Xankəndidə Ayvazovskiyə qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır – Sevil Mikayılova


Siyasət 01 Avq 2025 18:52:00 67 0

Xankəndidə Ayvazovskiyə qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır – Sevil Mikayılova

Xankəndidə erməni əsilli rəssam Hovanes Ayvazyana (İvan Ayvazovski) qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təxribatçı fikirlərini şərh edərkən deyib.

Deputat bildirib ki, bu abidənin erməni işğalçıları tərəfindən ucaldılması təxribat xarakterli bir addım olub və Azərbaycanın suverenliyinə açıq-aşkar hörmətsizlik kimi qiymətləndirilməlidir.

"Bu cür qanunsuz təşəbbüslər məqsədli şəkildə tarixi və hüquqi reallıqları təhrif etməyə xidmət edir. Ermənistan tərəfi uzun illər ərzində işğal etdiyi ərazilərdə qeyri-qanuni abidələr, saxta "mədəni irs" nümunələri yaradaraq, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb.

Xankəndidə qanunsuz şəkildə qoyulmuş bu abidə də həmin siyasətin davamıdır və regionda gərginliyin saxlanmasına xidmət edən simvolik vasitə rolunu oynayıb. Azərbaycan bu kimi pozuntulara qarşı prinsipial mövqe sərgiləyir və beynəlxalq hüquqa uyğun şəkildə öz suveren ərazilərində qanunsuz obyektlərin aradan qaldırılmasını təmin edir. Hər kəsə aydın olmalıdır ki, Azərbaycanın icazəsi olmadan bu ərazilərdə istənilən fəaliyyət - o cümlədən, abidə ucaldılması - qeyri-qanunidir və hüquqi məsuliyyət doğurur.

Birincisi, dünyanın heç bir ölkəsində, o cümlədən, Rusiyada yerli hakimiyyət orqanlarının razılığı olmadan nə abidə, nə xatirə lövhəsi qoymaq mümkün deyil. İkincisi, hər hansı qanunsuz şəkildə inşa edilmiş və ya quraşdırılmış obyekt ya bağlanır, ya da sökülür. Üçüncüsü, Ayvazovski abidəsi qanunsuz obyekt idi və onun qoyulması ilə bağlı nə Rusiya sülhməramlıları, nə də başqa kimsə Azərbaycan tərəfi ilə razılaşdırma aparmışdı. Bu, o deməkdir ki, abidənin qoyulması Azərbaycan qanunvericiliyinin pozulmasıdır. Üstəlik, bu pozuntuda birbaşa olaraq erməni işğalçıları da iştirak ediblər", - deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, ümumiyyətlə, Ayvazovskiyə cəmi üç yerdə abidə qoyulub - İrəvanda, Feodosiya və Simferopolda.

"O, Feodosiyada doğulub, yaşayıb yaradıb və orada da dünyasını dəyişib - tam məntiqlidir. İrəvanda özünə və qardaşına birgə abidə qoyulub. Ayvazovskinin erməni əsilli olması nəzərə alınarsa, bu da təəccüblü deyil. Simferopoldakı abidə yerli ermənilər tərəfindən qoyulub. Xankəndidə isə Ayvazovskiyə abidə qoyulmasının heç bir əsası yoxdur. Əgər Rusiyadakı ermənilərin "öz soydaşları"na bu qədər ürəkləri yanırsa, abidəni satın ala bilərlər", - o bildirib.

Deputat vurğulayıb ki, bu abidə 2021-ci ildə, Qarabağda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi dövrdə qoyulmuşdu.

"Azərbaycanın suveren ərazisində, hökumətin razılığı olmadan qanunsuz şəkildə abidə ucaldılmışdı. Bu isə həmin obyektin hüquqi əsas olmadan inşa edildiyini göstərir və bu səbəbdən də onun sökülməsi qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilib", - S.Mikaylova bildirib.

Bakıda maşını qəsdən yandıranlar saxlanılıblar  VİDEO like
  • 01 Avq 18:48  
Kriminal Bakıda maşını qəsdən yandıranlar saxlanılıblar VİDEO

İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus "VAZ-

arrow Ətraflı
BQXKnın Azərbaycan Nümayəndəliyinin fəaliyyəti bu tarixdən dayandırılacaq  FOTO like
  • 01 Avq 18:42  
Digərləri BQXKnın Azərbaycan Nümayəndəliyinin fəaliyyəti bu tarixdən dayandırılacaq FOTO

Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayram

arrow Ətraflı
İqtisadi Şuranın növbəti iclası keçirildi  FOTO like
  • 01 Avq 18:25  
Digərləri İqtisadi Şuranın növbəti iclası keçirildi FOTO

Avqustun 1-də Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş

arrow Ətraflı
Bu dərman insanları riskə sövq edirmiş  Azərbaycanda da satılır like
  • 01 Avq 18:24  
Digərləri Bu dərman insanları riskə sövq edirmiş Azərbaycanda da satılır

Parasetamol qəbul edənlər daha riskli davranışlar göstərə bilər.

arrow Ətraflı
Boğulduğu deyilən Kadırov iddialara son qoydu like
  • 01 Avq 18:12  
Dünya Boğulduğu deyilən Kadırov iddialara son qoydu

Çeçenistan rəhbəri Ramzan Kadırov paylaşım edib.

arrow Ətraflı
36 zəli tutdular, 3000 cərimə ödəyəcəklər like
  • 01 Avq 17:57  
Digərləri 36 zəli tutdular, 3000 cərimə ödəyəcəklər

Kürdəmir rayonunda 36 ədəd zəlini ovlayanlara hökm oxunub. 

arrow Ətraflı
Son 5 ildə televiziya kanalları nə qədər cərimələnib? like
  • 01 Avq 17:37  
Digərləri Son 5 ildə televiziya kanalları nə qədər cərimələnib?

2025-ci ilin ilk 6 ayı ərzində aparılan monitorinqlər nəticəsində 5 qanu

arrow Ətraflı
ABŞ və Çin strateji sabitliyə doğru irəliləyir like
  • 01 Avq 17:25  
Digərləri ABŞ və Çin strateji sabitliyə doğru irəliləyir

Vaşinqton və Pekin strateji sabitlik dövrünə qədəm qoyurlar, çünki tamm

arrow Ətraflı
Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq like
  • 01 Avq 17:12  
Digərləri Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mət

arrow Ətraflı
Arif Babayevin son görüntüsünü paylaşdı like
  • 01 Avq 16:48  
Şou-biznes Arif Babayevin son görüntüsünü paylaşdı

Teleaparıcı Lalə Azərtaş mərhum Xalq artisti Arif Babayev ilə son görün

arrow Ətraflı
Yeni orfoqrafiya lüğəti süni intellektlə hazırlanır like
  • 01 Avq 16:32  
Digərləri Yeni orfoqrafiya lüğəti süni intellektlə hazırlanır

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin

arrow Ətraflı
Qarabağa səfər edənlərə ŞAD XƏBƏR like
  • 01 Avq 16:24  
Digərləri Qarabağa səfər edənlərə ŞAD XƏBƏR

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və d�

arrow Ətraflı