II “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi keçirilir
Digərləri 28 İyl 2025 15:24:00 78 0
Moderator.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş "Zülfüqar Hüseynzadə mükafatı" adlı növbəti müsabiqəni elan edir. Xatırladaq ki, ötən il keçirilmiş ilk müsabiqədə jurnalistlər Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivləri mövzularında öz qələmlərini sınamış, qaliblər mükafatlandırılmışdı. Bu ilki - II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzusuna həsr olunub. Müsabiqə mövzuları üzrə 3 əsas istiqamət müəyyən edilib: 1. Qərbi Azərbaycana Qayıdış: Deportasiya və tarixi ədalətsizlik mövzuları; Qərbi azərbaycanlıların yaddaşında doğma torpaqlar; Ailə hekayələri, faktoloji araşdırmalar, publisistik yazılar. 2. Qarabağa Qayıdış və Böyük Qayıdış Proqramı: Qarabağda aparılan yenidənqurma və sosial layihələr; Qayıdan ailələrlə reportajlar, həyat hekayələri; Tarixi-mədəni irsin bərpası və bölgəyə inteqrasiya. 3. Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası: Peşəkar medianın milli məsələlərdə rolu; Z.Hüseynzadənin publisistik üslubu və media sahəsində töhfələri; Medianın azərbaycançılıq və dəyərlər prizmasından fəaliyyətinə dair yazılar. Qeyd: Bu mövzular istiqamətləndirici xarakter daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad edilə bilər. Qiymətləndirmə meyarları Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakılara üstünlük veriləcək: • Mövzunun dolğun və geniş şəkildə əhatə olunmasına; • Leksikon və ifadə vasitələrinin zənginliyinə; • Analitik yanaşma, faktların düzgün təhlili və məntiqi əsaslandırılmasına; • Fakta əsaslanan araşdırma və informasiyalılıq dərəcəsinə; • Müasir dünya təcrübələri ilə müqayisəli yanaşmaya. Müsabiqənin şərtləri • Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir. • Yazının həcmi 10 min işarəni keçməməlidir; • Yazı yalnız bir müəllifə aid olmalı və əvvəllər nəşr edilməmiş olmalıdır (qəzet, jurnal, sayt, sosial media daxil olmaqla); • Hər iştirakçı yalnız bir yazı ilə müsabiqəyə qatıla bilər. • Yazılar 2025-ci il avqustun 18-dək qəbul olunur. • Yazılar münsiflər heyəti tərəfindən obyektiv meyarlarla qiymətləndiriləcək. Təqdimat üçün aşağıdakılar e-mailə əlavə edilməlidir: 1. Müsabiqə yazısı (Word formatında, imzasız); 2. Müəllifin şəxsiyyət vəsiqəsinin surəti (PDF, JPG və ya Word); 3. Müəllifin əlaqə vasitələri (mobil nömrə və e-poçt). Mükafatlar: Müsabiqəyə təqdim edilmiş materiallara 18-23 avqust tarixlərində münsiflər heyəti tərəfindən baxılacaq və 24 avqust 2025-ci il tarixində - Zülfüqar Hüseynzadənin doğum günündə qaliblər (1-ci, 2-ci və 3-cü yer) elan ediləcək və mükafat və hədiyyələr təqdim olunacaq. • I yer - 1000 AZN • II yer - 600 AZN • III yer - 400 AZN Seçilmiş yazılar Moderator.az saytında dərc ediləcək, müəlliflərə diplom və hədiyyələr təqdim olunacaq.
Bu xəbəri də oxu: Bakıda ən bahalı evlər bu rayonlardadır
"Avroviziya" qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasım

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agent

Xəbər verdiyimiz kimi, iyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsə

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyə

Tailand və Kamboca atəşkəs barədə razılığa gəliblər.

Müğənni Əminə Şirinqızı açıqlaması ilə həmkarı arasında gərginl

Xəbər verdiyimiz kimi, dünən dünya şöhrətli müğənni Castin Timberleyk

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

İyulun 28-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

"WhatsApp" "Android" platforması üçün nəzərdə tutulmu

Bakıda 16 yaşlı qız ana olub. Onun qanunsuz evlənməsi ilə bağlı əri h�

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınl�

Xəbər verdiyimiz kimi, XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilib.
