Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 30 İyl 2025 11:08:00 75 0
Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Prezident 10,5 milyon manat ayırdı
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
30 İyul - Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İslam həmrəyliyi, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələr bizim üçün böyük əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, ənənəvi dostluq əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və yeni məzmunla zənginləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Yollarda olan bəzi tramplinlər özbaşına quraşdırılıb. Bu cür tramplinl

Dübya şöhrətli ulduz Cennifer Lopezin Antalyadakı konserti ilə bağlı ma

Dünyada ən çox istifadə olunan ağrıkəsici ilə bağlı qorxunc həqiqətl

İyulun 29-na keçən gecə saat 1 radələrində Novxanı-Sumqayıt yolunda (Sa

Xəbər verdiyimiz kimi, Rusiyanın Severo-Kurilsk şəhərində 8,7 bal gücün

Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus ölkəmizə gəlib.

Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hac�

Saxalin qubernatoru sunaminin üç dalğasından sonra itkilər və dağıntıla

Müasir dövrdə dövlət suverenliyinə təzyiq artıq hərbi müdaxilə və ya

Astara rayonunda qadın qətlə yetirilib.

Çətinliklərin ardınca nəhayət ki, həyatın "ağ zolağı" gəli

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan R
