq 15:17  
Şou-biznes "Adanalı"nın "Pınar"ı tanınmaz halda Sənəti buraxıb makler oldu

"Adanalı" serialında "Pınar" obrazı ilə tanınan Tuğç

arrow Ətraflı
Ağsuda məişət tullantıları yandıran şəxs yanğına səbəb oldu like
  • 10 Avq 15:01  
Digərləri Ağsuda məişət tullantıları yandıran şəxs yanğına səbəb oldu

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadis

arrow Ətraflı
Gözlərinizi qoruyun: Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş like
  • 10 Avq 14:46  
Digərləri Gözlərinizi qoruyun: Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş

Gündəlik həyatımızda göz sağlamlığını çox zaman ikinci plana atırı

arrow Ətraflı
Telefon danışığında başlayan mübahisə qanla bitdi! 25 yaşlı gənc qətlə yetirildi like
  • 10 Avq 14:30  
Digərləri Telefon danışığında başlayan mübahisə qanla bitdi! 25 yaşlı gənc qətlə yetirildi

Antalyada H.T. (29) ilə Emir Batuhan Çelik (25) arasında telefonda başlayan

arrow Ətraflı
ABŞ rəsmisi Fransa prezidentini HƏMASla danışıqları pozmaqda ittiham edib like
  • 10 Avq 14:15  
Dünya ABŞ rəsmisi Fransa prezidentini HƏMASla danışıqları pozmaqda ittiham edib

ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsraillə H

arrow Ətraflı
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib like
  • 10 Avq 14:10  
Siyasət Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmən

arrow Ətraflı
ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 10 Avq 13:48  
Siyasət ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublika

arrow Ətraflı
Zəngəzur dəhlizinin keçəcəyi iki rayondan görüntülər like
  • 10 Avq 13:45  
Digərləri Zəngəzur dəhlizinin keçəcəyi iki rayondan görüntülər

Zəngəzur yolunun inşası Vətən müharibəsindən bir qədər sonra başlay�

arrow Ətraflı
Avqustun dolunayı ilin ən yaxşı ulduz axını ilə üstüstə düşəcək like
  • 10 Avq 13:30  
Digərləri Avqustun dolunayı ilin ən yaxşı ulduz axını ilə üstüstə düşəcək

Avqust ayının dolunayı illik Perseid meteor axınının gəlişi ilə üst-ü

arrow Ətraflı
Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağlayıb  minlərlə qadın işsiz qalıb like
  • 10 Avq 13:16  
Dünya Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağlayıb minlərlə qadın işsiz qalıb

Əfqanıstanda qadınlara qarşı məhdudiyyətləri davam etdirən Taliban rəh

arrow Ətraflı
Alkoqol qəbul etmək üçün ən pis vaxt  bu, yuxunuzu korlaya bilər like
  • 10 Avq 13:00  
Digərləri Alkoqol qəbul etmək üçün ən pis vaxt bu, yuxunuzu korlaya bilər

Alkoqol yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər,

arrow Ətraflı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı like
  • 10 Avq 12:52  
Digərləri Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı