Apple Pay artıq Ziraat Bank Azərbaycanda!
Digərləri 30 İyl 2025 11:55:00 99 0
Apple Pay artıq Ziraat Bank Azərbaycanda!
Bu xəbəri də oxu: "Lada" 23 min manatlıq maşınlar istehsal edəcək
Ziraat Bank Azərbaycan təhlükəsiz və rahat ödəniş üsulu olan Apple Pay xidmətini istifadəyə verdi! Ziraat Bank Azərbaycan müştəriləri artıq Bankkart VISA və Mastercard kartları ilə Apple Pay vasitəsilə ödənişlərini təhlükəsiz və konfidensial şəkildə həyata keçirə bilərlər.
Apple Pay ilə ödəniş etmək çox asandır. Müştərilər sadəcə iPhone və ya Apple Watch cihazlarından istifadə edərək Ziraat Bank Azərbaycan kartları ilə sürətli və rahat ödəniş edə bilərlər.
Apple Pay - mağazalarda, onlayn alış-verişdə və mobil tətbiqlərdə istifadə üçün nəzərdə tutulmuş rahat, təhlükəsiz və sürətli ödəniş üsuludur. Bankın müştəriləri artıq iPhone, Apple Watch, iPad və Mac cihazları vasitəsilə Ziraat Bank Azərbaycan kartları ilə fiziki karta ehtiyac olmadan ödəniş edə bilərlər.
Apple Pay ilə alış-veriş zamanı kart təqdim etməyə, fiziki düymələrə toxunmağa və nağd pula ehtiyac yoxdur.
Ziraat Bank Azərbaycanın kartlarını Apple Pay-də aktivləşdirmək çox asandır:
Ziraat Bank Azərbaycan mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin; "Apple Wallet"ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin; Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad və ya Mac cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edin.Apple Pay, müştərilərin alış-verişlərini konfidensial və təhlükəsiz saxlamaq üçün Apple cihazına inteqrasiya olunmuş təhlükəsizlik funksiyalarından istifadə edir. Bütün əməliyyatlar iPhone, iPad və ya Mac cihazında Face ID, Touch ID və ya cihazın şifrəsi ilə, Apple Watch-da isə iki dəfə yan düyməyə toxunmaqla təsdiqlənir. Bu funksiyalar yalnız cihaz sahibinin Apple Pay ilə ödəniş edə bilməsi üçün nəzərdə tutulub. Müştərinin kartının faktiki nömrəsi nə cihazda, nə də Apple serverlərində saxlanılmır. Ödəniş zamanı kart nömrəsi satıcı ilə paylaşılmır- bu isə əlavə təhlükəsizlik və fırıldaqçılığa qarşı əlavə qorumanı təmin edir.
Rusiyanın Kamçatka bölgəsində baş verən güclü zəlzələ sunami ilə n�

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" s�

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzə

İki gün sonra Yaxın Şərq yeni bir mərhələyə qədəm qoyur. Bu mərhəl�

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü k

Sosial şəbəkələrdə müəyyən imtahan qaydalarını pozan şəbəkələrin

Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ü

Yollarda olan bəzi tramplinlər özbaşına quraşdırılıb. Bu cür tramplinl

Dübya şöhrətli ulduz Cennifer Lopezin Antalyadakı konserti ilə bağlı ma

Dünyada ən çox istifadə olunan ağrıkəsici ilə bağlı qorxunc həqiqətl

İyulun 29-na keçən gecə saat 1 radələrində Novxanı-Sumqayıt yolunda (Sa

Xəbər verdiyimiz kimi, Rusiyanın Severo-Kurilsk şəhərində 8,7 bal gücün

Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus ölkəmizə gəlib.
