Bakıda ilk dəfə qənnadçılıq və çörəkbişirmə sənəti üzrə beynəlxalq çempionat keçirilib FOTO


Kriminal 01 Avq 2025 17:06:00 58 0

Bakıda ilk dəfə qənnadçılıq və çörəkbişirmə sənəti üzrə beynəlxalq çempionat keçirilib  FOTO

Azərbaycan paytaxtında ilk dəfə olaraq beynəlxalq səviyyəli qənnadı və çörəkbişirmə sənəti üzrə birincilik - "Pastry & Bakery Chefs Baku Cup 2025" keçirilib.

Trend xəbər verir ki, çempionat Azərbaycan Aşpazlar Gildiyası, Bakı Aşpazlar Assosiasiyası və DIYAR.AZ layihəsi olan "Azərbaycanın Qastronomik Xəritəsi" tərəfindən təşkil olunub.

Badamdar "Hotel & Residences"də baş tutan tədbir Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Qətər, Şri-Lanka, İran, BƏƏ, Vyetnamdan gələn nümayəndələri, həmçinin, peşəkar qənnadçıları və ixtisaslaşmış təhsil müəssisələrinin tələbələrini bir araya gətirərək, ustalıqlarını nümayiş etdirmək və təcrübə mübadiləsi aparmaq üçün unikal platforma təqdim edib.

Açılışda Azərbaycan himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Aşpazlar Gildiyasının və Bakı Aşpazlar Assosiasiyasının sədri, beynəlxalq dərəcəli usta İlkin Əkbərzadə qeyd edib ki, çempionat ölkədə qənnadı və çörəkbişirmə sahəsinin inkişafına, istedadlı mütəxəssislərin aşkara çıxarılmasına və onların beynəlxalq arenada tanıdılmasına töhfə verəcək.

DIYAR.AZ layihəsi - "Azərbaycanın Qastronomik Xəritəsi"nin müəllifi və rəhbəri Nigar Əmirbəyova tədbirin əhəmiyyətini bu sözlərlə vurğulayıb:

"Belə beynəlxalq çempionatlar tez-tez keçirilməlidir, çünki hər kəsin xaricdə keçirilən yarışlara qatılmaq imkanı olmur. Çempionatı Azərbaycanda təşkil etməklə, biz iştirakçılara özlərini göstərmək, xarici münsiflər və mütəxəssislərlə ünsiyyət qurmaq, suallar vermək, məsləhətlər və tövsiyələr almaq imkanı verdik. Ən əsası isə - bütün bu emosiyaları, rəqabət ruhunu və eyni zamanda, birliyi yaşamaq şansı təqdim etdik!"

Qastronomiya ustası Qabil Quliyev isə bildirib ki, Azərbaycanın milli qastronomiyasının beynəlxalq səviyyədə tanıdılması çox vacibdir:

"Azərbaycanın ənənəvi şirniyyatları və çörəkbişirmə sənəti qədim tarixə malikdir. Xüsusilə lavaş UNESCO-nun mədəni irs siyahısına daxildir. Dünyaya Azərbaycan mətbəxinin zənginliyini göstərmək ölkə irsinin təbliğatı üçün olduqca önəmlidir".

Qonaqlara konsert proqramı da təqdim olunub.

İştirakçılar aşağıdakı nominasiyalarda yarışıb: "Milli şirniyyatlar masası", "Art-sinif (şirniyyat və şokolad məmulatları)", "Toy tortu", "Çörəkbişirmə sənəti", "Meyvə və tərəvəz oyma kompozisiyaları", "Tortun praktiki hazırlanması sinfi".

Arif Babayevin son görüntüsünü paylaşdı like
  • 01 Avq 16:48  
Şou-biznes Arif Babayevin son görüntüsünü paylaşdı

Teleaparıcı Lalə Azərtaş mərhum Xalq artisti Arif Babayev ilə son görün

arrow Ətraflı
Yeni orfoqrafiya lüğəti süni intellektlə hazırlanır like
  • 01 Avq 16:32  
Digərləri Yeni orfoqrafiya lüğəti süni intellektlə hazırlanır

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin

arrow Ətraflı
Qarabağa səfər edənlərə ŞAD XƏBƏR like
  • 01 Avq 16:24  
Digərləri Qarabağa səfər edənlərə ŞAD XƏBƏR

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və d�

arrow Ətraflı
Yenə Nigara söz atdı, özü tənqid HƏDƏFİ OLDU: "Qoca kaftar..." like
  • 01 Avq 16:20  
Şou-biznes Yenə Nigara söz atdı, özü tənqid HƏDƏFİ OLDU: "Qoca kaftar..."

Xəbər verdiyimiz kimi, "Avroviziya" qalibimiz Nigar Camalla Əməkda

arrow Ətraflı
Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş... like
  • 01 Avq 16:15  
Digərləri Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...

Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızını

arrow Ətraflı
Bu ölkə ilk dəfə ABŞdən neft alıb like
  • 01 Avq 16:08  
Digərləri Bu ölkə ilk dəfə ABŞdən neft alıb

Pakistanın ən iri neft emalı şirkəti "Cnergyico" oktyabrda ABŞ-d

arrow Ətraflı
ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzada like
  • 01 Avq 15:55  
Dünya ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzada

ABŞ prezidenti tərəfindən Yaxın Şərq üzrə xüsusi nümayəndə təyin o

arrow Ətraflı
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir like
  • 01 Avq 15:45  
Digərləri “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

İnnovasiya və sürət lideri "Bakcell" dünyanın aparıcı taksi aq

arrow Ətraflı
Marketdə kassir işləyən qızın yorğunluqdan ürəyi getdi  ANBAAN VİDEO like
  • 01 Avq 15:40  
Digərləri Marketdə kassir işləyən qızın yorğunluqdan ürəyi getdi ANBAAN VİDEO

Türkiyədə kassada dayanmaqda çətinlik çəkən gənc qadının görüntül�

arrow Ətraflı
Bu şəxslərə yüksək vəzifələr verildi like
  • 01 Avq 15:31  
Digərləri Bu şəxslərə yüksək vəzifələr verildi

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü

arrow Ətraflı
Sağ əlin verdiyini sol əl niyə bilir ? like
  • 01 Avq 15:24  
Digərləri Sağ əlin verdiyini sol əl niyə bilir ?

Köhnə paltarları ehtiyacı olanlara vermək bir çoxumuzun etdiyi hərəkətd

arrow Ətraflı
TASS “Qarabağ”la bağlı səhvini düzəltdi like
  • 01 Avq 15:12  
Digərləri TASS “Qarabağ”la bağlı səhvini düzəltdi

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəb

arrow Ətraflı
“Atam bu dünyadan xoşbəxt getdi…” like
  • 01 Avq 14:51  
Kriminal “Atam bu dünyadan xoşbəxt getdi…”

"Gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Atam bu dünyada

arrow Ətraflı
Bu rayonlarda əməliyyat keçirildi  Saxlanılanlar var like
  • 01 Avq 14:34  
Digərləri Bu rayonlarda əməliyyat keçirildi Saxlanılanlar var

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind�

arrow Ətraflı
Kredit kartları ilə bağlı Vacib DƏYİŞİKLİK: Limitlər azaldıldı like
  • 01 Avq 14:25  
Digərləri Kredit kartları ilə bağlı Vacib DƏYİŞİKLİK: Limitlər azaldıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları (kredit xətləri)

arrow Ətraflı